https://sputnik.az/20211007/baki-naxcivan-reysi-uzre-biletler-ne-vaxt-ucuzlasacaq-433986331.html
Bakı-Naxçıvan reysi üzrə biletlər nə vaxt ucuzlaşacaq?
Bakı-Naxçıvan reysi üzrə biletlər nə vaxt ucuzlaşacaq?
Sputnik Azərbaycan
AZAL-ın Naxçıvana Ermənistan üzərindən uçması ilə biletlərin də ucuzlaşma ehtimalı gündəmə gəlib. 07.10.2021, Sputnik Azərbaycan
2021-10-07T22:00+0400
2021-10-07T22:00+0400
2021-10-07T22:00+0400
reys
iqtisadiyyat
qiymət
azal
naxçıvan
bilet
təyyarə
https://cdnn1.img.sputnik.az/img/07e5/04/14/426746083_0:236:2004:1363_1920x0_80_0_0_8f9ff0bdc0dea149050c9801cd6c9ebf.jpg
BAKI, 7 oktyabr — Sputnik. Dünəndən etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb. AZAL-dan verilən məlumata görə, bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasında qətiyyətini nümayiş etdirir, bütün sərhəd dövlətlərin maraqlarına cavab verir. Bakı-Naxçıvan reysinin marşrutunun dəyişməsi uçuş vaxtını və yanacaq sərfiyyatını azaldacaq. Beləliklə, AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər.Biletlər nə vaxt ucuzlaşacaq?İndi sərnişinləri düşündürən əsas suallardan biri Ermənistanın hava məkanından istifadənin Bakı-Naxçıvan reysləri, eləcə də digər reyslər üzrə biletlərin qiymətinə nə qədər təsir edəcəyidir.İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanın Ermənistanın hava məkanından istifadə etməsi barədə razılıq iqtisadi məsələlərdən çox, gələcəkdə baş tutacaq danışıqlar üçün pozitiv ab-hava yaratmaq məqsədi daşıyır. Azərbaycanın Ermənistanın hava məkanından istifadə etməsi tək Naxçıvanla bağlı yox, digər reyslərdə də qısa məsafəyə uçuşu təmin edəcək. Bu, Türkiyə istiqamətinə reyslərə də təsir edəcək. Ona görə də ümumi hava məkanının açılmasının hava daşımalarına təsirindən danışmaq lazımdır. Naxçıvanla əlaqənin Ermənistan üzərindən aparılması maya dəyərinin aşağı düşməsinə gətirib çıxaracaq. Hava daşımalarında Ermənistan tərəfindən yeni koridorların açılması ilə daha qısa məsafələrlə Naxçıvana uçuşun da təmin olunacağını gözləmək olar. İki ölkə razılığa gələrsə, yeni beynəlxalq marşrutlarla Naxçıvana daha tez də çatmaq olar".Ermənistan da bundan xeyir görəcək...N.Cəfərli deyir ki, Ermənistanla hava əlaqələrinin bərpası Ermənistanın özü üçün də fayda verəcək. Bu onlar üçün kifayət qədər sərfəlidir. Rusiyadan və Ukraynadan gələn reyslərin məsafəsi qısala bilər. Bu da ümumi hava məkanından istifadədə reyslərin maya dəyərini ucuzlaşdıracaq.AZAL-dan Sputnik Azərbaycan-a bildirdilər ki, Bakı-Naxçıvan üzrə reyslərdə biletlərin ucuzlaşması Tarif Şurasından asılıdır. Çünki daxili reyslərdə qiymətlər Tarif Şurası tərəfindən tənzimlənir.Tarif Şurasından isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirildi ki, bunun üçün Bakı-Naxçıvan reysi üzrə uçuşun maya dəyərinin aşağı düşdüyü barədə Tarif Şurasına müraciət edilməlidir.Hələ ki dövlət qazanacaqİqtisadçı-ekspert Rəşad Həsənov isə bildirir ki, Naxçıvan istiqamətində açılan yeni marşrut büdcə vəsaitlərinə qənaət etməyə imkan verəcək. Bununla belə ekspert hesab edir ki, bu, qiymətlərə tezliklə təsir etməyəcək. Onun sözlərinə görə, Bakı-Naxçıvan reysinin Ermənistan üzərindən həyata keçirilməsi bilet qiymətlərinə gələcəkdə təsir edə bilər. Hazırkı şəraitdə isə maya dəyərinin aşağı düşməsi ilə bağlı dövlətin AZAL-a ayırdığı dotasiya məbləği aşağı salına bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/14/426746083_156:0:2004:1386_1920x0_80_0_0_7d4125def9c577e97c29a99fa488f5c9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
reys, qiymət, azal, naxçıvan, bilet, təyyarə
reys, qiymət, azal, naxçıvan, bilet, təyyarə
Bakı-Naxçıvan reysi üzrə biletlər nə vaxt ucuzlaşacaq?
