https://sputnik.az/20211003/teymur-recebov-dunya-chempionu-maqnus-karlsene-qalib-geldi-433831764.html
Rəcəbovun məğlub etdiyi Karlsen turnirin qalibi oldu
Rəcəbovun məğlub etdiyi Karlsen turnirin qalibi oldu
Sputnik Azərbaycan
Azərbaycan qrossmeysterinə uduzmasına rəğmən, Karlsen çempion turunun finalında qələbə qazanıb. 03.10.2021, Sputnik Azərbaycan
2021-10-03T10:05+0400
2021-10-03T10:05+0400
2021-10-03T10:24+0400
idman
şahmat
teymur rəcəbov
https://cdnn1.img.sputnik.az/img/07e5/01/03/425874014_0:46:1001:609_1920x0_80_0_0_858202080a923cdd9a58e8b65e6b3665.jpg
BAKI, 3 oktyabr - Sputnik. Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Chess Champions Tour-un onlayn seriyasının final turniri çərçivəsində hazırkı dünya çempionu Maqnus Karlsenə qalib gəlib. Sputnik Azərbaycan-ın məlumatına görə, Teymur Rəcəbovla Maqnus Karlsenin görüşü onlayn seriyanın final turnirinin yeddinci turu çərçivəsində baş tutub. Oyunun ilk iki partiyası heç-heçə bitib, üçüncü və dördüncü partiyalarda isə azərbaycanlı şahmatçı üstün olub və 3:1 hesabı ilə qalib gəlib. Digər həmvətənimiz Şəhriyar Məmmədyarov yeddinci turda niderlandlı Aniş Girini məğlub edib - 2,5:0,5. Onlayn seriyanın final turnirinin yeddi turundan sonra Rəcəbov 21 xal toplayaraq üçüncü yerə çıxıb. Birinci yerdə 28.5 xal toplayaraq turniri vaxtından əvvəl qazanan Karlsendir. İkinci yerdə isə Rəcəbovu cəmi yarım xal qabaqlayan amerikalı Uesli Sou qərarlaşıb. Şəhriyar Məmmədyarov isə 9.5 xalla turnir cədvəlinin sonunda yer alıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/03/425874014_0:0:1001:751_1920x0_80_0_0_0ef69db7c70c525e5bbf6f2c7617fe90.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
şahmat, teymur rəcəbov
Rəcəbovun məğlub etdiyi Karlsen turnirin qalibi oldu
10:05 03.10.2021 (Yenilənib: 10:24 03.10.2021) Azərbaycan qrossmeysterinə uduzmasına rəğmən, Karlsen çempion turunun finalında qələbə qazanıb.
BAKI, 3 oktyabr - Sputnik. Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Chess Champions Tour-un onlayn seriyasının final turniri çərçivəsində hazırkı dünya çempionu Maqnus Karlsenə qalib gəlib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Teymur Rəcəbovla Maqnus Karlsenin görüşü onlayn seriyanın final turnirinin yeddinci turu çərçivəsində baş tutub. Oyunun ilk iki partiyası heç-heçə bitib, üçüncü və dördüncü partiyalarda isə azərbaycanlı şahmatçı üstün olub və 3:1 hesabı ilə qalib gəlib.
Digər həmvətənimiz Şəhriyar Məmmədyarov yeddinci turda niderlandlı Aniş Girini məğlub edib - 2,5:0,5.
Onlayn seriyanın final turnirinin yeddi turundan sonra Rəcəbov 21 xal toplayaraq üçüncü yerə çıxıb. Birinci yerdə 28.5 xal toplayaraq turniri vaxtından əvvəl qazanan Karlsendir. İkinci yerdə isə Rəcəbovu cəmi yarım xal qabaqlayan amerikalı Uesli Sou qərarlaşıb.
Şəhriyar Məmmədyarov isə 9.5 xalla turnir cədvəlinin sonunda yer alıb.