https://sputnik.az/20211002/empionlar-turu-teymur-rcbov-karlsen-hriyar-mmmdyarov-giriy-qalib-glib-433830065.html
Çempionlar Turu: Teymur Rəcəbov Karlsenə, Şəhriyar Məmmədyarov Giriyə qalib gəlib
Çempionlar Turu: Teymur Rəcəbov Karlsenə, Şəhriyar Məmmədyarov Giriyə qalib gəlib
Sputnik Azərbaycan
Azərbaycanlı qrossmeysterlər Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov Çempionlar Turunda şahmat dahilərini məğlub ediblər. 02.10.2021, Sputnik Azərbaycan
2021-10-02T23:10+0400
2021-10-02T23:10+0400
2021-10-02T23:22+0400
idman
şahmat
şəhriyar məmmədyarov
teymur rəcəbov
şahmat turniri
https://cdnn1.img.sputnik.az/img/42262/71/422627129_0:147:3119:1901_1920x0_80_0_0_29da67b428883d952abe62354d21bc00.jpg
BAKI, 2 oktyabr - Sputnik. Norveçli şahmatçı Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində bu gün VII turun görüşləri keçirilir.Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov dünya çempionu Karlsenlə üz-üzə gəlib. Report xəbər verir ki, görüş Rəcəbovun qələbəsi ilə yekunlaşıb - 3:1. İlk 2 görüşünü heç-heçə ilə başa vurmuş 34 yaşlı qrossmeyster sonrakı 2 qarşılaşmasından qələbə ilə ayrılıb. Nəticədə Rəcəbov 3:1 hesablı qalibiyyət əldə edib.Şəhriyar Məmmədyarov isə niderlandlı Aniş Giri ilə qarşılaşıb. Məmmədyarov birinci və üçüncü görüşlərini qələbə, ikinci görüşünü heç-heçə ilə başa vurub. Nəticədə dördüncü duelə ehtiyac olmayıb və azərbaycanlı qrossmeyster 2,5:0,5 hesabı ilə qalib gəlib.Digər qarşılaşmalarda polşalı Yan-Kşiştof Duda rusiyalı Vladislav Artemyevi üstələyib - 2,5:1,5. Ermənistanlı Levon Aronyan isə ABŞ təmsilçisi Uesli Sodan üstün olub.Hazırda fransalı Maksim Vaşye-Laqrav ilə ABŞ-ın digər təmsilçisi Hikaru Nakamura arasında görüş davam edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42262/71/422627129_193:0:2924:2048_1920x0_80_0_0_55a50eb786e972268c70fd1aefd6630a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şahmat, şəhriyar məmmədyarov, teymur rəcəbov, şahmat turniri
şahmat, şəhriyar məmmədyarov, teymur rəcəbov, şahmat turniri
Çempionlar Turu: Teymur Rəcəbov Karlsenə, Şəhriyar Məmmədyarov Giriyə qalib gəlib
23:10 02.10.2021 (Yenilənib: 23:22 02.10.2021) Azərbaycanlı qrossmeysterlər Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov Çempionlar Turunda şahmat dahilərini məğlub ediblər.
BAKI, 2 oktyabr - Sputnik. Norveçli şahmatçı Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində bu gün VII turun görüşləri keçirilir.
Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov dünya çempionu Karlsenlə üz-üzə gəlib. Report xəbər verir ki, görüş Rəcəbovun qələbəsi ilə yekunlaşıb - 3:1.
İlk 2 görüşünü heç-heçə ilə başa vurmuş 34 yaşlı qrossmeyster sonrakı 2 qarşılaşmasından qələbə ilə ayrılıb. Nəticədə Rəcəbov 3:1 hesablı qalibiyyət əldə edib.
Şəhriyar Məmmədyarov isə niderlandlı Aniş Giri ilə qarşılaşıb. Məmmədyarov birinci və üçüncü görüşlərini qələbə, ikinci görüşünü heç-heçə ilə başa vurub. Nəticədə dördüncü duelə ehtiyac olmayıb və azərbaycanlı qrossmeyster 2,5:0,5 hesabı ilə qalib gəlib.
Digər qarşılaşmalarda polşalı Yan-Kşiştof Duda rusiyalı Vladislav Artemyevi üstələyib - 2,5:1,5. Ermənistanlı Levon Aronyan isə ABŞ təmsilçisi Uesli Sodan üstün olub.
Hazırda fransalı Maksim Vaşye-Laqrav ilə ABŞ-ın digər təmsilçisi Hikaru Nakamura arasında görüş davam edir.