https://sputnik.az/20211017/qarabagda-gerginlik-belqrada-gelen-ran-zengi-pasinyanin-aciq-serhed-isteyi-434262397.html
Qarabağda gərginlik, Belqrada gələn İran zəngi, Paşinyanın açıq sərhəd istəyi
Qarabağda gərginlik, Belqrada gələn İran zəngi, Paşinyanın açıq sərhəd istəyi
Sputnik Azərbaycan
Oktyabrın 14-də Minskdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər nazirləri Ararat Mirzoyan ilə görüşü baş tutub. 17.10.2021, Sputnik Azərbaycan
2021-10-17T15:00+0400
2021-10-17T15:00+0400
2021-10-18T09:44+0400
siyasi
siyasət
azərbaycan
müdafiə nazirliyi
rusiya
prezident ilham əliyev
müstəqil dövlətlər birliyi
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/18/425283610_0:160:3035:1867_1920x0_80_0_0_0f1d8eabbf0d5e6a8bbd3ffb2f0ffa04.jpg
BAKI, 17 oktyabr — Sputnik. Ötən həftə siyasi hadisələrlə də zəngin olub.Gəncəyə raket zərbələrinin ildönümüOktyabrın 11-i gecə saatları uşaq, böyük, ahıl yuxuda olan zaman Ermənistan silahlı qüvvələri Azərbaycanın 2-ci böyük şəhəri, Gəncəyə 4-cü dəfə raket zərbələri endirir.Döyüş meydanından kilometrlərlə uzaqlıqda yerləşən şəhərə hücum zamanı 10 mülki şəxs həlak olur, 34 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alır.Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, insanlıqdan kənar və insanlığa qarşı olan bu cinayət cəzasız qalmamalıdır: "Ermənistan tərəfindən törədilən cinayət qurbanlarını dərin kədər ilə yad edirik"Rəsmi Bakı İrana xəbərdarlıq etdiOktyabrın 11-i Azərbaycanın Xarici İşlər Nazirliyi İranın anti-Azərbaycan fəaliyyətinə və ona qarşı səsləndirdiyi böhtan xarakterli ittihamları cavab verib. Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Leyla Abdullayeva bildirib ki, anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək: "Məlumdur ki, bu əsassız ittihamların səbəbləri İran yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olmasının qarşısının alınmasıdır və Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır.Terrorçuları axtarmaq istəyənlərə məsləhətimiz odur ki, onlar öz ətraflarına yaxşı baxsınlar. Xatırladırıq ki, hələ ötən ilin oktyabr ayında Azərbaycan XİN-i ölkənin o zaman işğal altında olan ərazilərində gedən döyüşlərdə erməni muzdlu döyüşçülərinin iştirakına dair konkret faktlara əsaslanan məlumatı ölkədəki diplomatik korpusa, o cümlədən İran İslam Respublikasının səfirliyinə təqdim edib".Qoşulmama Hərəkatı beynəlxalq arenada vacib rol oynayırAzərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-i Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunan yüksək səviyyəli yubiley forumunun iştirakçılarına videoformatda müraciətində bildirib ki, yaradıldığı gündən etibarən Qoşulmama Hərəkatı beynəlxalq arenada vacib rol oynamaqdadır.Dövlət başçısı deyib ki, Qoşulmama Hərəkatının təməlini ərazi bütövlüyünə hörmət, aqressiv davranışlardan çəkinmə və daxili işlərə müdaxilə etməmə kimi prinsiplər təşkil edir: "Bu prinsiplər hazırkı beynəlxalq münasibətlərdə aktual və əhəmiyyətli olaraq qalır".Prezident İlham Əliyev ölkələrin ərazi bütövlüyünün pozulması və güc tətbiqinin yolverilməz olduğunu diqqətə çatdırıb.Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşdüOktyabrın 11-i Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə keçirilən yüksək səviyyəli görüş çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşü baş tutub. Görüşdə nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin bəzi məsələləri, habelə regiondakı cari vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar.Nazirlər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.Azərbaycanın generalları NATO rəsmisi ilə görüşdüAzərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev NATO Müttəfiq Qüvvələrinin Əməliyyat Komandanlığının Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan ilə görüşüblər. Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə görülən işlər, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində hazırkı vəziyyətlə bağlı onlara ətraflı məlumat verib.General-polkovnik Z.Həsənov NATO ilə əməkdaşlığın cari vəziyyətindən və bu sahədə əldə edilmiş müsbət nəticələrdən məmnunluğunu bildirərək qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.Moskvada Putin – Paşinyan görüşüOktyabrın 12-i Kremldə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilib."Biz sizinlə müntəzəm şəkildə əlaqə saxlayırıq, amma əlbəttə ki, lazım olan nəticəni əldə etmək üçün şəxsi görüşlər daha məhsuldar keçir. Ümid edirəm ki, bu dəfə də belə olacaq. Biz formal və qeyri-formal şəraitdə danışıqlar aparacaq, bir yerdə şam yeməyi yeyəcək, gündəmi müzakirə edəcək, perspektivlər barədə danışacağıq".Yaxın günlərdə MDB ölkələrinin sammitinin keçiriləcəyini vurğulayan Putin Paşinyana öz tövsiyəsini verib:"İstərdim ki, siz də diqqətinizi buna və əlbəttə ki, qarşılıqlı əlaqələrə, o cümlədən, həm bu gün, həm də uzunmüddətli perspektivdə bölgədə vəziyyətin nizamlanmasına yönəldəsiniz", - deyə Putin görüşün jurnalistlərə açıq olan hissəsində bildirib.Azərbaycan və İranlı nazirlər arasında telefon zəngiOktyabrın 12-u Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Telefon danışığı zamanı iki ölkə arasında münasibətlərin son vəziyyəti müzakirə edilib.İran XİN-in yaydığı məlumatda bildirilir ki, tərəflər ölkələrin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmətin vacibliyini vurğulayıblar.Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da Azərbaycan və İran arasında dost münasibətlərin olduğunu iranlı həmkarının diqqətinə çatdırıb və əlavə edib ki, qonşu ölkələrlə dost münasibətlər Azərbaycan üçün prioritetdir. C.Bayramov məsələlərin dialoq yolu ilə səmimi atmosferdə həllinin vacibliyini qeyd edib.Hər iki nazir bir-birini Tehrana və Bakıya dəvət edib.Bəzi əcnəbilər Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlarAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində bildirib ki, Təqribən bir ildir ki, müharibə başa çatıb və Rusiya sülhməramlıları Azərbaycanda, bizim Qarabağ bölgəsində yerləşib. Bu müddət ərzində bəzi xırda insidentlər istisna olmaqla vəziyyət sabitdir və ümumən biz bundan razıyıq.Prezident "Ermənistanla münaqişə mövzusundan başlamaq istəyirəm. Rusiyanın sülhməramlı vasitəçiliyindən razısınızmı" sualına cavab olaraq bildirib: "Əlbəttə, həllini gözləyən müəyyən məsələlər qalmaqdadır. Xüsusən də, hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilər məsələsi var. Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar. Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır. Ancaq hazırda biz onların fəaliyyətindən ümumilikdə razıyıq".Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşüOktyabrın 14-də Minsk şəhərində keçirilən MDB Xarici İşlər nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Rusiyanın təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər nazirləri Ararat Mirzoyan ilə görüşü baş tutub.Görüşdə nazir Ceyhun Bayramov Azərbaycanın bölgədə mövcud olan münaqişə sonrası vəziyyət və iki ölkə arasında münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyini səsləndirib. Nazir 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzalanmış üçtərəfli bəyanatların tam icra edilməsinin vacibliyini vurğulayıb.Beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına hazır olduğumuz ifadə edilib. Bu xüsusda, Azərbaycanın Ermənistan ilə sərhədlərinin delimitasiyası prosesi üzrə danışıqlara başlanılmasının əhəmiyyət kəsb etdiyi vurğulanıb. Həmçinin regionda bütün nəqliyyat kommunikasiyaların açılması üzrə razılaşmaların yerinə yetirilməsinin vacibliyi qeyd edilib.Nazir Ceyhun Bayramov azad edilmiş ərazilərdə insan həyatına birbaşa təhdid olan mina təhlükəsi mövzusunu qeyd edərək, bu xüsusda, Ermənistan tərəfindən dəqiq mina xəritələrinin təqdim edilməsinin zəruriliyini bildirib. Nazir, həmçinin azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə danışıb.Hərbçimiz şəhid olduOktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.Elə həmin gün erməni silahlı dəstələri arasında atışma olub, ölən və yaralananlar var.Müdafiə Nazirliyindən bildiriblər ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib."Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib.İlkin ehtimala görə, atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var.Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur", - məlumatda bildirilib.Qarabağda erməni silahlıları yenidən terrora cəhd ediblərOktyabrın 15-də səhər saatlarında qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən mülki tibbi yardım maşınından istifadə etməklə Ağdərə istiqamətində bölmələrimizə qarşı növbəti terror-təxribat cəhdi qeydə alınıb. Hərbi qulluqçularımızın sayıqlığı və görülən tədbirlər nəticəsində bu cəhdin qarşısı alınıb və maşında hərəkət edən silahlılar geriyə dönməyə məcbur ediliblər.Qarabağ münaqişəsi keçmişdə qaldıOktyabrın 15-i Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu fikri Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında söyləyib ki, Qarabağ münaqişəsi keçmişdə qaldı, Azərbaycan münaqişəni hərbi yolla həll etdi. Prezident bildirib ki, uzun illər boyu davam etmiş danışıqlar prosesi nəticəsiz qaldı. Buna görə Azərbaycan münaqişəni hərbi-siyasi yolla həll etməyi qərara aldı.Dövlətimizin başçısı atəşkəsə nail olunmasında Rusiyanın rolunu vurğulayıb.Ermənistan İranla əlbir olaraq Azərbaycanın işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib – İlham Əliyev bildirib.Həmçinin oxuyun:Qarabağda erməni silahlıları yenidən terrora cəhd ediblərİlham Əliyevin MDB Şurasında çıxışı: Qarabağ münaqişəsi keçmişdə qaldıErmənilərin snayperlə vurduqları hərbçimiz son mənzilə yola salındıAzərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilibAzərbaycan Qoşulmama Hərəkatının sədri qismində xülasə sənədi yayıb
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/18/425283610_112:0:2841:2047_1920x0_80_0_0_f178460c00e5998bbf1a67598d2a4b32.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
siyasi, azərbaycan, müdafiə nazirliyi, rusiya, prezident ilham əliyev, müstəqil dövlətlər birliyi
siyasi, azərbaycan, müdafiə nazirliyi, rusiya, prezident ilham əliyev, müstəqil dövlətlər birliyi
Qarabağda gərginlik, Belqrada gələn İran zəngi, Paşinyanın açıq sərhəd istəyi
15:00 17.10.2021 (Yenilənib: 09:44 18.10.2021) Oktyabrın 14-də Minskdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər nazirləri Ararat Mirzoyan ilə görüşü baş tutub.
BAKI, 17 oktyabr — Sputnik. Ötən həftə siyasi hadisələrlə də zəngin olub.
Gəncəyə raket zərbələrinin ildönümü
Oktyabrın 11-i gecə saatları uşaq, böyük, ahıl yuxuda olan zaman Ermənistan silahlı qüvvələri Azərbaycanın 2-ci böyük şəhəri, Gəncəyə 4-cü dəfə raket zərbələri endirir.
Döyüş meydanından kilometrlərlə uzaqlıqda yerləşən şəhərə hücum zamanı 10 mülki şəxs həlak olur, 34 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alır.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, insanlıqdan kənar və insanlığa qarşı olan bu cinayət cəzasız qalmamalıdır: "Ermənistan tərəfindən törədilən cinayət qurbanlarını dərin kədər ilə yad edirik"
Rəsmi Bakı İrana xəbərdarlıq etdi
Oktyabrın 11-i Azərbaycanın Xarici İşlər Nazirliyi İranın anti-Azərbaycan fəaliyyətinə və ona qarşı səsləndirdiyi böhtan xarakterli ittihamları cavab verib. Azərbaycanın Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Leyla Abdullayeva bildirib ki, anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək: "Məlumdur ki, bu əsassız ittihamların səbəbləri İran yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olmasının qarşısının alınmasıdır və Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır.
Terrorçuları axtarmaq istəyənlərə məsləhətimiz odur ki, onlar öz ətraflarına yaxşı baxsınlar. Xatırladırıq ki, hələ ötən ilin oktyabr ayında Azərbaycan XİN-i ölkənin o zaman işğal altında olan ərazilərində gedən döyüşlərdə erməni muzdlu döyüşçülərinin iştirakına dair konkret faktlara əsaslanan məlumatı ölkədəki diplomatik korpusa, o cümlədən İran İslam Respublikasının səfirliyinə təqdim edib".
Qoşulmama Hərəkatı beynəlxalq arenada vacib rol oynayır
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-i Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunan yüksək səviyyəli yubiley forumunun iştirakçılarına videoformatda müraciətində bildirib ki, yaradıldığı gündən etibarən Qoşulmama Hərəkatı beynəlxalq arenada vacib rol oynamaqdadır.
Dövlət başçısı deyib ki, Qoşulmama Hərəkatının təməlini ərazi bütövlüyünə hörmət, aqressiv davranışlardan çəkinmə və daxili işlərə müdaxilə etməmə kimi prinsiplər təşkil edir: "Bu prinsiplər hazırkı beynəlxalq münasibətlərdə aktual və əhəmiyyətli olaraq qalır".
Prezident İlham Əliyev ölkələrin ərazi bütövlüyünün pozulması və güc tətbiqinin yolverilməz olduğunu diqqətə çatdırıb.
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşdü
Oktyabrın 11-i Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə keçirilən yüksək səviyyəli görüş çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşü baş tutub. Görüşdə nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin bəzi məsələləri, habelə regiondakı cari vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar.
Nazirlər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Azərbaycanın generalları NATO rəsmisi ilə görüşdü
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev NATO Müttəfiq Qüvvələrinin Əməliyyat Komandanlığının Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan ilə görüşüblər. Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə görülən işlər, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində hazırkı vəziyyətlə bağlı onlara ətraflı məlumat verib.
General-polkovnik Z.Həsənov NATO ilə əməkdaşlığın cari vəziyyətindən və bu sahədə əldə edilmiş müsbət nəticələrdən məmnunluğunu bildirərək qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Moskvada Putin – Paşinyan görüşü
Oktyabrın 12-i Kremldə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilib.
"Biz sizinlə müntəzəm şəkildə əlaqə saxlayırıq, amma əlbəttə ki, lazım olan nəticəni əldə etmək üçün şəxsi görüşlər daha məhsuldar keçir. Ümid edirəm ki, bu dəfə də belə olacaq. Biz formal və qeyri-formal şəraitdə danışıqlar aparacaq, bir yerdə şam yeməyi yeyəcək, gündəmi müzakirə edəcək, perspektivlər barədə danışacağıq".
Yaxın günlərdə MDB ölkələrinin sammitinin keçiriləcəyini vurğulayan Putin Paşinyana öz tövsiyəsini verib:
"İstərdim ki, siz də diqqətinizi buna və əlbəttə ki, qarşılıqlı əlaqələrə, o cümlədən, həm bu gün, həm də uzunmüddətli perspektivdə bölgədə vəziyyətin nizamlanmasına yönəldəsiniz", - deyə Putin görüşün jurnalistlərə açıq olan hissəsində bildirib.
Azərbaycan və İranlı nazirlər arasında telefon zəngi
Oktyabrın 12-u Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.
Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı iki ölkə arasında münasibətlərin son vəziyyəti müzakirə edilib.
İran XİN-in yaydığı məlumatda bildirilir ki, tərəflər ölkələrin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmətin vacibliyini vurğulayıblar.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da Azərbaycan və İran arasında dost münasibətlərin olduğunu iranlı həmkarının diqqətinə çatdırıb və əlavə edib ki, qonşu ölkələrlə dost münasibətlər Azərbaycan üçün prioritetdir. C.Bayramov məsələlərin dialoq yolu ilə səmimi atmosferdə həllinin vacibliyini qeyd edib.
Hər iki nazir bir-birini Tehrana və Bakıya dəvət edib.
