SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Səfirdən Azərbaycana xoş sözlər: "ABŞ birlikdə qurduğumuz dostluğu yüksək qiymətləndirir"

© Sputnik / Murad OrujovABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger
ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger - Sputnik Azərbaycan, 1920, 18.10.2021
Abunə olmaq
Bu əlamətdar gündə amerikalılar bütün azərbaycanlılara ən xoş arzularını çatdırır. Azərbaycan 30 illik müstəqillik dövründə böyük uğurlar qazandı
BAKI, 18 oktyabr — Sputnik. "Müstəqilliyin Bərpası Gününün 30-cu ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edirəm".
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin bəyanatında əksini tapıb.
"Bu əlamətdar gündə amerikalılar bütün azərbaycanlılara ən xoş arzularını çatdırırlar. Azərbaycan 30 illik müstəqillik dövründə böyük uğurlar qazandı. ABŞ birlikdə qurduğumuz dostluğu yüksək qiymətləndirir və müstəqil Azərbaycana dəyər verir. Biz təhlükəsizlik, enerji və iqtisadi inkişaf, insan hüquqlarının və əsas azadlıqların qorunması kimi vacib məsələlərə əhəmiyyət veririk. Müstəqilliyin Bərpası Günündə ABŞ adından Azərbaycan xalqını təbrik edirəm!" - diplomat sosial şəbəkədə paylaşdığı bəyanatında vurğulayıb.
Eləcə də oxuyun:
* Türk Şurasının Baş katibi Azərbaycan xalqını təbrik edib
* Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
* Böyük Britaniya səfirindən Azərbaycan dilində təbrik
* Azərbaycan lideri: "İldönümünü ərazi bütövlüyünü təmin etmiş qalib xalq kimi qarşılayırıq"
* Almaniya səfiri Azərbaycanı təbrik edib
Xəbər lenti
0