CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rafael Cəbrayılovun ölümü ilə bağlı rəsmi açıqlama - Ona virus...

© REPORTRafael Cəbrayılov, arxiv şəkli
Rafael Cəbrayılov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.09.2021
Abunə olmaq
R.Cəbrayılovun cəzaçəkmə müəssisələrində könüllü olaraq aparılan kütləvi vaksinasiyadan qəti imtina etdiyi bildirilir.
BAKI, 30 sentyabr — Sputnik. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Milli Məclisin sabiq üzvü Rafael Cəbrayılovun ölümü ilə bağlı məlumat yayıb. Sputnik Azərbaycan-a qurumdan verilən məlumatda bildirirlir ki, vəzifə cinayətinə və dələduzluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmuş Milli Məclisin sabiq üzvü Cəbrayılov Rəfael Kamil oğlu sentyabr 30-da müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində haqqında işinə baxılan R.Cəbrayılovun hüquqlarını müdafiə edən vəkili koronavirus infeksiyasına yoluxduğu üçün məhkəmə təxirə salınıb. Bundan sonra R.Cəbrayılovdan "COVID-19" infeksiyasına qarşı test nümunələri götürülüb və nəticəsi pozitiv çıxıb.
"Cəzaçəkmə müəssisələrində könüllü olaraq aparılan kütləvi vaksinasiyadan qəti imtina etmiş 1958-ci il təvəllüdlü, xroniki şəkərli diabetin kəskinləşməsindən və arterial hipertoniyadan əziyyət çəkən R.Cəbrayılov müvafiq müalicə tədbirlərinə cəlb olunub, lakin xroniki xəstəlikləri ilə əlaqədar təhlükəli risk qrupuna daxil olması nəzərə alınaraq sentyabrın 28-də o, müalicəsini davam etdirmək üçün "Yeni Klinika" xəstəxanasına yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq R.Cəbrayılov vəfat edib", - məlumatda deyilir.
--------
12:21
"Yeni Klinika"dan bildirilib ki, Rafael Cəbrayılov 60% saturasiya ilə xəstəxanaya daxil olub.
Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən verilən məlumatda bildirilir. Qeyd olunur ki, həkimlərin ciddi səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
--------
11:13
Milli Məclisin həbsdə olan sabiq deputatı Rafael Cəbrayılov vəfat edib. Sputnik Azərbaycan-ın Report-a istinadən məlumatına görə, o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində koronavirusdan dünyasını dəyişib.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən Sputnik Azərbaycan-a xəbəri nə təsdiq, nə də ki təkzib ediblər.
Qeyd edək ki, Milli Məclisinin III, IV və V çağırış deputatı olmuş Cəbrayılov Rafael Kamil oğlunun öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla ibtidai istintaqı aparılıb.
Aparılan ibtidai istintaq zamanı Rafael Cəbrayılovun həmin vəzifədə olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla sözügedən vətəndaşdan 240 min manat məbləğində pul vəsaitini alıb, şəxsi ehtiyaclarına sərf etməsinə və bununla da vətəndaşa külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən qanunsuz hərəkətləri ilə Rafael Cəbrayılovun deputatların fəaliyyətinin tənzimlənməsi sahəsində qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən vəzifələrini yerinə yetirməli olduğu halda öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməsinə dair əldə edilmiş kifayət qədər sübutlarla əsaslar müəyyən olunduğundan ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, bir müddət öncə həbsdə olan Ağstafa rayonunun sabiq icra başçısı, Nizaməddin Quliyev də koronavirusdan dünyasını dəyişmişdi.
Xəbər lenti
0