Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanda daha bir idman növü üzrə dünya çempionatı keçiriləcək

© Sputnik / Murad OrujovBakıda bədii gimnastika üzrə Dünya Kuboku
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku - Sputnik Azərbaycan, 1920, 14.10.2021
Abunə olmaq
Azərbaycan Gimnastika Federasiyası bildirir ki, ilkin qeydiyyat siyahısına əsasən, yarışda 33 ölkədən 300-dək gimnast iştirak edəcək.
BAKI, 14 oktyabr — Sputnik. İlin sonuna doğru Azərbaycan Gimnastika Federasiyası daha bir irimiqyaslı beynəlxalq yarışa ev sahibliyi etməyə hazırlaşır. Ölkəmizdə ilk dəfə - noyabrın 18-21-də batut gimnastikası üzrə dünya çempionatı təşkil olunacaq.
Sputnik Azərbaycan Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, ölkəmizdə bu növ üzrə daha əvvəl Avropa çempionatı və çoxsaylı dünya kubokları keçirilsə də, paytaxtımız havada pərvazlanan dünya ulduzlarını ilk dəfə belə bir irimiqyaslı yarışda Milli Gimnastika Arenasına toplayacaq.
İlkin qeydiyyat siyahısına əsasən, yarışda 33 ölkədən 300-dək gimnast iştirak edəcək. Dörd gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edəcəklər. Bundan əlavə, komanda hesabında qaliblər müəyyənləşəcək.
Yarışların ilkin cədvəlinə əsasən, ilk iki gün təsnifat, sonuncu iki gün isə finallar keçiriləcək. Qaydalara əsasən, bir iştirakçı bir neçə proqramda çıxış edə bilər.
Çempionatda hər bir proqram üzrə təsnifat və final mərhələləri baş tutacaq.
Xəbər lenti
0