https://sputnik.az/20211005/facebook-un-iscileri-problemi-hell-etmek-ucun-binaya-daxil-ola-bilmirler-433884754.html
Facebook-un fəaliyyəti qismən bərpa olundu
Facebook-un fəaliyyəti qismən bərpa olundu
Sputnik Azərbaycan
BAKI, 5 oktyabr - Sputnik. Facebook sosial şəbəkəsinin fəaliyyəti qismən bərpa olunub. Ancaq Whatsapp, Instagram servislərində, eləcə də YouTube, Zoom... 05.10.2021, Sputnik Azərbaycan
2021-10-05T02:07+0400
2021-10-05T02:07+0400
2021-10-05T11:12+0400
dünya xəbərləri
mark zukerberq
"facebook" sosial şəbəkəsi
https://cdnn1.img.sputnik.az/img/07e4/08/01/424581032_0:0:3077:1731_1920x0_80_0_0_6a8d4eeb120f86e3ccfd6e0a86bd6387.jpg
BAKI, 5 oktyabr - Sputnik. Facebook sosial şəbəkəsinin fəaliyyəti qismən bərpa olunub. Ancaq Whatsapp, Instagram servislərində, eləcə də YouTube, Zoom, Snapchat və Gmail kimi şəbəkələrdə problemlər qalmaqdadır. Bir qədər əvvəl Twitter və Telegram-da da istifadəçi axını səbəbindən yüklənmələr qeydə alınıb.---------------04.10.202123:51Facebook şirkətinin əməkdaşları sosial şəbəkənin işində yaranan problemi araşdırmaq və ziyanı qiymətləndirmək üçün şirkətin binasına daxil olmağa çalışsalar da, buna nail ola bilmirlər. Sputnik Azərbaycan bildirir ki, bu barədə New York Times-ın jurnalisti Şira Frenkel məlumat verib."FB-nin əməkdaşı indicə telefonla söhbətdə bildirdi ki, əməkdaşlar bu səhər binaya daxil olub problemin həcmini qiymətləndirə bilmirlər, çünki üzərlərində olan beyciklər qapılardakı qıfılları açmır", - Frenkel Twitter-də yazıb.Facebook-un işində problem yaranmasında kiberhücum ehtimalını isə şirkət əməkdaşları istisna ediblər. Bu barədə New York Times yazır. Qeyd olunur ki, tətbiqlər fərqli texnologiyalarla işləyir və bir haker hücumu, çətin ki, eyni zamanda bütün sistemlərə təsir edə bilsin.Bu arada Ağ Evdən bildiriblər ki, sosial şəbəkədə problem yaranması ilə bağlı situasiyanı diqqətlə izləyirlər. Administrasiyanın sözçüsü Cen Psaki deyib ki, vəziyyətdən halidirlər və monitorinq aparırlar.Facebook-un yaradıcısı və sahibi Mark Zukerberq isə sosial şəbəkə və servislərinin işində yaranan problem səbəbindən 6,6 milyard dollar itirib və dünyanın ən varlı adamlarının reytinqində 6-cı sıraya düşüb. Bu barədə qeyd Forbes-un Real Time məlumatlarında yer alır.Forbes-un hesablamasına görə, Zukerberqin varidatı 5,4% və ya 6,6 milyard dollar azalaraq 116.1 milyard dollar təşkil edir. İndi Zukerberqin əvvəl olduğu beşinci yerə Oracle proqram təminatının yaradıcısı Larri Ellison yüksəlib (117.8 milyard dollar).Qeyd edək ki, Bakı vaxtı ilə 19:34-dən bəri Facebook və digər servislərinin, eləcə də başqa sosial şəbəkələrin işində ciddi problem yaranıb və hələ də davam etməkdədir. Hələlik Twitter və Telegram işləyir.
https://sputnik.az/20211004/facebook-instagram-ve-whatsapp-cokub-433882168.html
https://sputnik.az/20211004/facebook-instagram-ve-whatsapp-in-cokmesi-ile-itirilen-milyonlar-ekspertler-hesabladilar-433883286.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/01/424581032_281:0:3012:2048_1920x0_80_0_0_cb27ac848b31a47f0a6c635ae64f457e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mark zukerberq, "facebook" sosial şəbəkəsi
mark zukerberq, "facebook" sosial şəbəkəsi
BAKI, 5 oktyabr - Sputnik. Facebook sosial şəbəkəsinin fəaliyyəti qismən bərpa olunub. Ancaq Whatsapp, Instagram servislərində, eləcə də YouTube, Zoom, Snapchat və Gmail kimi şəbəkələrdə problemlər qalmaqdadır.
Bir qədər əvvəl Twitter və Telegram-da da istifadəçi axını səbəbindən yüklənmələr qeydə alınıb.
Facebook şirkətinin əməkdaşları sosial şəbəkənin işində yaranan problemi araşdırmaq və ziyanı qiymətləndirmək üçün şirkətin binasına daxil olmağa çalışsalar da, buna nail ola bilmirlər.
Sputnik Azərbaycan bildirir ki, bu barədə New York Times-ın jurnalisti
Şira Frenkel məlumat verib.
"FB-nin əməkdaşı indicə telefonla söhbətdə bildirdi ki, əməkdaşlar bu səhər binaya daxil olub problemin həcmini qiymətləndirə bilmirlər, çünki üzərlərində olan beyciklər qapılardakı qıfılları açmır", - Frenkel Twitter-də yazıb.
Facebook-un işində problem yaranmasında kiberhücum ehtimalını isə şirkət əməkdaşları istisna ediblər. Bu barədə New York Times yazır.
"Facebook-un təhlükəsizlik xidmətinin iki əməkdaşı bildirib ki, problem, güman ki, kiberhücumdan qaynaqlanmır", - xəbərdə deyilir.
Qeyd olunur ki, tətbiqlər fərqli texnologiyalarla işləyir və bir haker hücumu, çətin ki, eyni zamanda bütün sistemlərə təsir edə bilsin.
Bu arada Ağ Evdən bildiriblər ki, sosial şəbəkədə problem yaranması ilə bağlı situasiyanı diqqətlə izləyirlər. Administrasiyanın sözçüsü Cen Psaki deyib ki, vəziyyətdən halidirlər və monitorinq aparırlar.
Facebook-un yaradıcısı və sahibi Mark Zukerberq isə sosial şəbəkə və servislərinin işində yaranan problem səbəbindən 6,6 milyard dollar itirib və dünyanın ən varlı adamlarının reytinqində 6-cı sıraya düşüb. Bu barədə qeyd Forbes-un Real Time məlumatlarında yer alır.
Forbes-un hesablamasına görə, Zukerberqin varidatı 5,4% və ya 6,6 milyard dollar azalaraq 116.1 milyard dollar təşkil edir.
İndi Zukerberqin əvvəl olduğu beşinci yerə Oracle proqram təminatının yaradıcısı Larri Ellison yüksəlib (117.8 milyard dollar).
Qeyd edək ki, Bakı vaxtı ilə 19:34-dən bəri Facebook və digər servislərinin, eləcə də başqa sosial şəbəkələrin işində ciddi problem yaranıb və hələ də davam etməkdədir. Hələlik Twitter və Telegram işləyir.