https://sputnik.az/20211018/maas-ve-pensiyalar-ne-qeder-artacaq-deputat-aciqladi-434320972.html
Maaş və pensiyalar nə qədər artacaq? Deputat açıqladı
Maaş və pensiyalar nə qədər artacaq? Deputat açıqladı
Sputnik Azərbaycan
"Sərəncam gələn ilin yanvarın 1-dən tətbiq olunacaq. Vətəndaşlar da bunun şahidi olacaqlar". 18.10.2021, Sputnik Azərbaycan
2021-10-18T13:35+0400
2021-10-18T13:35+0400
2021-10-18T13:35+0400
manat
iqtisadiyyat
pensiya
tələbə
maaş
əməkhaqqı
təqaüd
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268568_0:0:2001:1125_1920x0_80_0_0_5361edb7b4166f8564e6e4f66528499a.jpg
BAKI, 18 oktyabr — Sputnik. Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" sərəncam əhalinin pul gəlirlərini artırmaqla yanaşı, onların sosial rifahının xeyli dərəcədə yaxşılaşmasına gətirib çıxaracaq.Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Komitə sədri bildirib ki, artımlar 20 faiz civarında, bəlkə də daha çox olacaq. M.Quliyevin sözlərinə görə, bu sərəncam əhalinin bütün kateqoriyalarına müsbət təsir edəcək. "Sərəncam gələn ilin yanvarın 1-dən tətbiq olunacaq. Vətəndaşlar da bunun şahidi olacaqlar".Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin oktyabr ayının 16-da "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncamda Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılır. Həmin təkliflərin hazırlanmasına artıq başlanıb və qısa müddət ərzində bu təkliflər yekunlaşdırılaraq təqdim ediləcək.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün mətbuata açıqlamasında bildirib ki, sərəncamın icrası olaraq əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq. Həmçinin minimum əmək haqqı alanların da məvacibləri yüksəldiləcək. Bu islahat 1 milyonadək işçini əhatə edəcək. Bildirilib ki, pensiya və sosial müavinət artımı tədbiri isə 450 min şəxsə müvafiq sosial ödənişin artırılmasına imkan verəcək. Təqaüd artımı istiqaməti isə tələbələrin rifahına dəstək məqsədi daşıyır. Təqribən, 130 minədək tələbənin təqaüdündə artım olacaq. Sərəncamın icrası ilə sosial ödəniş artımı həmçinin aztəminatlı əhali kateqoriyasına aid ailələri də əhatə edəcək. Ümumilikdə 1 milyon 800 min vətəndaşı əhatə edəcək.Məlumat üçün bildirək ki, oktyabrın 16-da Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda təbii qazın və elektrik enerjisi tariflərinə baxılmış, müvafiq qərarlar qəbul edilib. Qazla bağlı əhalinin illik istehlakının 1200 m3 -dək olan hissəsi üçün tariflər iki qəpik yüksəlib. Noyabrın 1-dən 1200 m3-dək qaz işlətməyə görə ödənişi 10 yox, 12 qəpikdən etməli olacağıq.Elektrik enerjisinin qiymətləri də artıb. İlk olaraq aşağı limit artıq 300 yox, 200 kVts olacaq. 200 kVts-dək elektrik enerjsindən istifadəyə görə əhali 8 qəpikdən ödəniş edəcək. Qeyd edək ki, indiyədək 300 kVts-dək elektrik enerjisindən istifadəyə görə ödəniş 7 qəpikdən idi.200 kVts-dən 300 kVts-dək elektrik enerjisi işlədənlər 9 qəpikdən ödəniş etməli olacaqlar. 300 kVts-dən çox elektrik enerjisi işlədən sakinlər isə 13 qəpikdən ödəyəcəklər. İndiyədək bu qiymət 11 qəpik idi.
https://sputnik.az/20211016/emekhaqlari-ve-pensiyalarla-bagli-serencam-imzalandi-434285310.html
https://sputnik.az/20211016/geyim-bahalasib-mobil-telefonlar-ucuzlasib-434287861.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42226/85/422268568_0:0:1773:1330_1920x0_80_0_0_690134ab1836e85c19bc758d3bd7c724.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
manat, pensiya, tələbə, maaş, əməkhaqqı, təqaüd
manat, pensiya, tələbə, maaş, əməkhaqqı, təqaüd
Maaş və pensiyalar nə qədər artacaq? Deputat açıqladı
"Sərəncam gələn ilin yanvarın 1-dən tətbiq olunacaq. Vətəndaşlar da bunun şahidi olacaqlar".
BAKI, 18 oktyabr — Sputnik. Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" sərəncam əhalinin pul gəlirlərini artırmaqla yanaşı, onların sosial rifahının xeyli dərəcədə yaxşılaşmasına gətirib çıxaracaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri
Musa Quliyev deyib. Komitə sədri bildirib ki, artımlar
20 faiz civarında, bəlkə də daha çox olacaq. M.Quliyevin sözlərinə görə, bu sərəncam əhalinin bütün kateqoriyalarına müsbət təsir edəcək. "Sərəncam gələn ilin yanvarın 1-dən tətbiq olunacaq. Vətəndaşlar da bunun şahidi olacaqlar".
Qeyd edək ki, Prezident İlham Əliyev bu ilin oktyabr ayının 16-da "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncamda Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılır. Həmin təkliflərin hazırlanmasına artıq başlanıb və qısa müddət ərzində bu təkliflər yekunlaşdırılaraq təqdim ediləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün mətbuata açıqlamasında bildirib ki, sərəncamın icrası olaraq əmək müqaviləsi ilə çalışanların böyük qisminin əməkhaqları artırılacaq. Həmçinin minimum əmək haqqı alanların da məvacibləri yüksəldiləcək. Bu islahat 1 milyonadək işçini əhatə edəcək. Bildirilib ki, pensiya və sosial müavinət artımı tədbiri isə 450 min şəxsə müvafiq sosial ödənişin artırılmasına imkan verəcək. Təqaüd artımı istiqaməti isə tələbələrin rifahına dəstək məqsədi daşıyır. Təqribən, 130 minədək tələbənin təqaüdündə artım olacaq. Sərəncamın icrası ilə sosial ödəniş artımı həmçinin aztəminatlı əhali kateqoriyasına aid ailələri də əhatə edəcək. Ümumilikdə 1 milyon 800 min vətəndaşı əhatə edəcək.
Məlumat üçün bildirək ki, oktyabrın 16-da Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda təbii qazın və elektrik enerjisi tariflərinə baxılmış, müvafiq qərarlar qəbul edilib. Qazla bağlı əhalinin illik istehlakının 1200 m3 -dək olan hissəsi üçün tariflər iki qəpik yüksəlib. Noyabrın 1-dən 1200 m3-dək qaz işlətməyə görə ödənişi 10 yox, 12 qəpikdən etməli olacağıq.
Elektrik enerjisinin qiymətləri də artıb. İlk olaraq aşağı limit artıq 300 yox, 200 kVts olacaq. 200 kVts-dək elektrik enerjsindən istifadəyə görə əhali 8 qəpikdən ödəniş edəcək. Qeyd edək ki, indiyədək 300 kVts-dək elektrik enerjisindən istifadəyə görə ödəniş 7 qəpikdən idi.
200 kVts-dən 300 kVts-dək elektrik enerjisi işlədənlər 9 qəpikdən ödəniş etməli olacaqlar. 300 kVts-dən çox elektrik enerjisi işlədən sakinlər isə 13 qəpikdən ödəyəcəklər. İndiyədək bu qiymət 11 qəpik idi.