Qədim Olimpiyada Pekin Qış oyunlarının məşəli yandırılıb - göz oxşayan fotolar
Qədim Olimpiyada Pekin Qış oyunlarının məşəli yandırılıb - göz oxşayan fotolar
Sputnik Azərbaycan
Qış Olimpiya Oyunları-2022-nin məşəlinin yandırılması mərasimi koronavirus məhdudiyyətləri səbəbilə tamaşaçılarsız keçirilib. Məşəl yarış təşkilatçılarına... 18.10.2021, Sputnik Azərbaycan
Eramızdan əvvəl VIII əsrdə Olimpiya Oyunlarının yarandığı Qədim Yunan Olimpiyasında Pekində keçiriləcək 2022-ci il Qış Olimpiya Oyunlarının məşəli yandırılıb.Sputnik Azərbaycan xəbər verir ki, bazar ertəsi, oktyabrın 18-də Olimpiya məşəli, ənənəyə görə, qədim Gera məbədində parabolik güzgü və günəş şüalarının köməyilə alışdırılıb. "Ali kahin" rolunu ifa edən aktrisa Ksanti Georgiu Apollona şüalar göndərərək Olimpiada alovunu yandırması, Zevsə isə Oyunların qaliblərini taclandırması üçün dua edib. Bundan sonra kahin məşəli alışması üçün günəş şüalarını toplayan parabolik güzgüyə yaxınlaşdırıb.Qeyd edək ki, Olimpiya məşəlinin yandırılması mərasimi koronavirus pandemiyası səbəbindən artıq ikinci dəfədir tamaşaçısız keçirilir. Üç məşəlçinin iştirak etdiyi Olimpiya məşəli estafeti də elə bu səbəbdən qısaldılmışdı.Xatırladaq ki, koronavirus məhdudiyyətləri səbəbindən bu ilin iyul-avqust aylarında Tokioda keçirilən Olimpiya Oyunlarının məşəli də tamaşaçılarin iştirakı olmadan yandırılıb.Bazar ertəsi Olimpiya məşəli Afinaya çatdırılaraq Akropola qoyulacaq. Olimpiya məşəli gecəni burada keçirəcək, çərşənbə axşamı isə o, "Panatinaikos" stadionunda Çin nümayəndə heyətinə təhvil veriləcək. Bu stadionda da tamaşaçı olmayacaq.Qış Olimpiya oyunları 2022-ci ilin fevralın 4-dən 20-dək Pekində keçiriləcək. Azərbaycanı yarışda iki fiqurlu konkisürən - Vladimir Litvintsev və Yekaterina Ryabova - təmsil edəcək.
Qış Olimpiya Oyunları-2022-nin məşəlinin yandırılması mərasimi koronavirus məhdudiyyətləri səbəbilə tamaşaçılarsız keçirilib. Məşəl yarış təşkilatçılarına çərşənbə axşamı təhvil veriləcək.
Eramızdan əvvəl VIII əsrdə Olimpiya Oyunlarının yarandığı Qədim Yunan Olimpiyasında Pekində keçiriləcək 2022-ci il Qış Olimpiya Oyunlarının məşəli yandırılıb.
"Ali kahin" rolunu ifa edən aktrisa Ksanti Georgiu Apollona şüalar göndərərək Olimpiada alovunu yandırması, Zevsə isə Oyunların qaliblərini taclandırması üçün dua edib.
"Ali kahin" rolunu ifa edən aktrisa Ksanti Georgiu Apollona şüalar göndərərək Olimpiada alovunu yandırması, Zevsə isə Oyunların qaliblərini taclandırması üçün dua edib.
Qədim Olimpiyadakı stadionda keçirilən mərasimdə Yunanıstan Prezidenti Katerina Sakellaropulu, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, "Pekin-2022" təşkilat komitəsinin nümayəndələri iştirak ediblər.
Qədim Olimpiyadakı stadionda keçirilən mərasimdə Yunanıstan Prezidenti Katerina Sakellaropulu, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, "Pekin-2022" təşkilat komitəsinin nümayəndələri iştirak ediblər.
Azərbaycanı yarışda iki fiqurlu konkisürən - Vladimir Litvintsev və Yekaterina Ryabova - təmsil edəcək.
Sputnik Azərbaycan xəbər verir ki, bazar ertəsi, oktyabrın 18-də Olimpiya məşəli, ənənəyə görə, qədim Gera məbədində parabolik güzgü və günəş şüalarının köməyilə alışdırılıb. "Ali kahin" rolunu ifa edən aktrisa Ksanti Georgiu Apollona şüalar göndərərək Olimpiada alovunu yandırması, Zevsə isə Oyunların qaliblərini taclandırması üçün dua edib. Bundan sonra kahin məşəli alışması üçün günəş şüalarını toplayan parabolik güzgüyə yaxınlaşdırıb.
Qeyd edək ki, Olimpiya məşəlinin yandırılması mərasimi koronavirus pandemiyası səbəbindən artıq ikinci dəfədir tamaşaçısız keçirilir. Üç məşəlçinin iştirak etdiyi Olimpiya məşəli estafeti də elə bu səbəbdən qısaldılmışdı.
Xatırladaq ki, koronavirus məhdudiyyətləri səbəbindən bu ilin iyul-avqust aylarında Tokioda keçirilən Olimpiya Oyunlarının məşəli də tamaşaçılarin iştirakı olmadan yandırılıb.
Bazar ertəsi Olimpiya məşəli Afinaya çatdırılaraq Akropola qoyulacaq. Olimpiya məşəli gecəni burada keçirəcək, çərşənbə axşamı isə o, "Panatinaikos" stadionunda Çin nümayəndə heyətinə təhvil veriləcək. Bu stadionda da tamaşaçı olmayacaq.
Qış Olimpiya oyunları 2022-ci ilin fevralın 4-dən 20-dək Pekində keçiriləcək. Azərbaycanı yarışda iki fiqurlu konkisürən - Vladimir Litvintsev və Yekaterina Ryabova - təmsil edəcək.