Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Beş yaşdan birinci sinfə getmək təklifi necə qarşılanır? Deputat naziri dəstəkləmədi

© Sputnik / Murad OrujovBakıda məktəbdə dərs prosesi, arxiv şəkli
Bakıda məktəbdə dərs prosesi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.10.2021
Abunə olmaq
"Məktəb yaşının aşağı salınması ibtidai təhsil pilləsi üçün problem yaradacaq məsələdir"
BAKI, 5 oktyabr — Sputnik. Təhsil naziri Emin Əmrullayevin məktəb yaşının 5 yaşa endirilməsi ilə bağlı fikri ictimaiyyətdə birmənalı qarşılanmayıb. Nazirin bu fikrinin əleyhinə olanlar da var, onun təklifi ilə razılaşanlar da... Bəs görəsən, Azərbaycanda məktəb yaşının aşağı salınması hansı hallarda mümkündür?

"Mən nazirin bu təklifini dəstəkləmirəm"

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Etibar Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dünyada əsasən məktəbəqədər təhsilə daha çox üstünlük verilir: "Mən nazirin bu təklifini dəstəkləmirəm. Məktəbə uşaqların getmə yaşının azaldılmasının tərəfdarı deyiləm.
Əgər nazir səsləndirdiyi bu təklifi gerçəkləşdirəcəksə, müxtəlif problemlər yaranacaq. Bu zaman ibtidai təhsilin müddətinin 5 ilə çatdırılması məsələsi gündəmə gələcək. Əlbəttə ki, bu da müəyyən problemlərə səbəb olacaq. Bu zaman proqramlar, dərsliklər yenidən işlənilməli, müəllimlərin hazırlığı məsələsi öz həllini tapmalıdır.
Bu gün biz əslində məktəb yaşının aşağı salınmasını yox, daha çox 12 illik təhsilə keçid məsələsini gündəmə gətirməliyik. Çünki dünyanın əksər ölkələri 12 illik təhsil sisteminə keçib. 12 illik təhsil sistemi ilə təmayülləşmə gücləndirilir. 12 illik təhsil sistemi həmçinin repetitor hazırlığına ehtiyacı da azalda bilər. Bu zaman fənlərin daha dərindən mənimsənilməsi üçün imkan yaranar. Ona görə də məktəb yaşının aşağı salınmasındansa 12 illik təhsil barəsində düşünməliyik. Məktəb yaşının aşağı salınması ibtidai təhsil pilləsi üçün problem yaradacaq məsələdir".
Dərs vəsaitləri - Sputnik Azərbaycan, 1920, 04.10.2021
TƏHLİL
Əlavə dərs vəsaitlərinin qiyməti bahalaşıb - DİM mətbəəni günahlandırır

Məktəbəhazırlıq öz effektini verirsə...

Deputat deyir ki, hazırda məktəbəhazırlıq həyata keçirilir və bu öz effektini verir: "Nazirliyin statistikasına görə, məktəbəhazırlıq 70-80 faiz uşaqları əhatə edir. Bu zaman sual yaranır ki, məktəb yaşı 5 yaşa endirilirsə, bəs məktəbəhazırlığa neçə yaşdan başlanılacaq? Ona görə də məktəb yaşının endirilməsi geniş müzakirə tələb edən məsələdir. Birdən-birə bu barədə qərar qəbul etmək xeyli ziyanlara səbəb ola bilər. Hər bir halda Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında bu məsələ nəzərdə tutulmayıb. Strategiyada 12 illik təhsilə keçid öz əksini tapıb".
Komitə üzvü bildirir ki, 5 yaşdan təhsil məsələsi gündəmə gətirilərkən hazırki uşaqların fiziki və zehni inkişafı da nəzərə alınmalıdır.
"Sovet dövrü ilə indiki uşaqları müqayisə etmək belə, mümkün deyil. O dövrdə fiziki cəhətdən uşaqlar daha yetkin, əqli cəhətdən üstün idilər. Sovet dövründə təhsil yaşının 7 yaş müəyyən olunması üzərində pedaqoqlar uzun illər təhlillər apardıqdan sonra qərar qəbul etmişdilər".
Эксперт в области образования Этибар Алиев - Sputnik Azərbaycan
Etibar Əliyev
Millət vəkili

Beş yaş təklifi dərs yükünü azaldacaq?

Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təhsilin inkişaf etdiyi ölkələrdə 5 yaşdan təhsilə başlama təcrübəsi var: "Bizim kimi ölkələrdə isə təhsilə nə qədər erkən başlasaq da, bu, ölkənin iqtisadiyyatına müsbət təsir göstərir. Bu, iş yerlərinin açılmasına, valideynlərin daha tez işləyə bilməsinə imkanlar yaradır. 2016-cı ildən Azərbaycanda onsuz da uşaqlar 5 yaşdan məktəbə gedirlər. Bu yaşdan məktəbəhazırlıq qruplarında təhsilə başlanılır. Bu gün bizim 2900 məktəbimizdə 90 min şagird həftədə üç dəfə məktəbəhazırlıq qrupuna gedir. Bəzən valideynlər narahat olurlar ki, niyə övladları məktəbəhazırlıq qruplarına getmirlər. Məktəbəhazırlıq qrupları hazırda könüllüdür. 6 yaşdan təhsil isə icbaridir".
K.Əsədovun fikrincə, şagirdlərin 5 yaşdan birinci sinfə getməsi proqram yükünün bölünməsinə, parçalanmasına gətirib çıxardacaq ki, bu da müsbət amildir: "Valideynlərin çoxu 1-ci sinfə gedən şagirdlərin çantasının ağırlığından, dərs yükünün çox olmasından, proqramın qəlizliyindən narazıdır. Məktəbə 5 yaşdan başlama dərs yükünün də bölünməsinə səbəb ola bilər.
Dünyanın əksər ölkələrində 1-ci sinfə gedən şagirdə hərf, yazmaq vərdişi öyrədilmir. Bizdə birinci sinfə gedən şagirddən hərf yazmaq, üç aydan sonra isə sürətlə oxumaq tələb olunur. Müəyyən vərdişlər və informasiyalar var ki, biz onları uşaqlara daha erkən yaşda aşılaya bilərik. Elə valideynlər var ki, uşaqlarını 2 yaşdan bağçaya qoyurlar. 4 yaşda uşaqlar müəyyən riyazi hesablamaları belə, bilirlər. Ona görə də oxuma-yazma bacarığına yiyələnmək üçün 6 yaş gecdir.
Эксперт по образованию Кямран Асадов - Sputnik Azərbaycan
Kamran Əsədov
Ekspert
Dünyada tədrisin keyfiyyət göstəricilərində də erkən təhsilə başlayan şagirdlər uğur qazanırlar. Onsuz da biz Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən, 12 illik təhsilə keçməliyik. Təhsil dövrünü yuxarıdan bir pillə artırmaqdansa, aşağıdan azaltmaq daha yaxşıdır. Onsuz da uşaqlar könüllülük prinsipi ilə məktəbəhazırlığa gedirlər. 5 yaşın 1-ci sinif yaşı edilməsi bu zaman daha uyğun olar".
Ekspert deyir ki, bunun üçün dərsliklərin və dərs proqramlarının yenidən hazırlanması istiqamətində işlər aparılmalıdır.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu məsələdə dünya ölkələri ilə müqayisə aparmaq düzgün deyil. N.İsrafilovun sözlərinə görə, hər ölkənin öz inkişaf səviyyəsi var: "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında 12 illik təhsil hədəflənib.
5 yaşdan məktəbə başlasaq, məktəbəhazırlığı da 4 yaşdan başlamalıyıq. Bu zaman biz uşaqlara fiziki cəhətdən travma vururuq. Bu gün ali məktəbdə təhsil alan tələbələrə baxsaq, görərik ki, onlar sovet dövrünün tələbələrindən fərqlənirlər. Əksəriyyəti eynəkdə, fiziki cəhətdən zəifdirlər. Bu zaman sual yaranır - biz hara tələsirik? Hansı ölkədə kim bu yeniliyi tətbiq edirsə, biz də bunu etməliyik? Biz öncə uşaqların fiziki və psixi sağlamlığına önəm verməliyik".
Эксперт в области образования Надир Исрафилов - Sputnik Azərbaycan
Nadir İsrafilov
Ekspert
Valideynlər də 5 yaşdan təhsil məsələsini birmənalı qarşılamırlar. Valideyn Səbinə Əhmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırki dərs proqramı uşaqların qavrama qabiliyyətinə uyğun deyil. Valideyn hesab edir ki, 5 yaşlı uşaq 1-ci sinfin dərs proqramını mənimsəyə bilməz: "Ətrafımda uşaqları 1-ci sinfə gedən valideynlər çoxdur. Onlar 1-ci sinfin dərs proqramını uşağa mənimsətmək üçün bəzən hazırlıq müəllimlərinə müraciət edirlər. Əgər 6 yaşlı uşaq həmin dərs proqramını mənimsəyə bilmirsə, bizim 5 yaşlı körpələrimiz bu dərs yükünü öz çiynində necə daşıyacaq?"
Valideyn həmçinin bildirir ki, uşaqlar öz uşaqlıq dövrünü yaşamalıdırlar. 5 yaşdan təhsil isə bunu məhdudlaşdıra bilər.
Sputnik Azərbaycan mövzu ilə bağlı paytaxt küçələrində sorğu edib. Valideynlər bu yeniliyin əleyhinə çıxıblar.
Qeyd edək ki, oktyabrın 1-i təhsildə yeni çağırışlar II Beynəlxalq Forumunda çıxış edən təhsil naziri Emin Əmrullayev məktəb yaşının aşağı salınmasını təklif edib. O bildirib ki, əsas çağırışlardan biri erkən məktəbə başlama yaşıdır. “Zənnimcə, 6 yaş gecdir. Məktəb yaşının 5-ə qədər azaldılmasına çalışmalıyıq”, - nazir deyib.
Sorğu
Məktəbə neçə yaşında getmisiniz?
Xəbər lenti
0