https://sputnik.az/20211017/ombudsman-ermenistanin-cinayetleri-ile-bagli-dunya-birliyine-muraciet-edib-434297829.html
Ombudsman Ermənistanın cinayətləri ilə bağlı dünya birliyinə müraciət edib
Ombudsman Ermənistanın cinayətləri ilə bağlı dünya birliyinə müraciət edib
Sputnik Azərbaycan
BAKI, 17 oktyabr - Sputnik. "Bu gün Ermənistan silahlı qüvvələrinin 17 oktyabr 2021-ci il tarixində gecə saat 01:00 radələrində hərbi əməliyyatların aparıldığı... 17.10.2021, Sputnik Azərbaycan
2021-10-17T13:41+0400
2021-10-17T13:41+0400
2021-10-17T20:37+0400
hadisə
gəncə
https://cdnn1.img.sputnik.az/img/07e5/04/02/426605222_0:0:1000:563_1920x0_80_0_0_cb0dd676ef247cef1d74180f786afb72.jpg
BAKI, 17 oktyabr - Sputnik. "Bu gün Ermənistan silahlı qüvvələrinin 17 oktyabr 2021-ci il tarixində gecə saat 01:00 radələrində hərbi əməliyyatların aparıldığı bölgədən uzaqda yerləşən Gəncə şəhərinin əhalinin sıx məskunlaşdığı mərkəzi hissələrini Ermənistan ərazisindən yenidən ballistik raketlərlə atəşə tutmasının birinci ildönümüdür. Bu dəhşətli hücum nəticəsində içərisində uşaq və qadınların da olduğu 15 nəfər mülki şəxs qətlə yetirilmiş, 50 nəfərdən çox dinc sakin isə yaralanmışdır. Bundan əlavə, 20-ə yaxın ev dağılmış, 100-dən çox fərdi yaşayış evinə və ətrafdakı digər qeyri-yaşayış sahələrinə ziyan dəymiş, ərazidəki nəqliyyat vasitələri yararsız hala düşmüşdür".Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Ombudsman Səbinə Əliyevanın dünya ictimaiyyətinə çağırışında yer alıb."Bu faktla əlaqədar tərəfimdən dərhal dünya ictimaiyyətinə etiraz bəyanatı ünvanlanmış və Gəncə şəhərində bir daha faktaraşdırıcı missiya həyata keçirilməklə hesabat hazırlanaraq, müvafiq beynəlxalq təşkilatlara göndərilmişdir.Təqdim etdiyimiz həmin sənədlərdə kifayət qədər təkzibolunmaz sübutların olmasına baxmayaraq, təəssüflər olsun ki, bu dəfə də Ermənistanın Azərbaycana qarşı törətdiyi sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri zamanı insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması faktlarına beynəlxalq hüquqi qiymət verilməmişdir.Bir daha dünya ictimaiyyətini və beynəlxalq təşkilatları ədalətli və obyektiv mövqe nümayiş etdirərək dinc və günahsız azərbaycanlılara qarşı ağır cinayətlərin törədilməsinə göstəriş vermiş Ermənistanın siyasi-hərbi rəhbərliyinə münasibətdə beynəlxalq hüquqi məsuliyyət müəyyən edən tədbirlər görməyə çağırıram!", - Ombudsman əlavə edib.Gəncənin raketlə atəşə tutulmasıVətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni ballistik raket atəşinə tutmasından bir il ötür.Sputnik Azərbaycan xəbər verir ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində mənfur düşmənin Ermənistan ərazisindən raket hücumu nəticəsində Gəncə şəhəri Aida İmanquliyeva və Samir Xasıyev küçələrinə 15 nəfər həlak olub, 54 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.Həmin küçələrdə yerləşən 15 fərdi yaşayış evi dağılıb, 100-dən çox fərdi yaşayış evinə və ətrafdakı digər qeyri-yaşayış sahələrinə ziyan dəyib.Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.Həmçinin oxuyun:ƏIi Hüseynli: “Ermənistan müharibədə qadağan olunmuş silahlardan istifadə edib”Ermənistanın raket zərbələri nəticəsində Gəncədə həyatını itirənlərin xatirəsi anılıb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/02/426605222_93:0:925:624_1920x0_80_0_0_bbfc1e8b64de49fe3d2ec2e667a53d39.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
gəncə
BAKI, 17 oktyabr - Sputnik. "Bu gün Ermənistan silahlı qüvvələrinin 17 oktyabr 2021-ci il tarixində gecə saat 01:00 radələrində hərbi əməliyyatların aparıldığı bölgədən uzaqda yerləşən Gəncə şəhərinin əhalinin sıx məskunlaşdığı mərkəzi hissələrini Ermənistan ərazisindən yenidən ballistik raketlərlə atəşə tutmasının birinci ildönümüdür. Bu dəhşətli hücum nəticəsində içərisində uşaq və qadınların da olduğu 15 nəfər mülki şəxs qətlə yetirilmiş, 50 nəfərdən çox dinc sakin isə yaralanmışdır. Bundan əlavə, 20-ə yaxın ev dağılmış, 100-dən çox fərdi yaşayış evinə və ətrafdakı digər qeyri-yaşayış sahələrinə ziyan dəymiş, ərazidəki nəqliyyat vasitələri yararsız hala düşmüşdür".
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Ombudsman Səbinə Əliyevanın dünya ictimaiyyətinə çağırışında yer alıb.
"Bu faktla əlaqədar tərəfimdən dərhal dünya ictimaiyyətinə etiraz bəyanatı ünvanlanmış və Gəncə şəhərində bir daha faktaraşdırıcı missiya həyata keçirilməklə hesabat hazırlanaraq, müvafiq beynəlxalq təşkilatlara göndərilmişdir.
Təqdim etdiyimiz həmin sənədlərdə kifayət qədər təkzibolunmaz sübutların olmasına baxmayaraq, təəssüflər olsun ki, bu dəfə də Ermənistanın Azərbaycana qarşı törətdiyi sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri zamanı insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması faktlarına beynəlxalq hüquqi qiymət verilməmişdir.
Bir daha dünya ictimaiyyətini və beynəlxalq təşkilatları ədalətli və obyektiv mövqe nümayiş etdirərək dinc və günahsız azərbaycanlılara qarşı ağır cinayətlərin törədilməsinə göstəriş vermiş Ermənistanın siyasi-hərbi rəhbərliyinə münasibətdə beynəlxalq hüquqi məsuliyyət müəyyən edən tədbirlər görməyə çağırıram!", - Ombudsman əlavə edib.
Gəncənin raketlə atəşə tutulması
Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni ballistik raket atəşinə tutmasından bir il ötür.
Sputnik Azərbaycan xəbər verir ki, 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində mənfur düşmənin Ermənistan ərazisindən raket hücumu nəticəsində Gəncə şəhəri Aida İmanquliyeva və Samir Xasıyev küçələrinə 15 nəfər həlak olub, 54 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Həmin küçələrdə yerləşən 15 fərdi yaşayış evi dağılıb, 100-dən çox fərdi yaşayış evinə və ətrafdakı digər qeyri-yaşayış sahələrinə ziyan dəyib.
Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.
Ermənistanın raket zərbələri nəticəsində Gəncədə həyatını itirənlərin xatirəsi anılıb