https://sputnik.az/20211014/boyuk-britaniyaya-baliq-ultimatumu-434186269.html
Böyük Britaniyaya balıq ultimatumu
Böyük Britaniyaya balıq ultimatumu
Sputnik Azərbaycan
Qeyd olunur ki, Britaniya sənədə məhəl qoymasa, bu onun balıq sənayesi üçün Avropa bazarında mənfi nəticələrə gətirib çıxaracaq. 14.10.2021, Sputnik Azərbaycan
2021-10-14T10:02+0400
2021-10-14T10:02+0400
2021-10-14T10:02+0400
dünya xəbərləri
balıq
böyük britaniya
avropa ittifaqı
gəmi
balıqçı
ultimatum
https://cdnn1.img.sputnik.az/img/42380/02/423800232_0:320:2421:1682_1920x0_80_0_0_619f7b04f4b3266d633b95dce1760a4d.jpg
BAKI, 14 oktyabr - Sputnik. Avropa balıqçı gəmilərinin Birləşmiş Krallığın ərazi sularına buraxılması üçün Britaniyanın icazəsini almağa çalışır. The Guardian hesab edir ki, bu Avropa İttifaqı tərəfindən, bir növ, şantajdır. "Avropa balıqçı gəmilərinin Britaniya ərazi sularına fasiləsiz buraxılması" haqda ərizəni Avropa İttifaqının əksər ölkələri imzalayıb. Təşəbbüskarı Fransa olan sənəddə Belçika, İrlandiya, Almaniya, Danimarka, İtaliya və digərlərinin qolu var. Qeyd olunur ki, Britaniya sənədə məhəl qoymasa, bu onun balıq sənayesi üçün Avropa bazarında mənfi nəticələrə gətirib çıxaracaq. Böyük Britaniya Avropadan olan balıqçı gəmilərinə lisenziya verilməsi üçün əsas amil kimi onların əvvəllər sahilyanı sularda işlədiklərinə dair dəlillərin təqdim edilməsinin vacibliyini irəli sürüb. Bunun üçün həmçinin geolokasiya məlumatları da tələb olunur. Balıq sənayesində problemlər Böyük Britaniyaya indiki halda əl vermir. Çünki bir müddət öncə ölkənin təbii qaz üçün topdansatış qiymətlərinin bahalaşması səbəbindən böhran həddinə çatdığı bildirilirdi. Bu, zavodların dayanması, istehsalın rentabelliyinin düşməsi, təhlükəli tullantıların artması, eləcə də tədarük zəncirində qırılmalara səbəb ola bilər.
https://sputnik.az/20210809/Marketlrd-rzaq-taplmr-ordudan-kmk-istdilr--427650508.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42380/02/423800232_82:0:2421:1754_1920x0_80_0_0_93055936b0f981bd22f2c134e2adacbe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
balıq, böyük britaniya, avropa ittifaqı, gəmi, balıqçı, ultimatum
balıq, böyük britaniya, avropa ittifaqı, gəmi, balıqçı, ultimatum
Böyük Britaniyaya balıq ultimatumu
Qeyd olunur ki, Britaniya sənədə məhəl qoymasa, bu onun balıq sənayesi üçün Avropa bazarında mənfi nəticələrə gətirib çıxaracaq.
BAKI, 14 oktyabr - Sputnik. Avropa balıqçı gəmilərinin Birləşmiş Krallığın ərazi sularına buraxılması üçün Britaniyanın icazəsini almağa çalışır.
The Guardian hesab edir ki, bu Avropa İttifaqı tərəfindən, bir növ, şantajdır.
"Avropa balıqçı gəmilərinin Britaniya ərazi sularına fasiləsiz buraxılması" haqda ərizəni Avropa İttifaqının əksər ölkələri imzalayıb. Təşəbbüskarı Fransa olan sənəddə Belçika, İrlandiya, Almaniya, Danimarka, İtaliya və digərlərinin qolu var.
Qeyd olunur ki, Britaniya sənədə məhəl qoymasa, bu onun balıq sənayesi üçün Avropa bazarında mənfi nəticələrə gətirib çıxaracaq.
Böyük Britaniya Avropadan olan balıqçı gəmilərinə lisenziya verilməsi üçün əsas amil kimi onların əvvəllər sahilyanı sularda işlədiklərinə dair dəlillərin təqdim edilməsinin vacibliyini irəli sürüb. Bunun üçün həmçinin geolokasiya məlumatları da tələb olunur.
Balıq sənayesində problemlər Böyük Britaniyaya indiki halda əl vermir. Çünki bir müddət öncə ölkənin təbii qaz üçün topdansatış qiymətlərinin bahalaşması səbəbindən böhran həddinə çatdığı bildirilirdi. Bu, zavodların dayanması, istehsalın rentabelliyinin düşməsi, təhlükəli tullantıların artması, eləcə də tədarük zəncirində qırılmalara səbəb ola bilər.