Oxçuçayın yatağı ekoloji fəlakət zonasına çevrilib

© Sputnik / Rahim MuradovDağ çayı, arxiv şəkli
Dağ çayı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.09.2021
Abunə olmaq
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun sözlərinə görə, dəyəri milyardlarla qiymətləndirilən 52 yataq istismar olunaraq talan edilib.
BAKI, 21 sentyabr — Sputnik. İşğal dövründə qızıl, gümüş, mis, civə kimi filiz yataqları, müxtəlif tikinti materialları, yeraltı şirin su və termal-mineral su yataqları olmaqla, dəyəri milyardlarla qiymətləndirilən 52 yataq istismar olunaraq talan edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib. 
Onun sözlərinə görə, işğalın davam etdiyi dövrdə mineral xammal ehtiyatlarının istismarı ilə bağlı vəziyyət acınacaqlı olub. Bu bölgədə ötən əsrin 90-cı illərinədək 167 faydalı qazıntı yatağı kəşf edilərək dövlət balansında qeydiyyata alınıb. Nazir müavini Şərqi Zəngəzur və Qarabağ bölgəsinin su ehtiyatları baxımından çox zəngin olduğunu bildirib:
"Həmin ərazilərdə 14 əsas çay, 9 su anbarı, ekoloji əhəmiyyətə malik 7 göl və təbii mineral bulaqlar mövcuddur. Azərbaycan və Ermənistan arasında yerləşən 4 əsas transsərhəd çay Araz çayı, Bəsitçay, Bərgüşadçay və Oxçuçayın ekoloji nəzarətdən kənarda qalması nəticəsində uzun illər çay hövzələrinin vəziyyəti haqqında dəqiq məlumatların əldə edilməsi mümkün olmayıb. Hazırda aparılan monitorinqlərin nəticələrinə əsasən bu çayların ağır metallarla ifrat dərəcədə çirkləndirildiyi müəyyən edilib.
Xüsusilə, Oxçuçay Ermənistan ərazisində yerləşən Zəngəzur mis-molibden və Qafan mis filizsaflaşdırma kombinatlarının təmizlənməmiş istehsalat suları, eləcə də Qafan və Qacaran şəhərlərində formalaşan məişət-çirkab suları ilə davamlı olaraq çirkləndirilir. Hazırda çayın yatağı ekoloji fəlakət zonasına çevrilib. Oxçuçayın kəskin çirkləndirilməsi fauna növlərinin də kütləvi məhv olmasına səbəb olub”.
Həmçinin oxuyun:
* Ermənistanın Oxçuçayı çirkləndirməsi ilə bağlı faktlar açıqlanıb
Xəbər lenti
0