Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Laçın polisi Uçtəpədə silah-sursat aşkarlayıb

© AR Ministry of Internal AffairsSilah-sursat
Silah-sursat  - Sputnik Azərbaycan, 1920, 11.10.2021
Abunə olmaq
Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində keçirilmiş növbəti tədbirlər zamanı tərk edilmiş hərbi mövqelərdən silah-sursat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
BAKI, 11 oktyabr — Sputnik. Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər zamanı Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində xeyli tərk edilmiş silah-sursat aşkar edilib.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir.
Qeyd olunur ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə döyüş sursatlarının aşkar olunaraq təhvil verilməsi istiqamətində mütəmadi profilaktiki tədbirlər aparılır.
Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının təhkim olunduğu Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində keçirilmiş növbəti tədbirlər zamanı tərk edilmiş hərbi mövqelərdən 1 avtomat, 3 müxtəlif növ pulemyot, 9 əl qumbarası, 11 avtomat darağı, 1 minaatanın nişangah qurğusu və 3500 müxtəlif çaplı patronlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Xəbər lenti
0