CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir: "İşğaldan azad ərazilərdə sosial infrastrukturun yaradılması üzərində iş aparılır"

© AR Ministry of AgricultureZəngilanda "Ağıllı kənd"
Zəngilanda Ağıllı kənd - Sputnik Azərbaycan, 1920, 18.10.2021
Abunə olmaq
Nazir deyib ki, sərəncamdan irəli gələrək hazırlanan yeni layihələr yaxın günlərdə Nazirlər Kabineti və Prezidentə, eyni zamanda büdcə layihəsi kimi Milli Məclisə təqdim ediləcək.
BAKI, 18 oktyabr — Sputnik. "Prezident İlham Əliyevin imzaladığı yeni sərəncam 1 milyon 800 min vətəndaşı əhatə edəcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Bilginlə birgə brifinq zamanı bildirib. Onun sözlərinə görə, sosial islahat kimi bu, çox vacibdir. Nazir deyib ki, sərəncamdan irəli gələrək hazırlanan yeni layihələr yaxın günlərdə Nazirlər Kabineti və Prezidentə, eyni zamanda büdcə layihəsi kimi Milli Məclisə təqdim ediləcək.
Nazir bildirib ki, bu gün həm Azərbaycan, həm də Türkiyədə yaşayıb işləyən vətəndaşların əmək müqaviləsi varsa, həm sosial sığorta, həm işsizlikdən sığorta, həm də İcbari tibbi sığorta baxımından tam hüquqi müdafiələrini əldə edirlər. Lakin təəssüf ki, hər iki ölkədə əmək müqaviləsi olmadan işləyən bəzi vətəndaşlarımız var ki, onlarla bağlı müzakirələrin əsas qayəsi bu məsələlərin tənzimlənməsidir. S.Babayev deyib ki, həmin şəxslərin əmək münasibətlərinin leqallaşmasını təmin etmək, onların sosial, işsizlikdən və icbari tibbi sığortadan istifadəsini genişləndirmək əsas hədəflərdəndir:
"Digər əsas məsələ, məşğulluq proqramlarını genişləndirməkdir. Çünki hər iki ölkənin əhalisi gəncdir. Hər il əmək bazarına ciddi sayda gənc kadrlar daxil olur. Gənclərin işlə təmin olunması, onların müxtəlif aktiv məşğulluq proqramlarına cəlb edilməsi hər iki ölkənin qarşısında duran əsas məsələlərdən biridir. Bu istiqamətdə həm təcrübə mübadiləsi aparacağıq, həm də hər iki ölkədə olan özünü doğruldan proqramları tətbiq etməyə çalışacağıq".
İşğaldan azad olunmuş ərazilərdə sosial infrastrukturun yaradılmasına toxunan nazir bildirib ki, bu məsələ üzərində iş aparılır. Onun sözlərinə görə, işğaldan azad olunan hər bir ərazidə tam sosial infrastruktur yaradılacaq: "Regional DOST mərkəzləri, ayrıca yaşayış məntəqələrində DOST filialları olacaq. Eyni zamanda, reabilitasiya bərpa mərkəzlərinin, sosial xidmət müəssisələrinin yaradılmasına dair təkliflər aidiyyəti dövlət qurumlarına təqdim edilib. Hər rayonun Baş planı hazırlanan zaman həmin müəssisələr üçün lazımi infrastruktur yaradılacaq".
Eləcə də oxuyun:
* Əməkhaqqı və pensiyalarda artımla bağlı təkliflər yaxın günlərdə təqdim ediləcək
* Maaş və pensiyalar nə qədər artacaq? Deputat açıqladı
* Baş nazir əməkhaqları ilə bağlı yeni qərar imzaladı
Xəbər lenti
0