https://sputnik.az/20211009/dunya-cempionati-azerbaycanin-gulescileri-mubarizeye-baslayirlar-434041418.html
Güləşçimiz dünya üçüncüsü oldu
Güləşçimiz dünya üçüncüsü oldu
Sputnik Azərbaycan
İndiyədək Azərbaycanın sərbəst güləşçilərindən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıblar. Qadın güləşçilər yarışı... 09.10.2021, Sputnik Azərbaycan
2021-10-09T23:19+0400
2021-10-09T23:19+0400
2021-10-10T00:03+0400
güləş
idman
https://cdnn1.img.sputnik.az/img/40839/97/408399744_0:155:2001:1280_1920x0_80_0_0_d3d6858ca9bd0e931ebb98f6eafe6c59.jpg
BAKI, 9 oktyabr — Sputnik. Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (60 kq) Norveçin payataxtı Osloda keçirilən dünya çempionatda bürünc medal qazanıb.Sputnik Azərbaycan-ın məlumatına görə, güləşçimiz Maksim Kajarskini (Belarus) məğlub edərək dünya üçüncüsü olub.İlk mərhələdə Məmmədov Macarıstandan olan həmkarını üstələyib. Həmyerlimiz daha sonra qazaxıstanlı rəqibi üzərində inamlı qələbə qazanıb. M.Məmmədov dörddəbir finalda Yaponiya güləşçisinə "tuşe" ilə qalib gələrək dünya çempionatının yarımfinalına yüksəlib. Finalın bir addımlığında təmsilçimiz qırğız güləşçiyə uduzub və bürünc medal uğrunda mübarizədə Belarus təmsilçisindən üstün olub. --------14:47Norveçin paytaxtı Oslodakı dünya çempionatında bu gün Azərbaycanın daha 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, yarışın 8-ci günündə Taleh Məmmədov, Həsrət Cəfərov və İslam Abbasov qüvvəsini sınayacaq.63 kq-da çıxış edən Məmmədovun ilk görüşü 1/8 finala təsadüf edəcək. Onun rəqibi türkiyəli Mehmet Çeker olacaq.67 kq çəki dərəcəsindəki Cəfərov mübarizəyə təsnifat mərhələsindən başlayacaq. Gənclər arasında dünya çempionu və I MDB Oyunlarının qalibi ABŞ təmsilçisi Peyton Omonya ilə üz-üzə gələcək.87 kq-da yarışan Abbasov isə 1/8 finalda gürcüstanlı Laşa Qobadze ilə münasibətlərinə aydınlıq gətirəcək.63 kq1/8 final: Taleh Məmmədov - Mehmet Çeker (Türkiyə)67 kqTəsnifat: Həsrət Cəfərov - Peyton Omanya (ABŞ)87 kq1/8 final: İslam Abbasov - Laşa Qobadze (Gürcüstan)Bu gün həmçinin digər yunan-Roma güləşçisi Murad Məmmədov bürünc medal qarşılaşmasına çıxacaq. 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə Maksim Kajarski (Belarus) / İrakli Dzimistarişvili (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.60 kqBürünc medal görüşü: Murad Məmmədov - Maksim Kajarski (Belarus) / İrakli Dzimistarişvili (Gürcüstan) cütünün qalibiQeyd edək ki, indiyədək Azərbaycanın sərbəst güləşçilərindən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər yarışı medalsız bitirib. Yunan-Roma güləşçilərindən isə Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) isə bürünc medal əldə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40839/97/408399744_0:0:1707:1280_1920x0_80_0_0_194688f21c47fd5f2878edf4dd6798f4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
güləş
Güləşçimiz dünya üçüncüsü oldu
23:19 09.10.2021 (Yenilənib: 00:03 10.10.2021) İndiyədək Azərbaycanın sərbəst güləşçilərindən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıblar. Qadın güləşçilər yarışı medalsız bitiriblər.
BAKI, 9 oktyabr — Sputnik. Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (60 kq) Norveçin payataxtı Osloda keçirilən dünya çempionatda bürünc medal qazanıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, güləşçimiz Maksim Kajarskini (Belarus) məğlub edərək dünya üçüncüsü olub.
İlk mərhələdə Məmmədov Macarıstandan olan həmkarını üstələyib. Həmyerlimiz daha sonra qazaxıstanlı rəqibi üzərində inamlı qələbə qazanıb. M.Məmmədov dörddəbir finalda Yaponiya güləşçisinə "tuşe" ilə qalib gələrək dünya çempionatının yarımfinalına yüksəlib. Finalın bir addımlığında təmsilçimiz qırğız güləşçiyə uduzub və bürünc medal uğrunda mübarizədə Belarus təmsilçisindən üstün olub.
Norveçin paytaxtı Oslodakı dünya çempionatında bu gün Azərbaycanın daha 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, yarışın 8-ci günündə
Taleh Məmmədov, Həsrət Cəfərov və
İslam Abbasov qüvvəsini sınayacaq.
63 kq-da çıxış edən Məmmədovun ilk görüşü 1/8 finala təsadüf edəcək. Onun rəqibi türkiyəli Mehmet Çeker olacaq.
67 kq çəki dərəcəsindəki Cəfərov mübarizəyə təsnifat mərhələsindən başlayacaq. Gənclər arasında dünya çempionu və I MDB Oyunlarının qalibi ABŞ təmsilçisi Peyton Omonya ilə üz-üzə gələcək.
87 kq-da yarışan Abbasov isə 1/8 finalda gürcüstanlı Laşa Qobadze ilə münasibətlərinə aydınlıq gətirəcək.
1/8 final: Taleh Məmmədov - Mehmet Çeker (Türkiyə)
Təsnifat: Həsrət Cəfərov - Peyton Omanya (ABŞ)
1/8 final: İslam Abbasov - Laşa Qobadze (Gürcüstan)
Bu gün həmçinin digər yunan-Roma güləşçisi Murad Məmmədov bürünc medal qarşılaşmasına çıxacaq. 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə Maksim Kajarski (Belarus) / İrakli Dzimistarişvili (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.
Bürünc medal görüşü: Murad Məmmədov - Maksim Kajarski (Belarus) / İrakli Dzimistarişvili (Gürcüstan) cütünün qalibi
Qeyd edək ki, indiyədək Azərbaycanın sərbəst güləşçilərindən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər yarışı medalsız bitirib. Yunan-Roma güləşçilərindən isə Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) isə bürünc medal əldə edib.