Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalı aktyor və rejissor kosmosa uçub, film çəkəcəklər

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidKosmonavt Anton Şkaplerov, aktrisa Yuliya Peresild və "Çağırış" filminin rejissoru Klim Şipenko
Kosmonavt Anton Şkaplerov, aktrisa Yuliya Peresild və Çağırış filminin rejissoru Klim Şipenko - Sputnik Azərbaycan, 1920, 05.10.2021
Abunə olmaq
Aktrisa Yuliya Peresild 2008-ci ildə "Azərbaycanfilm" kinostudiyası ilə "United Multimedia Projects"-in birgə istehsal etdiyi "Qala" bədii filmində (rejissor Şamil Nəcəfzadə) Qalina obrazını canlandırmışdı.
BAKI, 5 oktyabr — Sputnik. Bu gün kosmonavt Anton Şkaplerov, aktrisa Yuliya Peresild və "Çağırış" filminin rejissoru Klim Şipenkonun iştirakı ilə "Soyuz MS-19" kosmik gəmisi Baykonur kosmodromundan havaya qalxıb.
Dövlət Film Fondundan Sputnik Azərbaycan-a verilən məlumata görə, raketin kino çəkiliş qrupu ilə havaya buraxılması Moskva vaxtı ilə saat 11:55-də baş tutub. Doqquz dəqiqə yarımdan sonra "Soyuz MS-19" orbitə çıxaraq Beynəlxalq Kosmik Stansiyaya istiqamət alacaq.
Kosmik uçuş iştirakçılarının BKS-dəki fəaliyyət müddəti 12 sutkadan az olmayacaq. Çəkiliş qrupu Yerə "Soyuz MS-18" aparatında geri dönəcək.
Əsas heyətə "Roskosmos"un kosmonavtı Anton Şkaplerov, aktrisa Yuliya Peresild, rejissor Klim Şipenko, həmçinin onların dublyorları - Oleq Artemyev, Aleksey Dudin və Alyona Mordovina daxildirlər.
Dünyada ilk dəfə olaraq kino çəkiliş heyətinin BKS-ə uçuşu haqqında bu ilin may ayında məlumat verilmişdi. Heyət stansiyada "Çağırış" filmini çəkəcək.
Qeyd edək ki, aktrisa Yuliya Peresild 2008-ci ildə "Azərbaycanfilm" kinostudiyası ilə "United Multimedia Projects"-in birgə istehsal etdiyi "Qala" bədii filmində (rejissor Şamil Nəcəfzadə) Qalina obrazını canlandırmışdı.
Xəbər lenti
0