Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Cənubi Qafqazdakı yeni reallıqlar kimləri narahat edir? – Şantaja cavab

© Sputnik / Murad OrujovBakının işğaldan azad olunmasının 103-cü ildönümü ilə bağlı paytaxtda yürüş, arxiv şəkli
Bakının işğaldan azad olunmasının 103-cü ildönümü ilə bağlı paytaxtda yürüş, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.10.2021
Abunə olmaq
Uzun illərdir bir-birlərinin hava məkanından istifadə etməyən iki dövlətin regiondakı yeni reallıqlar şəraitində belə bir addım atması diqqətlə izlənilməkdədir.
BAKI, 9 oktyabr — Sputnik. "Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysləri Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməklə yerinə yetirməyə başladığını elan edib. Qeyd edək ki, AZAL-ın Ermənistan üzərindən uçuşlara başlaması birtərəfli addım deyil. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) qaydalarına əsasən regionun hava məkanı və bütün hava dəhlizləri artıq uçuşlar üçün açıqdır. Həm Azərbaycan, həm də Ermənistanın bununla bağlı öhdəliyi var. Eyni şəkildə Ermənistan mülki təyyarələri də Azərbaycan hava məkanından kəçən dəhlizlərdən istifadə edə bilərlər.
Uzun illərdir bir-birlərinin hava məkanından istifadə etməyən iki dövlətin regiondakı yeni reallıqlar şəraitində belə bir addım atması diqqətlə izlənilməkdədir. Bu addımın xüsusən də Azərbaycan-İran münasibətlərində yaşanan gərginlik fonunda baş verməsi yetərincə diqqət çəkən məqamdır.
Sputnik Azərbaycan Azərbaycan və Ermənistanın bir-birinin hava məkanlarından istifadəsinin regional önəmini araşdırıb.
Mövzu ilə bağlı Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov və beynəlxalq idarəetmə üzrə ekspert, politoloq Əhməd Əlili fikirlərini bölüşüb.
Zaur Məmmədov bildirib ki, artıq kommunikasiya xətləri işə düşməkdədir. Onun fikrincə, rəsmi Bakı postmüharibə dövründə humanistlik nümayiş etdirərək regionun bütün ölkələrinə hava məkanından istifadə etməyə imkan verdi: "Azərbaycan regionda yeni geosiyasi reallıqların tətbiqi üçün addımlar atır. Kommunikasiyaların açılması bizim mütləq tələbimiz idi".
Azərbaycanın hədəfləri bir-bir reallaşmaqdadır, deyən politoloq qeyd edib ki, bu həm də son zamanlar Naxçıvanla bağlı ölkəmizi şantaj etmək istəyənlər üçün ismarıc idi.
"Mən bunu deyərkən İranı nəzərdə tuturam. Həmin qüvvələr də bunu yaxşı anlayırlar ki, yeni reallıqda Naxçıvan vasitəsilə artıq Azərbaycanı şantaj etmək mümkün deyil. Nəqliyyat kommunikasiya əlaqələrinin bütöv şəkildə bərpası mütləq şəkildə başa çatdırılmalıdır.
"Biz tarixi ərazilərimiz vasitəsilə Asiya və Avropanı birləşdirəcəyik. Bu, Azərbaycan və region üçün yeni imkanlar açmış olacaq", – deyə politoloq bildirib.
Beynəlxalq idarəetmə üzrə ekspert Əhməd Əlili isə deyib ki, Azərbaycan təyyarələrinin Ermənistan üzərindən Naxçıvana eniş etməsi 44 günlük müharibənin yaratdığı reallıqdan ortaya çıxan nəticədir. O bildirib ki, bu artıq Azərbaycan-Rusiya-Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatda yer almış kommunikasiyaların bərpası müddəasının işə salınması deməkdir: "Bu bir ilkdir və hava nəqliyyatının açılması hər hansı infrastruktur tələb etmir. Amma bu həm də o deməkdir ki, Ermənistan tərəfi ilə quru yolu ilə əlaqələrin qurulması üçün imkanların yaradılmasına başlanılacaq. Deyərdim ki, bununla böyük bir psixoloji baryer yarılmış oldu".
AZAL təyyarəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.10.2021
İQTİSADİYYAT
Bakı-Naxçıvan reysi üzrə biletlər nə vaxt ucuzlaşacaq?
Əhməd Əlilinin sözlərinə görə, Azərbaycan-Ermənistan arasında nəqliyyat dəhlizinin qurulması özü böyük nailiyyətdir: "Bu istiqamətdə əldə olunan istənilən irəliləyiş regionda sülhün gələcəyinin qalıcı olmasını təmin edəcək. Bu əlaqələrin qurulması Azərbaycanın Naxçıvanla əlaqə qurmaq üçün istifadə etdiyi İran marşrutundan asılılığını azaldacaqdır. O baxımdan Tehran bundan narahatdır".
Ekspert vurğulayıb ki, ümumiyyətlə rəsmi Tehranda 44 günlük müharibənin yaratdığı reallıqların zərərli məqamlarını görməyə çalışırlar. Əhməd Əlili deyir ki, təmaslar şəraitində bu reallıqların İran üçün də faydalı olacağını görəcəklər: "İran XİN rəhbərinin Bakı gəlmək istəyini ifadə etməsi, eyni zamanda Azərbaycan XİN rəhbərini Tehrana dəvət etməsi bu ölkənin siyasətində keyfiyyət dəyişikliyi olduğunu göstərir. Sergey Lavrovla görüşdən sonra İran XİN rəhbərində belə fikirlərin formalaşması müsbət məqamdır. Düşünürəm ki, bütün tərəflərin dialoqu qurulduqdan sonra aradakı narahatlıqlar da sıradan çıxacaq".
Xəbər lenti
0