https://sputnik.az/20211019/deyisken-ve-surusken-gundem-434383875.html
Dəyişkən və sürüşkən gündəm
Dəyişkən və sürüşkən gündəm
Sputnik Azərbaycan
Çox qəribədir ki, ictimai fikir manıslara, manıs təfəkkürünə qarşı olsa da, onları dəstəkləməkdə və bəsləməkdə israrlıdır. 19.10.2021, Sputnik Azərbaycan
2021-10-19T22:36+0400
2021-10-19T22:36+0400
2021-10-19T22:36+0400
bakı
yazarlar
etiraz
gündəm
cəmiyyət
sosial şəbəkələr
https://cdnn1.img.sputnik.az/img/42376/82/423768218_0:0:2000:1125_1920x0_80_0_0_80ce195f236521bdb5f1f95032b80776.jpg
Nədən əziyyət çəksək də, gündəm sarıdan bəxtimiz gətirib. Gündəmimiz çox dinamik, rəngarəng, dəyişkəndir. Xüsusilə son günlər, "ədə, hurrey" deyib hoydu-hoyduya götürdüyümüz bir çox hadisəni gündəmdə trendə çevirməyi bacardıq. "İncəsənət xadimlərinə" fəxri adların verilməsi, yeniyetmə qızın zorlanması, Tarif Şurasının gözlənilməz və qəfil qiymət artımı ilə bağlı qərarı və s.Belə sürətlə dəyişən gündəmi izləmək üçün sağlam əsəb tələb olunur. Normal, sakit insan bu xəbərlərin müzakirəsində iştirak etməklə psixoloji sağlamlığını itirə bilər. Mümkün qədər müzakirələri izləməsəm də, sosial şəbəkələrdən qaçış yoxdur. Məsələn, fəxri ad alanlara təəccüblə yanaşanlar, hətta təltif edilənləri ələ salanlar, etiraz edənlərdən yaxamı qurtarmamış, Tarif Şurasının birmənalı şəkildə xalqın əleyhinə olan qərarına haqq qazandıran insanların yazdıqları ilə qarşılaşıram. Elə gözümü yayındrıb başqa xəbərlər axtarıram ki, bir vaxtlar özünü "əjdaha" titulu ilə təltif edən, soyuducusunun dolu olması ilə öyünən, elm adamlarını aşağılayan Nadir Qafarzadənin ölkəni ədalətsizlikdə ittiham edən fikirləri ilə "toqquşuram".Gülüb keçmək də olmur.İstər-istəməz bir balaca düşünməli olursan. Əcəba, Nadirin adı təltif olunan şəxslərin siyahısında olsaydı, bu "əjdaha" yenə də ölkəsi barədə neqativ fikirdə olardımı?***Çox qəribədir ki, ictimai fikir manıslara, manıs təfəkkürünə qarşı olsa da, onları dəstəkləməkdə və bəsləməkdə israrlıdır. İstənilən şou-biznes nümayəndəsi haqqında xəbər, ölkənin ən yaxşı yazıçısının yaradıcılıq nümunəsindən çox oxunur. Neçə-neçə elm adamı, ziyalı, ciddi sənət adamı haqda paylaşılan xəbər saytların künc-bucağında itib-batır, gözdən, diqqətdən yayınır. Media manısları tirajladıqca, sosial şəbəkələrdə onların izlənmə sayı artdıqca, gündəmimiz də onlar olur, bu məxluqat həyatımızın ayrılmaz parçasına çevrilir. Düşünməyi əlavə zəhmət hesab edənlər xalqa dərs keçməkdən, öyüd-nəsihət verməkdən, fürsət tapıb xalqı-ölkəni danlamaqdan çəkinmirlər.Elə Nadir Qafarzadə nümunəsinə qayıdaq.Nadirin başına güllə sıxsan da çıxıb bahalaşma, qiymət artımı