https://sputnik.az/20211002/gurcustan-sefiri-ukrayna-xine-cagirildi-433811696.html
Gürcüstan səfiri Saakaşviliyə görə Ukrayna XİN-ə çağırıldı
Gürcüstan səfiri Saakaşviliyə görə Ukrayna XİN-ə çağırıldı
Sputnik Azərbaycan
Gürcüstanın Ukraynadakı səfiri Mixeil Saakaşvilinin saxlanılmasına dair əsaslar barədə rəsmi məlumat alınması üçün XİN-ə dəvət edilib. 02.10.2021, Sputnik Azərbaycan
2021-10-02T00:05+0400
2021-10-02T00:05+0400
2021-10-02T00:05+0400
dünya xəbərləri
səfir
mixeil saakaşvili
ukrayna
xin
gürcüstan
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/01/433810988_0:133:3071:1860_1920x0_80_0_0_a52d1ae9e705339d03ace65060c5f217.jpg
BAKI, 1 oktyabr - Sputnik. Ukrayna Xairici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko bildirib ki, Gürcüstanın Ukraynadakı səfiri Mixeil Saakaşvilinin saxlanılmasının səbəbləri və saxlanma şəraiti barədə rəsmi məlumat alınması üçün xarici siyasət idarəsinə dəvət edilib.Cümə günü, oktyabrın 1-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bəyan edib ki, ölkənin sabiq prezidenti Mixeil Saakaşvili saxlanılıb."KİV-də Ukrayna vətəndaşı Saakaşvilinin Gürcüstanda saxlanıldığı barədə xəbəri oxuduq. Bu saxlanılmanın əsasları və aparıldığı şərait barədə rəsmi məlumat almaq üçün Gürcüstanın Ukraynadakı səfirliyinin rəhbəri XİN-ə dəvət olundu", - Nikolenko Twitter-də yazıb.Qeyd edək ki, bundan öncə Mixeil Saakaşvili video paylaşaraq Batumidə olduğunu bildirmişdi. Video gecə çəkilib, fonda dənizi də Batumidəki binalara bənzəyən tikililəri görmək olar. Saakaşvili deyib ki, oktyabrın 2-də və 3-də Tbilisidə olacaq, sonra da insanları paytaxtın mərkəzindəki Azadlıq meydanına toplaşmağa çağırıb.Saakaşvili xeyli əvvəl oktyabrda yerli özünüidarətmə orqanlarına keçiriləcək seçkilərə görə vətəninə qayıdacağını bildirmişdi. Gürcüstan hökuməti onu bir neçə cinayət işi üzrə dövlət daxilində axtarışa verib. Hakimiyyət nümayəndələri isə dəfələrlə deyiblər ki, sərhədi keçən kimi Saakaşvilini həbs edəcəklər.
https://sputnik.az/20211001/mixeil-saakashvilini-gurcustanda-saxladilar-433808641.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/01/433810988_167:0:2898:2048_1920x0_80_0_0_abee03c3ac9b5b12e7d9e750297693d6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
səfir, mixeil saakaşvili, ukrayna, xin, gürcüstan
səfir, mixeil saakaşvili, ukrayna, xin, gürcüstan
Gürcüstan səfiri Saakaşviliyə görə Ukrayna XİN-ə çağırıldı
Gürcüstanın Ukraynadakı səfiri Mixeil Saakaşvilinin saxlanılmasına dair əsaslar barədə rəsmi məlumat alınması üçün XİN-ə dəvət edilib.
BAKI, 1 oktyabr - Sputnik. Ukrayna Xairici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko bildirib ki, Gürcüstanın Ukraynadakı səfiri Mixeil Saakaşvilinin saxlanılmasının səbəbləri və saxlanma şəraiti barədə rəsmi məlumat alınması üçün xarici siyasət idarəsinə dəvət edilib.
Cümə günü, oktyabrın 1-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bəyan edib ki, ölkənin sabiq prezidenti Mixeil Saakaşvili saxlanılıb.
"KİV-də Ukrayna vətəndaşı Saakaşvilinin Gürcüstanda saxlanıldığı barədə xəbəri oxuduq. Bu saxlanılmanın əsasları və aparıldığı şərait barədə rəsmi məlumat almaq üçün Gürcüstanın Ukraynadakı səfirliyinin rəhbəri XİN-ə dəvət olundu", - Nikolenko Twitter-də yazıb.
Qeyd edək ki, bundan öncə Mixeil Saakaşvili video paylaşaraq Batumidə olduğunu bildirmişdi. Video gecə çəkilib, fonda dənizi də Batumidəki binalara bənzəyən tikililəri görmək olar. Saakaşvili deyib ki, oktyabrın 2-də və 3-də Tbilisidə olacaq, sonra da insanları paytaxtın mərkəzindəki Azadlıq meydanına toplaşmağa çağırıb.
Saakaşvili xeyli əvvəl oktyabrda yerli özünüidarətmə orqanlarına keçiriləcək seçkilərə görə vətəninə qayıdacağını bildirmişdi. Gürcüstan hökuməti onu bir neçə cinayət işi üzrə dövlət daxilində axtarışa verib. Hakimiyyət nümayəndələri isə dəfələrlə deyiblər ki, sərhədi keçən kimi Saakaşvilini həbs edəcəklər.