Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" - "Kayrat" oyunu üçün biletlərin yarısı satılıb

© Photo : Facebook / Qarabağ FK"Omoniya" "Qarabağ" oyunu zamanı.
Omoniya Qarabağ oyunu zamanı. - Sputnik Azərbaycan, 1920, 18.10.2021
Abunə olmaq
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşdə koronavirus pandemiyası ilə əlaqədar arenanın 50 faizi qədər azarkeş tribunalara buraxılacaq
BAKI, 18 oktyabr — Sputnik. "Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Qazaxıstan "Kayrat"ı ilə keçirəcəyi oyun böyük maraqla qarşılanıb.
Sputnik Azərbaycan xəbər verir ki, qarşılaşma üçün 2 günə 7 mindən çox bilet satılıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşdə koronavirus pandemiyası ilə əlaqədar arenanın 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.
Mərkəzi arena 30 min fanat qəbul edə bildiyindən, matç üçün 15 min bilet satışa çıxarılıb. Qeyd edək ki, oktyabrın 21-də oynanılacaq "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq.
Xəbər lenti
0