Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıdakı dünya çempionatına 33 ölkədən iştirakçının qatılacağı gözlənilir

© Sputnik / Murad OrujovBakıda bədii gimnastika üzrə Dünya Kuboku
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku - Sputnik Azərbaycan, 1920, 15.10.2021
Abunə olmaq
Noyabrın 18-21-də Milli Gimnastika Arenasında təşkil olunacaq mundiala 33 ölkənin idmançıları qatıla bilər.
BAKI, 15 oktyabr — Sputnik. Bakıda ilk dəfə təşkil olunacaq batut gimnastikası üzrə dünya çempionatına gələcək ölkələrin və idmançıların ilkin sayı açıqlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb. Bildirilib ki, noyabrın 18-21-də Milli Gimnastika Arenasında təşkil olunacaq mundiala 33 ölkənin qatılacağı gözlənilir.
4 gün davam edəcək çempionatda idmançılar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında qaliblər müəyyənləşəcək.
Yarışların ilkin cədvəlinə əsasən ilk iki gün təsnifat, sonuncu iki gün isə finallar keçiriləcək. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramlarda çıxış edə bilər. Çempionatda hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq.
Xəbər lenti
0