https://sputnik.az/20211015/daha-23-olke-vetendaslarinin-hava-neqliyyati-ile-azerbaycana-giris-cixisina-icaze-verilib-434025606.html
Daha 23 ölkə vətəndaşlarının hava nəqliyyatı ilə Azərbaycana giriş-çıxışına icazə verilib
Daha 23 ölkə vətəndaşlarının hava nəqliyyatı ilə Azərbaycana giriş-çıxışına icazə verilib
Sputnik Azərbaycan
BAKI, 15 oktyabr — Sputnik. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər... 15.10.2021, Sputnik Azərbaycan
2021-10-15T20:37+0400
2021-10-15T20:37+0400
2021-10-15T20:37+0400
azərbaycan xəbərləri
nazirlər kabineti
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427259974_0:320:3073:2048_1920x0_80_0_0_08109aa357404086dc8da0dd88c7a4b3.jpg
BAKI, 15 oktyabr — Sputnik. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına yeni bəndlər əlavə edilib.Sputnik Azərbaycan bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.Yeniliyə əsasən, hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında və Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmadan icazə verilir:Argentina Respublikası;Avstraliya İttifaqı;Braziliya Federativ Respublikası;Bruney Darüssalam;Cənubi Koreya Respublikası;Çili Respublikası;Ekvador Respublikası;Kamboca Krallığı;Kosta Rika Respublikası;Kuba Respublikası;Küveyt Dövləti;Qazaxıstan Respublikası;Maldiv Respublikası;Meksika Birləşmiş Ştatları;Mərakeş Krallığı;Monqolustan;Monteneqro;Norveç Krallığı;Oman Sultanlığı;Panama Respublikası;Salvador;Uruqvay Şərq Respublikası;Yeni Zelandiya.Bu Qərarda nəzərdə tutulan COVID-19 pasportu tələbi müəyyən edilən hallarda COVID-19 infeksiyası əleyhinə peyvəndə əks-göstərişi müəyyən edilmiş şəxslərdən əks-göstəriş sertifikatının olması tələb olunur.Qeyd edək ki, Nazirlər Kabinetinin 2 avqustda imzaladığı qərarından sonra 5 avqust tarixindən etibarən epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edildiyini nəzərə alaraq, Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, İrlandiya, İspaniya, İsveç, İsveçrə, Kanada, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Serbiya, Sinqapur, Sloveniya, Slovakiya, Yunanıstanən vətəndaşlarının hava yolu ilə Azərbaycan ərazisinə səfərinə icazə verilib. Daha öncə Rusiya, Türkiyə, ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətər vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə səfər etməsinə icazə var.AZAL-dan xəbərdarlıqBu arada AZAL sərnişinləri sərnişindaşıma qaydaları ilə diqqətlə tanış olmağa çağırıb.Qurumdan Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir ki, daşıma qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus pandemiyası (COVID-19) dövründə Azərbaycanda hava nəqliyyatı ilə uçuşların və sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalar” haqqında sənədində təqdim olunur.Məhdudlaşdırıcı tədbirlər şəraitində uçuşu əminliklə planlaşdırmaq üçün bütün sərnişinlərə səfərdən əvvəl təyinat ölkəsinə daxil olma qaydaları və tələblərini ətraflı öyrənmək tövsiyə olunur. Koronavirus infeksiyasının yayılması səbəbindən yaranan vəziyyətlə əlaqədar bir çox ölkələrdə səyahətçilər üçün karantin məhdudiyyətlərinin tətbiqi davam edir.Azərbaycana gələn sərnişinlər ölkəyə giriş qaydaları ilə aviaşirkətin rəsmi saytında tanış ola bilərlər.Xaricdən ölkəyə qayıtdıqda, uçuşdan əvvəl 72 saat ərzində keçirilmiş PCR testinin nəticələri, sərnişində COVID-19 pasportunun (COVID-19-dan tam peyvənd olunduğunu və ya COVID-19-dan sağaldıqdan sonra immunitetin mövcudluğunu təsdiq edən sənəd) olub-olmamasından asılı olmayaraq, tələb olunur. 1 yaşa qədər uşaqlar üçün COVID-19 üçün PCR testinin mənfi nəticəsini təsdiq edən sənəd tələb olunmur.AZAL həmçinin bütün sərnişinlərə pandemiya ilə əlaqədar tətbiq olunan bütün rəsmiləşdirmə prosedurlarından əvvəlcədən keçmələri üçün uçuşdan üç saat əvvəl hava limanına gəlmələrini tövsiyə edir.Eləcə də oxuyun:AZAL Zəngəzur üzərindən uçuş həyata keçirir? Rəsmi açıqlamaFüzuli Hava Limanının tikintisi ilə bağlı görülən işlər açıqlanıbAZAL-dan yenilik - Koronavirusla bağlı məlumatlar belə yoxlanılacaqAzərbaycana giriş-çıxış məhdudiyyəti yumşaldıldı - Hava yolu ilə
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427259974_57:0:2788:2048_1920x0_80_0_0_9f475048b522327e02e99f0a21d4996f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nazirlər kabineti
BAKI, 15 oktyabr — Sputnik. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına yeni bəndlər əlavə edilib.
Sputnik Azərbaycan bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.
Yeniliyə əsasən, hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında və Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmadan icazə verilir:
Braziliya Federativ Respublikası;
Cənubi Koreya Respublikası;
Meksika Birləşmiş Ştatları;
Uruqvay Şərq Respublikası;
Bu Qərarda nəzərdə tutulan COVID-19 pasportu tələbi müəyyən edilən hallarda COVID-19 infeksiyası əleyhinə peyvəndə əks-göstərişi müəyyən edilmiş şəxslərdən əks-göstəriş sertifikatının olması tələb olunur.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2 avqustda imzaladığı qərarından sonra 5 avqust tarixindən etibarən epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edildiyini nəzərə alaraq, Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, İrlandiya, İspaniya, İsveç, İsveçrə, Kanada, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Serbiya, Sinqapur, Sloveniya, Slovakiya, Yunanıstanən vətəndaşlarının hava yolu ilə Azərbaycan ərazisinə səfərinə icazə verilib. Daha öncə Rusiya, Türkiyə, ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan və Qətər vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə səfər etməsinə icazə var.
Bu arada AZAL sərnişinləri sərnişindaşıma qaydaları ilə diqqətlə tanış olmağa çağırıb.
Qurumdan
Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir ki, daşıma qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus pandemiyası (COVID-19) dövründə Azərbaycanda hava nəqliyyatı ilə uçuşların və sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalar” haqqında sənədində təqdim olunur.
Məhdudlaşdırıcı tədbirlər şəraitində uçuşu əminliklə planlaşdırmaq üçün bütün sərnişinlərə səfərdən əvvəl təyinat ölkəsinə daxil olma qaydaları və tələblərini ətraflı öyrənmək tövsiyə olunur. Koronavirus infeksiyasının yayılması səbəbindən yaranan vəziyyətlə əlaqədar bir çox ölkələrdə səyahətçilər üçün karantin məhdudiyyətlərinin tətbiqi davam edir.
Azərbaycana gələn sərnişinlər ölkəyə giriş qaydaları ilə aviaşirkətin
rəsmi saytında tanış ola bilərlər.
Xaricdən ölkəyə qayıtdıqda, uçuşdan əvvəl 72 saat ərzində keçirilmiş PCR testinin nəticələri, sərnişində COVID-19 pasportunun (COVID-19-dan tam peyvənd olunduğunu və ya COVID-19-dan sağaldıqdan sonra immunitetin mövcudluğunu təsdiq edən sənəd) olub-olmamasından asılı olmayaraq, tələb olunur. 1 yaşa qədər uşaqlar üçün COVID-19 üçün PCR testinin mənfi nəticəsini təsdiq edən sənəd tələb olunmur.
AZAL həmçinin bütün sərnişinlərə pandemiya ilə əlaqədar tətbiq olunan bütün rəsmiləşdirmə prosedurlarından əvvəlcədən keçmələri üçün uçuşdan üç saat əvvəl hava limanına gəlmələrini tövsiyə edir.
AZAL
Zəngəzur üzərindən uçuş həyata keçirir? Rəsmi açıqlama
Füzuli Hava Limanının tikintisi ilə bağlı görülən işlər açıqlanıb
AZAL-dan yenilik - Koronavirusla bağlı məlumatlar belə yoxlanılacaq
Azərbaycana
giriş-çıxış məhdudiyyəti yumşaldıldı - Hava yolu ilə