Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Regionda yaşayan insanların həyat hekayələrindən bəhs edən filmin nümayişi baş tutub

© Photo : Courtessy of Ali Isa JabbarovAzərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində "Biləsuvar" tammetrajlı bədii filminin nümayişi
Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində Biləsuvar tammetrajlı bədii filminin nümayişi - Sputnik Azərbaycan, 1920, 20.10.2021
Abunə olmaq
Rejissorun sözlərinə görə, filmdə aktyorlar eyni zamanda öz adları ilə oynayırlar və bu formada onlara həm özünü, həm başqasını oynamağa şərait yaradıb.
BAKI, 20 oktyabr — Sputnik. Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində "Biləsuvar" tammetrajlı bədii filminin nümayişi baş tutub. Ssenarisi və rejissorluğu Elvin Adıgözələ məxsus olan film Karakteres (Fransa), Memuar Films (Azərbaycan) və Adari Films (Azərbaycan) – prodakşnlarının birgə istehsalıdır.
Azərbaycan-Fransa istehsalı olan "Biləsuvar" tammetrajlı bədii filmin prodüserləri Etienne de Ricaud, İntiqam Hacılı və İradə Bağirzadə, operatoru Oktay Namazovdur.
Filmdə Kamran Ağabalayev, Günel Zülfüqarlı, İlqar Dadaş, Tofiq Aslanov, Laçın Aslanova, Niyaməddin Amanov, Günel Mirzəli, Cahangir Məlik, Məmməd Hacıyev, Ruslan İsmayılov, Teymur Quliyev, Ruslan İsmayılov və başqaları çəkiliblər. Film haqqında Sputnik Azərbaycan-a məlumat verən ssenarist və rejissor Elvin Adıgözəl bildirir ki, film həmin bölgədə yaşayan bir neçə insanın həyatından bəhs edir.
Rejissor filmdə insan, məqamlar və məkanlar məsələsinə işıq salır: ""Biləsuvar" bölgədə baş verənlərin real əksidir. Ümumən götürsək, bu problemlər - təhsil, yol, mədəniyyət mərkəzlərindəki problemlər və s. bütün regionlarda var. Filmin adı ona görə "Biləsuvar"dır ki, bu hadisələr orada cərəyan edir".
Rejissorun sözlərinə görə, filmdə aktyorlar eyni zamanda öz adları ilə oynayırlar. Rejissor bu formada onlara həm özünü, həm başqasını oynamağa şərait yaradıb. Filmdəki hadisələr kinemtoqrafik formada reallığı əks etdirir: "Bədii filmdə reallığı göstərməyin bir neçə yolu var. Bu film sənədli elementləri olan bədii filmdir. Bu, modern sinemada normal qəbul olunur. Mən bu filmi çəkəndə düşünürdüm ki, bu film mənim kino yaradıcılığımda uğurlu bir film olacaq. Azərbaycan filmi üçün deyə bilmərəm, amma mənim yaradıcılığım üçün bir ilkdir".
Kosmonavt Anton Şkaplerov, aktrisa Yuliya Peresild və Çağırış filminin rejissoru Klim Şipenko - Sputnik Azərbaycan, 1920, 05.10.2021
RUSİYA
Rusiyalı aktyor və rejissor kosmosa uçub, film çəkəcəklər
Məlumat üçün bildirək ki, "Biləsuvar" filmi Asiyanın ən böyük film festivalı hesab olunan, hər il payızda Koreya Respublikasının Busan şəhərində keçirilən 25-ci Busan Beynəlxalq Film Festivalının rəsmi proqramında, "New Currents" bölməsində iştirak edib. Bundan başqa, sözügedən film XVII Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalında müsabiqənin "Tammetrajlı bədii filmlər" kateqoriyasında yer almışdı. Film eyni zamanda, bu il keçirilən "Kinoşok" ( Rusiya) Beynəlxalq Film Festivalında "Biləsuvar" filmi "ən yaxşı ssenari" nominasiyasında qalib olub.
© Photo : Azerbaijan Union of Film-makers

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində "Biləsuvar" tammetrajlı bədii filminin nümayişi

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində "Biləsuvar" tammetrajlı bədii filminin nümayişi - Sputnik Azərbaycan
1/3

2/3

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində "Biləsuvar" tammetrajlı bədii filminin nümayişi

© Photo : Courtessy of Ali Isa Jabbarov

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində "Biləsuvar" tammetrajlı bədii filminin nümayişi

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində "Biləsuvar" tammetrajlı bədii filminin nümayişi - Sputnik Azərbaycan
3/3

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində "Biləsuvar" tammetrajlı bədii filminin nümayişi

1/3

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində "Biləsuvar" tammetrajlı bədii filminin nümayişi

2/3

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində "Biləsuvar" tammetrajlı bədii filminin nümayişi

3/3

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində "Biləsuvar" tammetrajlı bədii filminin nümayişi

Qeyd edək ki, Elvin Adıgözəl 2010-cu ildə çəkdiyi "Dumanda" adlı qısametrajlı filmi "START" kinofestivalının juri mükafatına layiq görülüb. Onun "Buqələmun" filmi 2013-cü ildə Azərbaycan kino sənəti tarixində ilk dəfə LOCARNO beynəlxalq film festivalının yarışma siyahısına daxil olub. "Qaranlıqdan reportaj" bədii filmi isə 2018-ci ildə 29-cu Marsel Beynəlxalq Film Festivalının əsas bölməsində iştirak edib.
Xəbər lenti
0