Bəzi əcnəbilər Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də İtaliyanın "La Repubblica" qəzetinə müsahibəsində bildirib ki, Təqribən bir ildir ki, müharibə başa çatıb və Rusiya sülhməramlıları Azərbaycanda, bizim Qarabağ bölgəsində yerləşib. Bu müddət ərzində bəzi xırda insidentlər istisna olmaqla vəziyyət sabitdir və ümumən biz bundan razıyıq.
Prezident "Ermənistanla münaqişə mövzusundan başlamaq istəyirəm. Rusiyanın sülhməramlı vasitəçiliyindən razısınızmı" sualına cavab olaraq bildirib: "Əlbəttə, həllini gözləyən müəyyən məsələlər qalmaqdadır. Xüsusən də, hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilər məsələsi var. Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar. Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır. Ancaq hazırda biz onların fəaliyyətindən ümumilikdə razıyıq".
Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşü
Oktyabrın 14-də Minsk şəhərində keçirilən MDB Xarici İşlər nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Rusiyanın təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan xarici işlər nazirləri Ararat Mirzoyan ilə görüşü baş tutub.
Görüşdə nazir Ceyhun Bayramov Azərbaycanın bölgədə mövcud olan münaqişə sonrası vəziyyət və iki ölkə arasında münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyini səsləndirib. Nazir 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzalanmış üçtərəfli bəyanatların tam icra edilməsinin vacibliyini vurğulayıb.
Beynəlxalq hüququn prinsiplərinə, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına hörmət əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına hazır olduğumuz ifadə edilib. Bu xüsusda, Azərbaycanın Ermənistan ilə sərhədlərinin delimitasiyası prosesi üzrə danışıqlara başlanılmasının əhəmiyyət kəsb etdiyi vurğulanıb. Həmçinin regionda bütün nəqliyyat kommunikasiyaların açılması üzrə razılaşmaların yerinə yetirilməsinin vacibliyi qeyd edilib.
Nazir Ceyhun Bayramov azad edilmiş ərazilərdə insan həyatına birbaşa təhdid olan mina təhlükəsi mövzusunu qeyd edərək, bu xüsusda, Ermənistan tərəfindən dəqiq mina xəritələrinin təqdim edilməsinin zəruriliyini bildirib. Nazir, həmçinin azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri barədə danışıb.
Oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.
Elə həmin gün erməni silahlı dəstələri arasında atışma olub, ölən və yaralananlar var.
Müdafiə Nazirliyindən bildiriblər ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışma baş verib.
"Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa çıxıb. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib.
İlkin ehtimala görə, atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar var.
Bildiririk ki, baş vermiş hadisəyə Azərbaycan Ordusunun heç bir aidiyyəti yoxdur", - məlumatda bildirilib.
Qarabağda erməni silahlıları yenidən terrora cəhd ediblər
Oktyabrın 15-də səhər saatlarında qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən mülki tibbi yardım maşınından istifadə etməklə Ağdərə istiqamətində bölmələrimizə qarşı növbəti terror-təxribat cəhdi qeydə alınıb. Hərbi qulluqçularımızın sayıqlığı və görülən tədbirlər nəticəsində bu cəhdin qarşısı alınıb və maşında hərəkət edən silahlılar geriyə dönməyə məcbur ediliblər.
Qarabağ münaqişəsi keçmişdə qaldı
Oktyabrın 15-i Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu fikri Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında söyləyib ki, Qarabağ münaqişəsi keçmişdə qaldı, Azərbaycan münaqişəni hərbi yolla həll etdi. Prezident bildirib ki, uzun illər boyu davam etmiş danışıqlar prosesi nəticəsiz qaldı. Buna görə Azərbaycan münaqişəni hərbi-siyasi yolla həll etməyi qərara aldı.
Dövlətimizin başçısı atəşkəsə nail olunmasında Rusiyanın rolunu vurğulayıb.
Ermənistan İranla əlbir olaraq Azərbaycanın işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib – İlham Əliyev bildirib.
Qarabağda erməni silahlıları yenidən terrora cəhd ediblər
Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin
görüşü keçirilib
Azərbaycan
Qoşulmama Hərəkatının sədri qismində xülasə sənədi yayıb