CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

AZAL-dan yenilik - Koronavirusla bağlı məlumatlar belə yoxlanılacaq

© Photo : AZALАЗАЛ" запускает тестовое применение IATA Travel Pass
АЗАЛ запускает тестовое применение IATA Travel Pass - Sputnik Azərbaycan, 1920, 28.07.2021
Abunə olmaq
Smartfonlarda quraşdırılmış və koronavirus infeksiyası üçün test nəticələri, habelə gələcəkdə peyvəndləmə barədə məlumatlar da daxil olmaqla, sərnişinin sağlamlığı haqqında uçuş üçün lazım olan bütün məlumatlar mobil tətbiqlə yoxlanılacaq.

 

BAKI, 28 iyul — Sputnik. Cari ilin avqust ayında Azərbaycanın milli aviadaşıyıcısı daha çox tələbat olan reyslərində IATA Travel Pass tətbiqini sınaqdan keçirəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, IATA Travel Pass tətbiqi - smartfonlarda quraşdırılmış və koronavirus infeksiyası üçün test nəticələri, habelə gələcəkdə peyvəndləmə barədə məlumatlar da daxil olmaqla, sərnişinin sağlamlığı haqqında uçuş üçün lazım olan bütün məlumatları ehtiva edən bir növ rəqəmsal səyahət sənədidir. Tətbiq sayəsində uçuşqabağı rəsmiyyətlər daha az vaxt aparacaq.

IATA Travel Pass tətbiqini ilk olaraq aşağıdakı reyslərin sərnişinləri sınaqdan keçirə biləcəklər:

• AZAL - Bakı-İstanbul-Bakı (GYD-IST-GYD)

• AZAL - Bakı-Moskva-Bakı (GYD-DME-GYD)

• Buta Airways - Bakı-İstanbul-Bakı (GYD-SAW-GYD)

• Buta Airways - Bakı-Jukovski-Bakı (GYD-ZIA-GYD)

Qeyd edilən reyslərdə sınaq müvəffəqiyyətlə keçdiyi təqdirdə, gələcəkdə aviaşirkət bu proqramın daimi əsasda tətbiqini nəzərdən keçirəcək. Tətbiqin xidmətləri Azərbaycandan bu reyslərlə uçan bütün sərnişinlər və ölkəyə gələn Azərbaycan vətəndaşları üçün mümkün olacaq.

Mobil əlavənin tətbiqi sərhədlərin təhlükəsiz açılmasına və hava nəqliyyatı ilə sərnişin axınının COVID-19 pandemiyasından əvvəlki göstəricilərinin bərpa edilməsinə şərait yaradacaq.

"Azərbaycan Hava Yolları"nın prezidenti Cahangir Əsgərov bildirib ki, IATA Travel Pass kimi rəqəmsal həllin tətbiqi yoxlama prosedurlarını sadələşdirir və koronavirus infeksiyasının yayılması risklərini minimuma endirir.

IATA-nın hava limanları, təhlükəsizlik, sərnişin və yük daşınması üzrə baş vitse-prezidenti Nik Karin bildirmişdi ki, IATA Travel Pass mobil əlavəsinin sınaq mərhələsində tətbiqi çərçivəsində Azərbaycan hökuməti və milli aviadaşıyıcısı ilə əməkdaşlıqdan qürur duyur. Bu kimi rəqəmsal həllərin sınaqdan keçirilməsi ilə pandemiya dövründə beynəlxalq aviadaşımaların təhlükəsiz şəkildə bərpa olunmasına imkan yaradacaq. Sərhədi keçən zaman belə bir mobil əlavənin istifadə edilməsi həm sərnişinlərə, həm də hava yollarına, eyni zamanda ölkə hökumətinə faydalı olacaq.

Qeyd edək ki, hazırda "Azərbaycan Hava Yolları" aviaşirkəti tələbatın daha çox olduğu istiqamətlər üzrə xüsusi reyslər yerinə yetirir. Koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə əsasən bütün sərnişinlər qeydiyyat masasında uçuşdan əvvəl 48 saat ərzində aldıqları COVID-19 virusunun mənfi nəticəsi barədə arayış təqdim etməlidirlər.

Eləcə də oxuyun:

Xəbər lenti
0