Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qızıl top" mükafatına namizədlərin adları açıqlanıb

© REUTERS / ERIC GAILLARDÇempionlar Liqasının topları, arxiv şəkli
Çempionlar Liqasının topları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.10.2021
"France Football" nəşri koronavirus pandemiyasına görə ötən il mükafatı heç bir oyunçuya verməyib.
BAKI, 8 oktyabr - Sputnik. "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatına namizədlərin siyahısı açıqlanıb. "Report" xəbər verir ki, bu il mükafata 30 oyunçu iddialıdır.
Həmin futbolçular bunlardır:
Nikolo Barella, Lautaro Martines (hər ikisi "İnter", İtaliya), Kərim Benzema, Luka Modriç (hər ikisi "Real Madrid", İspaniya), Leonardo Bonuççi, Corcio Kyellini (hər ikisi "Yuventus", İtaliya), Kevin de Bröyne, Ruben Diaş, Fil Foden, Riyad Mahrez, Rəhim Sterlinq (hamısı "Mançester Sit", İngiltərə), Kriştianu Ronaldu, Bruno Fernandeş (hər ikisi "Mançester Yunayted", İngiltərə), Canluici Donnarumma, Kilian Mbappe, Lionel Messi, Neymar (hamısı PSJ, Fransa), Erlinq Holann ("Borussiya" Dortmund, Almaniya), Jorjinyo, N Qolo Kante, Sezar Azpilikueta, Romelu Lukaku, Meyson Maunt (hamısı "Çelsi", İngiltərə), Harri Keyn ("Tottenhem", İngiltərə), Simon Kyaer ("Milan", İtaliya), Robert Levandovski ("Bavariya", Almaniya), Jerar Moreno ("Vilyarreal", İspaniya), Pedri ("Barselona", İspaniya), Məhəmməd Salah ("Liverpul", İngiltərə), Luis Suares ("Atletiko", İspaniya).
Qeyd edək ki, "France Football" nəşri koronavirus pandemiyasına görə ötən il mükafatı heç bir oyunçuya verməyib. "Qızıl top"u sonuncu dəfə 2019-cu ildə hazırda Fransa PSJ-sində çıxış edən Lionel Messi qazanıb.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала