FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Qədim Olimpiyada Pekin Qış oyunlarının məşəli yandırılıb - göz oxşayan fotolar

Abunə olmaq
Qış Olimpiya Oyunları-2022-nin məşəlinin yandırılması mərasimi koronavirus məhdudiyyətləri səbəbilə tamaşaçılarsız keçirilib. Məşəl yarış təşkilatçılarına çərşənbə axşamı təhvil veriləcək.
Eramızdan əvvəl VIII əsrdə Olimpiya Oyunlarının yarandığı Qədim Yunan Olimpiyasında Pekində keçiriləcək 2022-ci il Qış Olimpiya Oyunlarının məşəli yandırılıb.
© AP Photo / Petros Giannakouris

Bazar ertəsi, oktyabrın 18-də Olimpiya məşəli, ənənəyə görə, qədim Gera məbədində parabolik güzgü və günəş şüalarının köməyilə alışdırılıb.

Bazar ertəsi, oktyabrın 18-də Olimpiya məşəli, ənənəyə görə, qədim Gera məbədində parabolik güzgü və günəş şüalarının köməyilə alışdırılıb. - Sputnik Azərbaycan
1/11

Bazar ertəsi, oktyabrın 18-də Olimpiya məşəli, ənənəyə görə, qədim Gera məbədində parabolik güzgü və günəş şüalarının köməyilə alışdırılıb.

© REUTERS / COSTAS BALTAS

"Ali kahin" rolunu ifa edən aktrisa Ksanti Georgiu Apollona şüalar göndərərək Olimpiada alovunu yandırması, Zevsə isə Oyunların qaliblərini taclandırması üçün dua edib.

"Ali kahin" rolunu ifa edən aktrisa Ksanti Georgiu Apollona şüalar göndərərək Olimpiada alovunu yandırması, Zevsə isə Oyunların qaliblərini taclandırması üçün dua edib. - Sputnik Azərbaycan
2/11

"Ali kahin" rolunu ifa edən aktrisa Ksanti Georgiu Apollona şüalar göndərərək Olimpiada alovunu yandırması, Zevsə isə Oyunların qaliblərini taclandırması üçün dua edib.

© REUTERS / ALKIS KONSTANTINIDIS

Bundan sonra kahin məşəli alışması üçün günəş şüalarını toplayan parabolik güzgüyə yaxınlaşdırıb.

Bundan sonra kahin məşəli alışması üçün günəş şüalarını toplayan parabolik güzgüyə yaxınlaşdırıb. - Sputnik Azərbaycan
3/11

Bundan sonra kahin məşəli alışması üçün günəş şüalarını toplayan parabolik güzgüyə yaxınlaşdırıb.

© REUTERS / ALKIS KONSTANTINIDIS

Bir müddət davam edən yağmurlu havadan sonra bu gün Qədim Olimpiadada Günəş bərq vururdu və məşəli alışdırmaq çətin olmadı.

Bir müddət davam edən yağmurlu havadan sonra bu gün Qədim Olimpiadada Günəş bərq vururdu və məşəli alışdırmaq çətin olmadı. - Sputnik Azərbaycan
4/11

Bir müddət davam edən yağmurlu havadan sonra bu gün Qədim Olimpiadada Günəş bərq vururdu və məşəli alışdırmaq çətin olmadı.

© REUTERS / ALKIS KONSTANTINIDIS

Olimpiya məşəlinin yandırılması mərasimi koronavirus pandemiyası səbəbindən artıq ikinci dəfədir tamaşaçısız keçirilir.

Olimpiya məşəlinin yandırılması mərasimi koronavirus pandemiyası səbəbindən artıq ikinci dəfədir tamaşaçısız keçirilir. - Sputnik Azərbaycan
5/11

Olimpiya məşəlinin yandırılması mərasimi koronavirus pandemiyası səbəbindən artıq ikinci dəfədir tamaşaçısız keçirilir.

© REUTERS / ALKIS KONSTANTINIDIS

Üç məşəlçinin iştirak etdiyi Olimpiya məşəli estafeti də elə bu səbəbdən qısaldılmışdı.

Üç məşəlçinin iştirak etdiyi Olimpiya məşəli estafeti də elə bu səbəbdən qısaldılmışdı. - Sputnik Azərbaycan
6/11

Üç məşəlçinin iştirak etdiyi Olimpiya məşəli estafeti də elə bu səbəbdən qısaldılmışdı.

© REUTERS / COSTAS BALTAS

Bazar ertəsi Olimpiya məşəli Afinaya çatdırılaraq Akropola qoyulacaq.

