Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bəzi kolleclərin təşkilati-hüquqi forması dəyişdirilir

© AFP 2024 / FRED DUFOURAuditoriyada tələbələr, arxiv şəkli
Auditoriyada tələbələr, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.10.2021
Abunə olmaq
Baş nazir Əli Əsədov bəzi ali məktəblərin nəzdində fəaliyyət göstərən orta-ixtisas təhsili müəssisələrinin pablik hüquqi şəxslərə çevrilməsi ilə bağlı qərar imzalayıb.
BAKI, 8 oktyabr — Sputnik. Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, aşağıdakı kolleclər də yenidən təşkil olunacaq:
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinə çevrilmə yolu ilə;
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinə çevrilmə yolu ilə;
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinə çevrilmə yolu ilə;
Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinə çevrilmə yolu ilə;
Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinə çevrilmə yolu ilə;
Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinə çevrilmə yolu ilə;
Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə çevrilmə yolu ilə;
Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinə çevrilmə yolu ilə;
Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci publik hüquqi şəxs statusuna malik olan Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinə çevrilmə yolu ilə.
Xəbər lenti
0