https://sputnik.az/20211004/ry-dair-dvlt-standart-tsdiq-edilib-433848571.html
Çörəyə dair dövlət standartı təsdiq edilib
Çörəyə dair dövlət standartı təsdiq edilib
Sputnik Azərbaycan
Standart layihələrinin müzakirəsində Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qida... 04.10.2021, Sputnik Azərbaycan
2021-10-04T10:53+0400
2021-10-04T10:53+0400
2021-10-04T11:17+0400
azərbaycan xəbərləri
çörək
un
standart
https://cdnn1.img.sputnik.az/img/07e5/03/02/426356310_0:202:2925:1847_1920x0_80_0_0_23e203a77882af42cfa1ea3867d75ac4.jpg
BAKI, 4 oktyabr — Sputnik. İstehlakçıların yüksək keyfiyyətli (əla, 1-ci, 2-ci və kəpəkli un çörəyi) çörəklə təmin olunması üçün sərtləşdirilən tələbləri özündə ehtiva edən AZS 899:2021 “Buğda unundan hazırlanan çörək. Texniki şərtlər” dövlət standartı təsdiq edilib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, standart Xidmətin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən hazırlanıb.Qeyd edək ki, son dövr ərzində çörək sənayesi sahəsində dayanıqlı keyfiyyət meyarlarının təmin edilməsi məqsədilə AZS 888:2020 – “Buğda. Texniki şərtlər.” və AZS 894:2021 – “Çörək sənayesi üçün buğda unu. Texniki şərtlər.” dövlət standartları da qəbul edilib. Standart layihələrinin müzakirəsində Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər.Qeyd edək ki, yeni dövlət standartı ölkə ərazisində aparılan elmi-tədqiqat işləri, beynəlxalq və regional standartlar əsasında hazırlanıb və təsdiq edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
https://sputnik.az/20210924/Man-yann-dadn-vern-rk-Onun-bol-olmas-vacibdir-yoxsa-yemli-olmas-428000834.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/02/426356310_97:0:2828:2048_1920x0_80_0_0_a846faf50fa972293cd05fb47ddc7424.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
çörək, un, standart
Çörəyə dair dövlət standartı təsdiq edilib
10:53 04.10.2021 (Yenilənib: 11:17 04.10.2021) Standart layihələrinin müzakirəsində Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər.
BAKI, 4 oktyabr — Sputnik. İstehlakçıların yüksək keyfiyyətli (əla, 1-ci, 2-ci və kəpəkli un çörəyi) çörəklə təmin olunması üçün sərtləşdirilən tələbləri özündə ehtiva edən AZS 899:2021 “Buğda unundan hazırlanan çörək. Texniki şərtlər” dövlət standartı təsdiq edilib. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, standart Xidmətin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən hazırlanıb.
Qeyd edək ki, son dövr ərzində çörək sənayesi sahəsində dayanıqlı keyfiyyət meyarlarının təmin edilməsi məqsədilə AZS 888:2020 – “Buğda. Texniki şərtlər.” və AZS 894:2021 – “Çörək sənayesi üçün buğda unu. Texniki şərtlər.” dövlət standartları da qəbul edilib. Standart layihələrinin müzakirəsində Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, yeni dövlət standartı ölkə ərazisində aparılan elmi-tədqiqat işləri, beynəlxalq və regional standartlar əsasında hazırlanıb və təsdiq edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.