Mərkəzi Bankın məlumatına görə, Azərbaycanın valyuta ehtiyatları 31 iyul 2020-ci il tarixinə 6 mlrd. 468,7 mln. dollar təşkil edib. Bu da 30 dekabr 2019-cu il tarixi ilə müqayisədə 210,7 milyon dollar və ya 3,4% çoxdur.
Azərbaycanda 31 iyul 2020-ci il tarixinə pul bazasının həcmi 11 mlrd. 676,9 mln. manat təşkil edir. 30 dekabr 2019-cu il tarixinə Azərbaycanda pul bazası 12 mlrd 152,5 mln. manat olub. Beləliklə, pul bazası 2019-cu ilin dekabr ayı ilə müqayisədə 4% azalıb.
İyul ayında pul bazası 425,1 mln.manat və ya 3,8% artıb.
Azərbaycanın builki monetar göstəriciləri ilə bağlı daha ətraflı məlumatla Sputnik Azərbaycan-ın infoqrafikasından tanış ola bilərsiz.