Bazar ertəsi Olimpiya məşəli Afinaya çatdırılaraq Akropola qoyulacaq. - Sputnik Azərbaycan
7/11

Bazar ertəsi Olimpiya məşəli Afinaya çatdırılaraq Akropola qoyulacaq.

© AP Photo / Petros Giannakouris

Olimpiya məşəli gecəni burada keçirəcək, çərşənbə axşamı isə o, "Panatinaikos" stadionunda Çin nümayəndə heyətinə təhvil veriləcək.

Olimpiya məşəli gecəni burada keçirəcək, çərşənbə axşamı isə o, "Panatinaikos" stadionunda Çin nümayəndə heyətinə təhvil veriləcək. - Sputnik Azərbaycan
8/11

Olimpiya məşəli gecəni burada keçirəcək, çərşənbə axşamı isə o, "Panatinaikos" stadionunda Çin nümayəndə heyətinə təhvil veriləcək.

© REUTERS / COSTAS BALTAS

Qədim Olimpiyadakı stadionda keçirilən mərasimdə Yunanıstan Prezidenti Katerina Sakellaropulu, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, "Pekin-2022" təşkilat komitəsinin nümayəndələri iştirak ediblər.

Qədim Olimpiyadakı stadionda keçirilən mərasimdə Yunanıstan Prezidenti Katerina Sakellaropulu, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, "Pekin-2022" təşkilat komitəsinin nümayəndələri iştirak ediblər. - Sputnik Azərbaycan
9/11

Qədim Olimpiyadakı stadionda keçirilən mərasimdə Yunanıstan Prezidenti Katerina Sakellaropulu, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, "Pekin-2022" təşkilat komitəsinin nümayəndələri iştirak ediblər.

© REUTERS / ALKIS KONSTANTINIDIS

Qış Olimpiya oyunları 2022-ci ilin fevralın 4-dən 20-dək Pekində keçiriləcək.

Qış Olimpiya oyunları 2022-ci ilin fevralın 4-dən 20-dək Pekində keçiriləcək. - Sputnik Azərbaycan
10/11

Qış Olimpiya oyunları 2022-ci ilin fevralın 4-dən 20-dək Pekində keçiriləcək.

© AFP 2023 / ARIS MESSINIS

Azərbaycanı yarışda iki fiqurlu konkisürən - Vladimir Litvintsev və Yekaterina Ryabova - təmsil edəcək.

Azərbaycanı yarışda iki fiqurlu konkisürən - Vladimir Litvintsev və Yekaterina Ryabova - təmsil edəcək. - Sputnik Azərbaycan
11/11

Azərbaycanı yarışda iki fiqurlu konkisürən - Vladimir Litvintsev və Yekaterina Ryabova - təmsil edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bazar ertəsi, oktyabrın 18-də Olimpiya məşəli, ənənəyə görə, qədim Gera məbədində parabolik güzgü və günəş şüalarının köməyilə alışdırılıb. "Ali kahin" rolunu ifa edən aktrisa Ksanti Georgiu Apollona şüalar göndərərək Olimpiada alovunu yandırması, Zevsə isə Oyunların qaliblərini taclandırması üçün dua edib. Bundan sonra kahin məşəli alışması üçün günəş şüalarını toplayan parabolik güzgüyə yaxınlaşdırıb.
Qeyd edək ki, Olimpiya məşəlinin yandırılması mərasimi koronavirus pandemiyası səbəbindən artıq ikinci dəfədir tamaşaçısız keçirilir. Üç məşəlçinin iştirak etdiyi Olimpiya məşəli estafeti də elə bu səbəbdən qısaldılmışdı.
Xatırladaq ki, koronavirus məhdudiyyətləri səbəbindən bu ilin iyul-avqust aylarında Tokioda keçirilən Olimpiya Oyunlarının məşəli də tamaşaçılarin iştirakı olmadan yandırılıb.
Bazar ertəsi Olimpiya məşəli Afinaya çatdırılaraq Akropola qoyulacaq. Olimpiya məşəli gecəni burada keçirəcək, çərşənbə axşamı isə o, "Panatinaikos" stadionunda Çin nümayəndə heyətinə təhvil veriləcək. Bu stadionda da tamaşaçı olmayacaq.
Qış Olimpiya oyunları 2022-ci ilin fevralın 4-dən 20-dək Pekində keçiriləcək. Azərbaycanı yarışda iki fiqurlu konkisürən - Vladimir Litvintsev və Yekaterina Ryabova - təmsil edəcək.
Xəbər lenti
0