https://sputnik.az/20211012/isgaldan-azad-olunan-erazilerde-su-hovzeleri-nezarete-goturulecek-434123326.html
İşğaldan azad olunan ərazilərdə su hövzələri nəzarətə götürüləcək
İşğaldan azad olunan ərazilərdə su hövzələri nəzarətə götürüləcək
Sputnik Azərbaycan
Azərbaycanın işğaldan azad olunan ərazilərində su ehtiyatlarının bərpası istiqamətində mühüm işlər həyata keçirilir, ərazidəki su obyektlərinin səmərəli... 12.10.2021, Sputnik Azərbaycan
2021-10-12T11:45+0400
2021-10-12T11:45+0400
2021-10-12T11:45+0400
cəmiyyət
stansiya
qarabağ
ekologiya
su
dağ çayları
işğaldan azad edilmiş ərazilər
şərqi zəngəzur iqtisadi rayonu
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0f/427220192_0:0:963:541_1920x0_80_0_0_5170b927e91ad944f23a4e65f7d1e38b.jpg
BAKI, 12 oktyabr — Sputnik. Cari ildə Azərbaycanın işğaldan azad olunan ərazilərində su ehtiyatlarına nəzarət üçün 13 avtomat hidroloji stansiyanın qurulması nəzərdə tutulur.Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakıda keçirilən "1-ci Alman-Azərbaycan Dayanıqlılıq Forumu 2021" tədbirində çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib. O bildirib ki, ölkənin mineral su ehtiyatlarının təxminən 40%-i Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarının payına düşür. Nazir müavini qeyd edib ki, həmin ərazilərdəki təbii mineral sular müalicəvi məqsədlərlə istifadə oluna bilər: "Bölgənin ekoloji cəhətdən təmiz enerji mənbəyi olan yeraltı termal sulardan istifadəsi isə böyük əhəmiyyət kəsb edir. Qeyd edim ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində su ehtiyatlarının bərpası istiqamətində mühüm işlər həyata keçirilir, ərazidəki su obyektlərinin səmərəli istifadəsi və mühafizəsi üzrə dövlət nəzarəti təşkil edilir. İşğal nəticəsində infrastrukturu sıradan çıxarılan hidrometeoroloji məntəqələrdə tezliklə müasir avtomatlaşdırılmış sistemlərin tətbiqi ilə müşahidələrin bərpası planlaşdırılır".R.Hacıyev bildirir ki, həmin ərazilərdə 14 əsas çay, 9 su anbarı, bir neçə böyük göl və təbii mineral bulaqlar yerləşir: "Buradakı zəngin yerüstü və yeraltı su ehtiyatlarından həm əhalinin içməli su ilə təminatında, həm də kənd təsərrüfatının inkişafı və elektrik enerjisi istehsalı üçün böyük istifadə potensialı var".Eləcə də oxuyun:* Oxçuçayın yatağı ekoloji fəlakət zonasına çevrilib* Azərbaycanda susuzluq təhlükəsinin qarşısını necə almaq olar? - ekoloq açıqlayır* Deputatın 200 milyon avronun havaya sovrulması fikrinə "Azərsu"dan əsaslandırma* Azərbaycanın su ehtiyatları ilbəil azalır
https://sputnik.az/20201209/05-S--Daha-niy-khrizlrdn-quyu-istifad-etmirik-425645872.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/0f/427220192_60:0:781:541_1920x0_80_0_0_f55c44bec3572417406a0037d678c1e2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
stansiya, qarabağ, ekologiya, su, dağ çayları, işğaldan azad edilmiş ərazilər, şərqi zəngəzur iqtisadi rayonu
stansiya, qarabağ, ekologiya, su, dağ çayları, işğaldan azad edilmiş ərazilər, şərqi zəngəzur iqtisadi rayonu
İşğaldan azad olunan ərazilərdə su hövzələri nəzarətə götürüləcək
Azərbaycanın işğaldan azad olunan ərazilərində su ehtiyatlarının bərpası istiqamətində mühüm işlər həyata keçirilir, ərazidəki su obyektlərinin səmərəli istifadəsi və mühafizəsi üzrə dövlət nəzarəti təşkil edilir.
BAKI, 12 oktyabr — Sputnik. Cari ildə Azərbaycanın işğaldan azad olunan ərazilərində su ehtiyatlarına nəzarət üçün 13 avtomat hidroloji stansiyanın qurulması nəzərdə tutulur.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakıda keçirilən "1-ci Alman-Azərbaycan Dayanıqlılıq Forumu 2021" tədbirində çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini
Rauf Hacıyev deyib. O bildirib ki, ölkənin mineral su ehtiyatlarının təxminən 40%-i Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarının payına düşür.
Nazir müavini qeyd edib ki, həmin ərazilərdəki təbii mineral sular müalicəvi məqsədlərlə istifadə oluna bilər: "Bölgənin ekoloji cəhətdən təmiz enerji mənbəyi olan yeraltı termal sulardan istifadəsi isə böyük əhəmiyyət kəsb edir. Qeyd edim ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində su ehtiyatlarının bərpası istiqamətində mühüm işlər həyata keçirilir, ərazidəki su obyektlərinin səmərəli istifadəsi və mühafizəsi üzrə dövlət nəzarəti təşkil edilir. İşğal nəticəsində infrastrukturu sıradan çıxarılan hidrometeoroloji məntəqələrdə tezliklə müasir avtomatlaşdırılmış sistemlərin tətbiqi ilə müşahidələrin bərpası planlaşdırılır".
R.Hacıyev bildirir ki, həmin ərazilərdə 14 əsas çay, 9 su anbarı, bir neçə böyük göl və təbii mineral bulaqlar yerləşir: "Buradakı zəngin yerüstü və yeraltı su ehtiyatlarından həm əhalinin içməli su ilə təminatında, həm də kənd təsərrüfatının inkişafı və elektrik enerjisi istehsalı üçün böyük istifadə potensialı var".
* Oxçuçayın yatağı
ekoloji fəlakət zonasına çevrilib
* Deputatın
200 milyon avronun havaya sovrulması fikrinə "Azərsu"dan əsaslandırma