Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xocavənddə maşının yük yerində əlvan metal daşıyanlar saxlanılıblar

© AR Ministry of Internal AffairsAğdamda polislər, arxiv şəkli
Ağdamda polislər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.10.2021
Abunə olmaq
Həmçinin avtomobilin yük yerinə baxış zamanı əlvan metallar da aşkar edilərək götürülüb.
BAKI, 18 oktyabr — Sputnik. Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktiki tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olan şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 17-də rayonun Binə kəndi ərazisində təyin edilən nəzarət postunda Göygöl rayon sakini Ariz Abdullayevin idarə etdiyi KAMAZ markalı avtomobil prosedur qaydasına uyğun olaraq saxlanılıb.
Yoxlama zamanı A.Abdullayevin sərnişinləri – Göygöl rayon sakini Qürbət Qocayev və Orxan Paşayev ilə birgə müvafiq icazələri olmadan rayon ərazisinə daxil olduqları müəyyən edilib.
Həmçinin avtomobilin yük yerinə baxış zamanı əlvan metallar da aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Eləcə də oxuyun:
* Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslər həbs edilib
* Xocavənddə xeyli sayda döyüş sursatları aşkar edilib
* Laçın polisi Üçtəpədə silah-sursat aşkarlayıb
Xəbər lenti
0