https://sputnik.az/20211015/eldar-hesenov-xestexanaya-yerlesdirilib-434257213.html
Eldar Həsənov xəstəxanaya yerləşdirilib
Eldar Həsənov xəstəxanaya yerləşdirilib
Sputnik Azərbaycan
Eldar Həsənov bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülüb. 15.10.2021, Sputnik Azərbaycan
2021-10-15T17:06+0400
2021-10-15T17:06+0400
2021-10-15T17:06+0400
eldar həsənov
cəmiyyət
həbs
xəstəxana
https://cdnn1.img.sputnik.az/img/07e4/08/11/424698855_0:0:1000:563_1920x0_80_0_0_8a3ded23fc5780e978979739354e5245.jpg
BAKI, 15 oktyabr — Sputnik. Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənov xəstəxanaya yerləşdirilib.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Report"a onun vəkili Cavad Cavadov məlumat verib.O bildirib ki, müvəkkilinin son 20 gündə səhhəti kəskin pisləşib, mövcud olan vertiqo, hipertoniya digər xroniki xəstəlikləri irəliləyib: "Eldar Həsənov bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülüb".Xatırladaq ki, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.Buna görə, Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.Onun cinayət işi üzər məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.Qeyd edək ki, Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.
https://sputnik.az/20210930/chpu-hebsde-olan-sabiq-deputat-oldu-433671461.html
https://sputnik.az/20210916/qoca-semedovu-hebs-etdiler-422668234.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/11/424698855_59:0:1000:706_1920x0_80_0_0_fbefade2d4688e290ac4f601f35388ce.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
eldar həsənov, həbs, xəstəxana
eldar həsənov, həbs, xəstəxana
Eldar Həsənov xəstəxanaya yerləşdirilib
Eldar Həsənov bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülüb.
BAKI, 15 oktyabr — Sputnik. Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənov xəstəxanaya yerləşdirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Report"a onun vəkili
Cavad Cavadov məlumat verib.
O bildirib ki, müvəkkilinin son 20 gündə səhhəti kəskin pisləşib, mövcud olan vertiqo, hipertoniya digər xroniki xəstəlikləri irəliləyib: "Eldar Həsənov bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülüb".
Xatırladaq ki, aparılmış istintaqla Həsənov Eldar Hümbət oğlunun Azərbaycan Respublikasının Rumıniya, Serbiya Respublikası, Bosniya və Herseqovina və Monteneqroda fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17.931.316 manat (16.893.868 avro) pul vəsaitini səfirliklər üçün yeni inzibati binaların alınması, habelə təmir-tikinti işləri ilə əlaqədar israf etmə və mənimsəməsinə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə 11.804.661 manat (11.156.716 avro) məbləğində pul vəsaitini leqallaşdırmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməsinə, vəzifəli şəxs kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan 327.373 manat (180.728 avro) məbləğində mühüm zərər vurmasına və dövlət büdcəsinin xeyli miqdar təşkil edən 192.387 manat (101.761 avro) pul vəsaitindən təyinatı üzrə istifadə etməməsinə əsaslı şübhələr müəyyən edilib.
Buna görə, Eldar Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
Onun cinayət işi üzər məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Qeyd edək ki, Eldar Həsənovun birgə ittiham olunduğu cinayətlərin digər iştirakçıları barəsində cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilir.