https://sputnik.az/20211018/boyuk-britaniya-sefirinden-azerbaycan-dilinde-tebrik-434312402.html
Böyük Britaniya səfirindən Azərbaycan dilində təbrik
Böyük Britaniya səfirindən Azərbaycan dilində təbrik
Sputnik Azərbaycan
Səfir Şarp Azərbaycan dilini öyrənmək üçün aprel ayında gələrək beş həftə Gəncə və Bakıda olub. O, Azərbaycanda Birləşmiş Krallığı təmsil etməyi özünə şərəf... 18.10.2021, Sputnik Azərbaycan
2021-10-18T13:07+0400
2021-10-18T13:07+0400
2021-10-18T17:10+0400
səfir
cəmiyyət
böyük britaniya
təbrik
müstəqillik günü
https://cdnn1.img.sputnik.az/img/42179/56/421795617_153:328:1156:892_1920x0_80_0_0_92447ce22e84853a75ef50cd995a9dcf.jpg
BAKI, 18 oktyabr — Sputnik. Böyük Britaniya səfiri Ceyms Şarp 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.Sputnik Azərbaycan xəbər verir ki, səfir təbrikini Azərbaycan dilində səsləndirib. "Azərbaycandakı dostlarımızı təbrik edirəm. Bu il Azərbaycan müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edir və tarixində yeni səhifə açır. Azərbaycan və Britaniya arasında bütün sahələrdə güclü ikitərəfli münasibətlər mövcuddur və biz Azərbaycanın davamlı inkişafı və tərəqqisi yolunda daim onun yanındayıq".Qeyd edək ki, səfir Şarp Azərbaycan dilini öyrənmək üçün aprel ayında gələrək beş həftə Gəncə və Bakıda olub. Səfir Azərbaycanda Birləşmiş Krallığı təmsil etməyi özünə şərəf billir.Böyük Britaniya parlamentinin üzvü Bob Blekmen də 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, B. Blekmen Azərbaycanı Böyük Britaniyanın Cənubi Qafqazdakı yaxın və strateji tərəfdaşı adlandırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42179/56/421795617_289:296:1084:892_1920x0_80_0_0_26e7a609ca1d8c964b7d27e1465d854c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
səfir, böyük britaniya, təbrik, müstəqillik günü
səfir, böyük britaniya, təbrik, müstəqillik günü
Böyük Britaniya səfirindən Azərbaycan dilində təbrik
13:07 18.10.2021 (Yenilənib: 17:10 18.10.2021) Səfir Şarp Azərbaycan dilini öyrənmək üçün aprel ayında gələrək beş həftə Gəncə və Bakıda olub. O, Azərbaycanda Birləşmiş Krallığı təmsil etməyi özünə şərəf billir
BAKI, 18 oktyabr — Sputnik. Böyük Britaniya səfiri Ceyms Şarp 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik edib.
Sputnik Azərbaycan xəbər verir ki, səfir
təbrikini Azərbaycan dilində səsləndirib. "Azərbaycandakı dostlarımızı təbrik edirəm. Bu il Azərbaycan müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edir və tarixində yeni səhifə açır. Azərbaycan və Britaniya arasında bütün sahələrdə güclü ikitərəfli münasibətlər mövcuddur və biz Azərbaycanın davamlı inkişafı və tərəqqisi yolunda daim onun yanındayıq".
Qeyd edək ki, səfir Şarp Azərbaycan dilini öyrənmək üçün aprel ayında gələrək beş həftə Gəncə və Bakıda olub. Səfir Azərbaycanda Birləşmiş Krallığı təmsil etməyi özünə şərəf billir.
Böyük Britaniya parlamentinin üzvü Bob Blekmen də 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Sputnik Azərbaycan xəbər verir ki, B. Blekmen Azərbaycanı Böyük Britaniyanın Cənubi Qafqazdakı yaxın və strateji tərəfdaşı adlandırıb.
"Bu gün Böyük Britaniyanın Cənubi Qafqazdakı yaxın və strateji tərəfdaşı olan Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümüdür. Azərbaycan xalqının çoxdankı dostu olaraq ən səmimi təbriklərimi çatdırıram", - deyə parlamentari qeyd edib.