Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AFFA şəhid övladına dəstək olacaq

© Photo : REPORT IAAFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov - Sputnik Azərbaycan, 1920, 05.10.2021
Abunə olmaq
Uşaqlara AFFA-nın adından geyim dəstləri və toplar verilib. Elxan Məmmədov, Samir Əliyev və Vüqar Nadirov liqalarda çıxış edəcək komandalara uğurlar arzulayıblar.
BAKI, 5 oktyabr — Sputnik. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov növbəti səfərini Masallı rayonuna edib. Sputnik Azərbaycan milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, futbol veteranları Samir ƏliyevVüqar Nadirovla birgə icraçı vitse-prezident Masallı Olimpiya İdman Kompleksində aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb.
Uşaqlara AFFA-nın adından geyim dəstləri və toplar verilib. Elxan Məmmədov, Samir Əliyev və Vüqar Nadirov liqalarda çıxış edəcək komandalara uğurlar arzulayıblar. Tədbirin sonunda simvolik oyun keçirilib.
Məşqçilər tədbirdə iştirak edən “Qala 95” komandasının üzvü Ayxan Əzizovun şəhid övladı olduğu barədə məlumat veriblər. İcraçı vitse-prezident Ayxan Əzizovla görüşüb, ona futbol karyerasında uğurlar arzulayıb, peşəkar futbolçu olmaq istəyərsə, AFFA-nın dəstəyinə əmin ola biləcəyini deyib.
Ayxan Əzizov II Qarabağ müharibəsində Füzuli rayonunun işğaldan azad olunması uğrunda döyüşlərdə həlak olmuş, ölümündən sonra “Füzulinin azad olunmasına görə”“Vətən uğrunda” medalları ilə təltif olunmuş gizir, tank komandiri Elvin Əzizovun övladıdır.
Xəbər lenti
0