barədə bir cümləylə də etiraz bildirməz. Tarif Şurasının qiymət artımı ilə bağlı qərarı ilə bağlı sual versən, TŞ-nin nə olduğunu xatırlamaz. Əminəm ki, yeniyetmə qızın zorlanması onu qətiyyən düşündürmür. Amma özü ağılda həmkarları təltif olunanda ölkədəki ədalətsizlikdən ağız dolusu etiraz edir, cəsarət edib üsyan bayrağı qaldırır. Çünki Nadir yaxşı bilir ki, o siyahıdakıların doxsan faizi onunla eyni səviyyədədir, hətta müəyyən məqamlarda ondan da keyfiyyətsizdir. Bəli, Nadir məlum siyahıya baxıb özünü dövlətin bu təltiflərinə layiq bilir, təltif olunmadığı üçün ərklə etiraz edir. Çünki illərdir televiziylar, saytlar, qəzetlər onu təbliğ edir. Nadirə bu gün xalqı-ölkəni danlamaq hüququnu məhz özümüz vermişik. Şübhəsiz ki, günlərin birində Nadir də yüksək səviyyədə təltif olunanda biz ona şövqlə çəpik çalacağıq. Bu bizim reallığımızdır.***Təltiflərdən söz düşmüşkən, bu günlərdə qədim dostum, "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu Fransanın yüksək ordeninə layiq görülüb. Fransa ədəbiyyatının təbliğində göstərdiyi xidmətlərə görə naşirimiz "İncəsənət və Ədəbiyyat" ordeninin Cəngavəri adıyla mükafatlandırılıb. Sosial şəbəkələrdə minlərlə insan həyatının 30 ilini kitaba həsr edən naşiri, kitabçını təbrik edir. Deməli, xalq bu cür hadisələrə sevinmək hissini hələ itirməyib. Məlum təltif siyahısında, məsələn, elə Şahbaz bəyin və ya digər kitab, ədəbiyyat, incəsənət fədakarlarının da adına da rast gəlsək, xoş olardı. Bir neçə istisnanı nəzərə almasaq, son təltif siyahısında adı olanlar sadəcə ortabab, incəsənətə "yeddi beyin yad" şəxslərdir. Təəssüf ki, bu ölkədə sevdiyimiz, ömrümüzü, sağlamlığımızı fəda etdiyimiz işlərin heç bir qarşılığı olmur. Bunu bilərək bu ölkəni sevmək, sevdiyimiz sahənin inkişafı üçün fədakarlıq etmək də bizim taleyimizdir.***Gündəm dəyişkəndir.Gündəm eyni zamanda çaşdırıcıdır.Dolayısıyla gündəm "sürüşkəndir".İnsan nəyə sevinib, nəyə kədərlənəcəyini, nəyi təqdir edib, nəyə qəzəblənəcəyini müəyyənləşdirməmiş gündəm dəyişir.Beləliklə, insanlar fikirlərini cəmləyib normal reaksiya verə bimirlər.Məsələn, Tarif Şurasının qiymət artımı iə bağlı verdiyi qərar Nadir Qafarzadənin xalqı danlaması fonunda unudulub gedir...Oxunmalı kitab: Rasim Qaraca, "Tənha qurbağanın səsi"Nəşriyyat: "Alatoran" NəşriyyatıJanrı: PoeziyaDili: AzərbaycancaSəhifə: 74Kitabda Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən olan Rasim Qaracanın şeirləri toplanıb. Postmodern şeir həvəskarlarının bu kitabı sevərək oxuyacağını düşünürəm. Çünki müəllif son iyirmi ildə poeziyamızda öz konseptuallığı, ardıcıllığı və poetik duyumu ilə fərqlənən imzalardandır.
https://sputnik.az/20211016/tarif-surasi-ehalini-sevindirdi---bu-defe-gunduz-saatlarinda-434284070.html
https://sputnik.az/20210411/Zorakln-adilmsi-kimdir-gnahkar-426674583.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Cəlil Cavanşir
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426036244_0:-1:993:993_100x100_80_0_0_c1173e163c47d62fec40b7621d540d1b.jpg
Cəlil Cavanşir
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426036244_0:-1:993:993_100x100_80_0_0_c1173e163c47d62fec40b7621d540d1b.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42376/82/423768218_221:0:2000:1334_1920x0_80_0_0_6542ad267ee3a729c268423e94933741.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Cəlil Cavanşir
https://cdnn1.img.sputnik.az/img/07e5/01/16/426036244_0:-1:993:993_100x100_80_0_0_c1173e163c47d62fec40b7621d540d1b.jpg
bakı, etiraz, gündəm, cəmiyyət, sosial şəbəkələr
bakı, etiraz, gündəm, cəmiyyət, sosial şəbəkələr
Dəyişkən və sürüşkən gündəm
Çox qəribədir ki, ictimai fikir manıslara, manıs təfəkkürünə qarşı olsa da, onları dəstəkləməkdə və bəsləməkdə israrlıdır.
Nədən əziyyət çəksək də, gündəm sarıdan bəxtimiz gətirib. Gündəmimiz çox dinamik, rəngarəng, dəyişkəndir. Xüsusilə son günlər, "ədə, hurrey" deyib hoydu-hoyduya götürdüyümüz bir çox hadisəni gündəmdə trendə çevirməyi bacardıq. "İncəsənət xadimlərinə" fəxri adların verilməsi, yeniyetmə qızın zorlanması, Tarif Şurasının gözlənilməz və qəfil qiymət artımı ilə bağlı qərarı və s.
Belə sürətlə dəyişən gündəmi izləmək üçün sağlam əsəb tələb olunur. Normal, sakit insan bu xəbərlərin müzakirəsində iştirak etməklə psixoloji sağlamlığını itirə bilər. Mümkün qədər müzakirələri izləməsəm də, sosial şəbəkələrdən qaçış yoxdur. Məsələn, fəxri ad alanlara təəccüblə yanaşanlar, hətta təltif edilənləri ələ salanlar, etiraz edənlərdən yaxamı qurtarmamış, Tarif Şurasının birmənalı şəkildə xalqın əleyhinə olan qərarına haqq qazandıran insanların yazdıqları ilə qarşılaşıram. Elə gözümü yayındrıb başqa xəbərlər axtarıram ki, bir vaxtlar özünü "əjdaha" titulu ilə təltif edən, soyuducusunun dolu olması ilə öyünən, elm adamlarını aşağılayan Nadir Qafarzadənin ölkəni ədalətsizlikdə ittiham edən fikirləri ilə "toqquşuram".
İstər-istəməz bir balaca düşünməli olursan. Əcəba, Nadirin adı təltif olunan şəxslərin siyahısında olsaydı, bu "əjdaha" yenə də ölkəsi barədə neqativ fikirdə olardımı?
Çox qəribədir ki, ictimai fikir manıslara, manıs təfəkkürünə qarşı olsa da, onları dəstəkləməkdə və bəsləməkdə israrlıdır. İstənilən şou-biznes nümayəndəsi haqqında xəbər, ölkənin ən yaxşı yazıçısının yaradıcılıq nümunəsindən çox oxunur. Neçə-neçə elm adamı, ziyalı, ciddi sənət adamı haqda paylaşılan xəbər saytların künc-bucağında itib-batır, gözdən, diqqətdən yayınır. Media manısları tirajladıqca, sosial şəbəkələrdə onların izlənmə sayı artdıqca, gündəmimiz də onlar olur, bu məxluqat həyatımızın ayrılmaz parçasına çevrilir. Düşünməyi əlavə zəhmət hesab edənlər xalqa dərs keçməkdən, öyüd-nəsihət verməkdən, fürsət tapıb xalqı-ölkəni danlamaqdan çəkinmirlər.
