https://sputnik.az/20211011/xn-ran-azerbaycana-qarsi-bohtan-kampaniyasindan-el-cekmir-434083469.html
XİN: "İran Azərbaycana qarşı böhtan kampaniyasından əl çəkmir"
XİN: "İran Azərbaycana qarşı böhtan kampaniyasından əl çəkmir"
Sputnik Azərbaycan
Anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək. Məlumdur ki, bu əsassız ittihamların səbəbləri İran yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil... 11.10.2021, Sputnik Azərbaycan
2021-10-11T13:06+0400
2021-10-11T13:06+0400
2021-10-11T13:12+0400
azərbaycan xəbərləri
xin mətbuat xidməti
xin
iran
leyla abdullayeva
azərbaycan xarici işlər nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42063/78/420637825_0:102:2000:1227_1920x0_80_0_0_e09d5dfef68cb43cf914a39cf8431e76.jpg
BAKI, 11 oktyabr — Sputnik. Azərbaycanın Xarici İşlər Nazirliyi İranın anti-Azərbaycan fəaliyyətinə və ona qarşı səsləndirdiyi böhtan xarakterli ittihamları cavab verib."Əfsuslar olsun ki, İran Xarici İşlər Nazirliyi Azərbaycana qarşı böhtan kampaniyasından əl çəkmir. Bu kimi ittihamları qətiyyətlə rədd edirik. Biz, 44 günlük müharibə dövründə bəyan etmişdik, indi də növbəti dəfə vurğulayırıq ki, Azərbaycan ərazisində heç bir iddia olunan terrorçu olmayıb və yoxdur. Ümumiyyətlə, terrordan əziyyət çəkmiş ölkə kimi Azərbaycan ərazisində heç zaman terrorçulara yer olmayıb".Sputnik Azərbaycan xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İran xarici işlər nazirinin Livanın Əl-Manar televiziya kanalına müsahibəsində Azərbaycan ilə bağlı söylədiklərinə münasibət bildirərkən deyib."Azərbaycan öz torpaqlarını şəhidlərinin qanı və canı bahasına işğaldan azad edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 100 000 dən çox Orduya malik olan Azərbaycanın muzdlulara ehtiyacı yoxdur.Təəccüblüdür ki, İran tərəfindən müharibə zamanı belə ittihamlar irəli sürülməmiş və müharibədən sonra ölkədə yeni hökumət hakimiyyətə gələnə qədər bu xüsusda heç bir narahatlıq doğuran məsələ olmamışdır.Anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək. Məlumdur ki, bu əsassız ittihamların səbəbləri İran yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olmasının qarşısının alınmasıdır və Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır.Terrorçuları axtarmaq istəyənlərə məsləhətimiz odur ki, onlar öz ətraflarına yaxşı baxsınlar. Xatırladırıq ki, hələ ötən ilin oktyabr ayında Azərbaycan XİN-i ölkənin o zaman işğal altında olan ərazilərində gedən döyüşlərdə erməni muzdlu döyüşçülərinin iştirakına dair konkret faktlara əsaslanan məlumatı ölkədəki diplomatik korpusa, o cümlədən İran İslam Respublikasının səfirliyinə təqdim edib", - L.Abdullayeva bildirib.
https://sputnik.az/20211011/dsx-ranin-yalanini-tekzib-etdi-serheddimizde-ucuncu-dovletin-quvveleri-hec-vaxt-olmayib--434079786.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42063/78/420637825_114:0:1887:1330_1920x0_80_0_0_2c4a4f3067cba63ea589e4037c366b6c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xin mətbuat xidməti, xin, iran, leyla abdullayeva, azərbaycan xarici işlər nazirliyi
xin mətbuat xidməti, xin, iran, leyla abdullayeva, azərbaycan xarici işlər nazirliyi
XİN: "İran Azərbaycana qarşı böhtan kampaniyasından əl çəkmir"
13:06 11.10.2021 (Yenilənib: 13:12 11.10.2021) Anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək. Məlumdur ki, bu əsassız ittihamların səbəbləri İran yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olmasının qarşısının alınmasıdır və Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır.
BAKI, 11 oktyabr — Sputnik. Azərbaycanın Xarici İşlər Nazirliyi İranın anti-Azərbaycan fəaliyyətinə və ona qarşı səsləndirdiyi böhtan xarakterli ittihamları cavab verib.
"Əfsuslar olsun ki, İran Xarici İşlər Nazirliyi Azərbaycana qarşı böhtan kampaniyasından əl çəkmir. Bu kimi ittihamları qətiyyətlə rədd edirik. Biz, 44 günlük müharibə dövründə bəyan etmişdik, indi də növbəti dəfə vurğulayırıq ki, Azərbaycan ərazisində heç bir iddia olunan terrorçu olmayıb və yoxdur. Ümumiyyətlə, terrordan əziyyət çəkmiş ölkə kimi Azərbaycan ərazisində heç zaman terrorçulara yer olmayıb".
Sputnik Azərbaycan xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İran xarici işlər nazirinin Livanın Əl-Manar televiziya kanalına müsahibəsində Azərbaycan ilə bağlı söylədiklərinə münasibət bildirərkən deyib.
"Azərbaycan öz torpaqlarını şəhidlərinin qanı və canı bahasına işğaldan azad edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 100 000 dən çox Orduya malik olan Azərbaycanın muzdlulara ehtiyacı yoxdur.
Təəccüblüdür ki, İran tərəfindən müharibə zamanı belə ittihamlar irəli sürülməmiş və müharibədən sonra ölkədə yeni hökumət hakimiyyətə gələnə qədər bu xüsusda heç bir narahatlıq doğuran məsələ olmamışdır.
Anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək. Məlumdur ki, bu əsassız ittihamların səbəbləri İran yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olmasının qarşısının alınmasıdır və Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır.
Terrorçuları axtarmaq istəyənlərə məsləhətimiz odur ki, onlar öz ətraflarına yaxşı baxsınlar. Xatırladırıq ki, hələ ötən ilin oktyabr ayında Azərbaycan XİN-i ölkənin o zaman işğal altında olan ərazilərində gedən döyüşlərdə erməni muzdlu döyüşçülərinin iştirakına dair konkret faktlara əsaslanan məlumatı ölkədəki diplomatik korpusa, o cümlədən İran İslam Respublikasının səfirliyinə təqdim edib", - L.Abdullayeva bildirib.