Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Dünya çempionatı: Güləşçilərimiz Osloda Nur-Sultandakından zəif nəticə göstərib

© AFP 2024 / NTB / TERJE PEDERSENHəsrət Cəfərov
Həsrət Cəfərov - Sputnik Azərbaycan, 1920, 11.10.2021
Abunə olmaq
Azərbaycan Oslodakı yarışda 1 qızıl, 1 gümüş və 4 bürünc medalla komanda hesabında dünyada 7-ci yeri tutub. Nur-Sultanda isə 1 qızıl, 3 gümüş və 2 bürünc medal əldə olunmuşdu.
BAKI, 11 oktyabr — Sputnik. Azərbaycan güləşçiləri Norveçin paytaxtı Oslodakı dünya çempionatını 6 medalla başa vurub.
Sputnik Azərbaycan xəbər verir ki, komanda 2 il əvvəl Qazaxıstanın paytaxtı Nur-Sultandakı mundialda da eyni sayda medal əldə edib. Lakin həmin vaxt medal əyarı daha üstün olub.
Azərbaycan Oslodakı yarışda 1 qızıl, 1 gümüş və 4 bürünc medalla komanda hesabında dünyada 7-ci yeri tutub. Nur-Sultanda isə 1 qızıl, 3 gümüş və 2 bürünc medal əldə olunmuşdu.
Beləliklə, müstəqillik bərpa olunandan sonra güləşçilərin dünya çempionatlarında qazanılmış medallarının sayı 78-ə çatıb. Azərbaycan 16 qızıl, 28 gümüş və 34 bürünc medalla Polşanı geridə qoyub və 16-cı pilləyə yüksəlib.
Qeyd edək ki, yunan-Roma güləşçilərindən Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Məmmədov (60 kq) bürünc medal qazanıb. Sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) da bürünc medalla kifayətlənib. Qadın güləşçilərdən isə heç biri medal əldə edə bilməyib.
Xəbər lenti
0