Elə Nadir Qafarzadə nümunəsinə qayıdaq.
Nadirin başına güllə sıxsan da çıxıb bahalaşma, qiymət artımı barədə bir cümləylə də etiraz bildirməz. Tarif Şurasının qiymət artımı ilə bağlı qərarı ilə bağlı sual versən, TŞ-nin nə olduğunu xatırlamaz. Əminəm ki, yeniyetmə qızın zorlanması onu qətiyyən düşündürmür. Amma özü ağılda həmkarları təltif olunanda ölkədəki ədalətsizlikdən ağız dolusu etiraz edir, cəsarət edib üsyan bayrağı qaldırır. Çünki Nadir yaxşı bilir ki, o siyahıdakıların doxsan faizi onunla eyni səviyyədədir, hətta müəyyən məqamlarda ondan da keyfiyyətsizdir. Bəli, Nadir məlum siyahıya baxıb özünü dövlətin bu təltiflərinə layiq bilir, təltif olunmadığı üçün ərklə etiraz edir. Çünki illərdir televiziylar, saytlar, qəzetlər onu təbliğ edir. Nadirə bu gün xalqı-ölkəni danlamaq hüququnu məhz özümüz vermişik. Şübhəsiz ki, günlərin birində Nadir də yüksək səviyyədə təltif olunanda biz ona şövqlə çəpik çalacağıq. Bu bizim reallığımızdır.
Təltiflərdən söz düşmüşkən, bu günlərdə qədim dostum, "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu Fransanın yüksək ordeninə layiq görülüb. Fransa ədəbiyyatının təbliğində göstərdiyi xidmətlərə görə naşirimiz "İncəsənət və Ədəbiyyat" ordeninin Cəngavəri adıyla mükafatlandırılıb. Sosial şəbəkələrdə minlərlə insan həyatının 30 ilini kitaba həsr edən naşiri, kitabçını təbrik edir. Deməli, xalq bu cür hadisələrə sevinmək hissini hələ itirməyib. Məlum təltif siyahısında, məsələn, elə Şahbaz bəyin və ya digər kitab, ədəbiyyat, incəsənət fədakarlarının da adına da rast gəlsək, xoş olardı. Bir neçə istisnanı nəzərə almasaq, son təltif siyahısında adı olanlar sadəcə ortabab, incəsənətə "yeddi beyin yad" şəxslərdir. Təəssüf ki, bu ölkədə sevdiyimiz, ömrümüzü, sağlamlığımızı fəda etdiyimiz işlərin heç bir qarşılığı olmur. Bunu bilərək bu ölkəni sevmək, sevdiyimiz sahənin inkişafı üçün fədakarlıq etmək də bizim taleyimizdir.
Gündəm eyni zamanda çaşdırıcıdır.
Dolayısıyla gündəm "sürüşkəndir".
İnsan nəyə sevinib, nəyə kədərlənəcəyini, nəyi təqdir edib, nəyə qəzəblənəcəyini müəyyənləşdirməmiş gündəm dəyişir.
Beləliklə, insanlar fikirlərini cəmləyib normal reaksiya verə bimirlər.
Məsələn, Tarif Şurasının qiymət artımı iə bağlı verdiyi qərar Nadir Qafarzadənin xalqı danlaması fonunda unudulub gedir...
Oxunmalı kitab: Rasim Qaraca, "Tənha qurbağanın səsi"
Nəşriyyat: "Alatoran" Nəşriyyatı
Kitabda Azərbaycan poeziyasının tanınmış nümayəndələrindən olan Rasim Qaracanın şeirləri toplanıb. Postmodern şeir həvəskarlarının bu kitabı sevərək oxuyacağını düşünürəm. Çünki müəllif son iyirmi ildə poeziyamızda öz konseptuallığı, ardıcıllığı və poetik duyumu ilə fərqlənən imzalardandır.