AZAL-ın Naxçıvana Ermənistan üzərindən uçması ilə biletlərin də ucuzlaşma ehtimalı gündəmə gəlib.
BAKI, 7 oktyabr — Sputnik. Dünəndən etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb. AZAL-dan verilən məlumata görə, bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasında qətiyyətini nümayiş etdirir, bütün sərhəd dövlətlərin maraqlarına cavab verir. Bakı-Naxçıvan reysinin marşrutunun dəyişməsi uçuş vaxtını və yanacaq sərfiyyatını azaldacaq. Beləliklə, AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər.
Biletlər nə vaxt ucuzlaşacaq?
İndi sərnişinləri düşündürən əsas suallardan biri Ermənistanın hava məkanından istifadənin Bakı-Naxçıvan reysləri, eləcə də digər reyslər üzrə biletlərin qiymətinə nə qədər təsir edəcəyidir.
İqtisadçı ekspert
Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanın Ermənistanın hava məkanından istifadə etməsi barədə razılıq iqtisadi məsələlərdən çox, gələcəkdə baş tutacaq danışıqlar üçün pozitiv ab-hava yaratmaq məqsədi daşıyır. Azərbaycanın Ermənistanın hava məkanından istifadə etməsi tək Naxçıvanla bağlı yox, digər reyslərdə də qısa məsafəyə uçuşu təmin edəcək. Bu, Türkiyə istiqamətinə reyslərə də təsir edəcək. Ona görə də ümumi hava məkanının açılmasının hava daşımalarına təsirindən danışmaq lazımdır.
Müxtəlif istiqamətlərdə, təbii ki, məsafələrin azalması uçuş xərclərinin aşağı düşməsinə səbəb olacaq. Bu isə biletlərin qiymətinə təsir edə bilər. Naxçıvanla qiymətlər Tarif Şurası tərəfindən tənzimləndiyindən, mən düşünmürəm ki, qiymətdə tezliklə bir dəyişiklik olsun. Çünki Naxçıvanın özəl statusuna görə gedib-gəlmək çətindir.
Naxçıvanla əlaqənin Ermənistan üzərindən aparılması maya dəyərinin aşağı düşməsinə gətirib çıxaracaq. Hava daşımalarında Ermənistan tərəfindən yeni koridorların açılması ilə daha qısa məsafələrlə Naxçıvana uçuşun da təmin olunacağını gözləmək olar. İki ölkə razılığa gələrsə, yeni beynəlxalq marşrutlarla Naxçıvana daha tez də çatmaq olar".
Ermənistan da bundan xeyir görəcək...
N.Cəfərli deyir ki, Ermənistanla hava əlaqələrinin bərpası Ermənistanın özü üçün də fayda verəcək. Bu onlar üçün kifayət qədər sərfəlidir. Rusiyadan və Ukraynadan gələn reyslərin məsafəsi qısala bilər. Bu da ümumi hava məkanından istifadədə reyslərin maya dəyərini ucuzlaşdıracaq.
AZAL-dan Sputnik Azərbaycan-a bildirdilər ki, Bakı-Naxçıvan üzrə reyslərdə biletlərin ucuzlaşması Tarif Şurasından asılıdır. Çünki daxili reyslərdə qiymətlər Tarif Şurası tərəfindən tənzimlənir.
Tarif Şurasından isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirildi ki, bunun üçün Bakı-Naxçıvan reysi üzrə uçuşun maya dəyərinin aşağı düşdüyü barədə Tarif Şurasına müraciət edilməlidir.
İqtisadçı-ekspert Rəşad Həsənov isə bildirir ki, Naxçıvan istiqamətində açılan yeni marşrut büdcə vəsaitlərinə qənaət etməyə imkan verəcək. Bununla belə ekspert hesab edir ki, bu, qiymətlərə tezliklə təsir etməyəcək. Onun sözlərinə görə, Bakı-Naxçıvan reysinin Ermənistan üzərindən həyata keçirilməsi bilet qiymətlərinə gələcəkdə təsir edə bilər. Hazırkı şəraitdə isə maya dəyərinin aşağı düşməsi ilə bağlı dövlətin AZAL-a ayırdığı dotasiya məbləği aşağı salına bilər.
"Hər il dövlət büdcəsindən Naxçıvana daxili uçuşların maliyyələşdirilməsinə 10 milyon manat subsidiya ayrılır. İndiki şərtlər daxilində isə Ermənistan üzərindən uçuşlar vaxta və yanacağa qənaət etməyə imkan verəcək. Bu məqam və AZAL-ın Azərbaycan İnvestiya Holdinqinin idarəetməsinə verilməsi faktı Naxçıvan istiqamətində uçuşların təşkilindən yaranmış büdcə yükünün ləğv ediləcəyini və ya ən azından azalacağını deməyə imkan verir”.