Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İranın Azərbaycan narahatlığı: təhdid dili nə ilə nəticələnə bilər?

© AFP 2024 / HO / IRANIAN ARMY OFFICEİranda təlim
İranda təlim - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Abunə olmaq
Güman edirəm ki, rəsmi Tehran da Azərbaycanla olan minillik tarixi bağların əhəmiyyətini anlayaraq gərginliyin azaldılması istiqamətində addımlar atacaq
BAKI, 1 oktyabr — Sputnik. İran Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir. Cənub qonşumuzun "Xeybərin Fatehləri" adlandırdığı təlimlərdə İranın Hərbi Hava Qüvvələrinə məxsus helikopterlərlə yanaşı, zirehli texnikalar, artilleriya qurğuları və pilotsuz uçuş aparatları iştirak edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən həftə Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində Azərbaycan sərhədi yaxınlığında keçirilən hərbi təlimlərə münasibətini bildirərkən, çox təəccüblü bir məsələ kimi qiymət verdi.
Президент Ильхам Алиев, фото из архива  - Sputnik Azərbaycan, 1920, 27.09.2021
QARABAĞ
İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı. Hər kəs bu sözlərlə hesablaşacaqdır
"O ki qaldı bizim sərhədimizin yaxınlığında keçirilən hərbi təlimlərə, bu, çox təəccüb doğuran bir məsələdir. Çünki 30 illik müstəqillik dönəmində belə hadisələr olmamışdır. İlk növbədə, deməliyəm ki, hər bir ölkə öz ərazisində istənilən hərbi təlimi keçirə bilər. Bu, onun suveren hüququdur, söz ola bilməz. Ancaq eyni zamanda, bunu bir zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdır.
Nə üçün məhz indi? Nə üçün məhz bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan ictimaiyyəti verir. Bu sualları dünya azərbaycanlıları verirlər. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilərin Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlim keçirilmirdi? Nə üçün bu, biz torpaqları azad edəndən sonra, 30 illik əsarətə, işğala son qoyandan sonra keçirilir? Bu suallar legitim suallardır", - İlham Əliyev bildirib.
Sputnik Azərbaycan İranın Azərbaycanla sərhəd bölgədə hərbi aktivliyini artırması, onun səbəbləri və hadisələrin gələcək inkişaf perspektivləri ilə bağlı politoloq Elşən Manafovun və hərbi ekspert Emin Həsənlinin fikirlərini öyrənib.
Politoloq Elşən Manafov bildirib ki, iki ölkə arasındakı məsələləri danışıqlar yolu ilə həll etmək olardı: “İran sərhəd bölgəsindəki aktivliyini İsrailin bölgədəki fəallığı ilə əlaqələndirir. Azərbaycanın İsraillə münasibətləri qarşılıqlı maraqlar müstəvisindədir. Bu, Azərbaycanın müstəsna suveren hüququdur”.
Onun sözlərinə görə, Azərbaycan İranla münasibətlərinin mehriban qonşuluq çərçivəsində inkişaf etdirilməsində maraqlıdır. Politoloq qeyd edib ki, Azərbaycanın müstəqil siyasət aparması İrandakı bəzi dairələrin ölkəmizlə təhdid dilində danışmasına gətirib çıxarıb.
“Amma Azərbaycan təhdid dili ilə danışılacaq ölkələrdən deyil. Güman edirəm ki, rəsmi Tehran da Azərbaycanla olan minillik tarixi bağların əhəmiyyətini anlayaraq gərginliyin azaldılması istiqamətində addımlar atacaq”.
Politoloq Elşən Manafov - Sputnik Azərbaycan
Elşən Manafov
Politoloq
Hərbi ekspert Emin Həsənli isə düşünür ki, İranın bu gün nəyə etiraz etdiyini anlamaq olmur: “Özünü İslam ölkəsi adlandırır, ancaq eyni zamanda müsəlman abidələrini məhv edən dövlətə müharibə dövründə silah daşıyırdı. Otuz ildir niyə bu ərazidə təlimlər keçmirdi? Azərbaycan torpaqlarını azad etdikdən sonra onun sərhədində təlimlər keçirməklə kimə güc nümayiş etdirir?”
Emin Həsənli vurğulayıb ki, Azərbaycan hər zaman İrana qarşı yaxşı münasibətdə olub. O deyib ki, indi bu cür davranışların nümayiş etdirilməsi normal qarşılana bilməz: “ABŞ başda olmaqla, Qərb dünyası İrana sanksiyalar tətbiq edəndə Azərbaycan təzyiqlərə baxmayaraq bu ölkə ilə olan münasibətlərini normal səviyyədə saxlayırdı”.
 Narkotiklə dolu paketlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.09.2021
TƏHLİL
Necə olur ki, narkotacirlər İran gömrükçülərinin nəzərindən yayınırlar?
“Azərbaycan bir çox ölkələrlə əməkdaşlıq qurur. Bu əlaqələr beynəlxalq hüquqa zidd deyil. Biz suveren hüququmuzdan istifadə edərək İsraillə münasibətlər qurmuşuq. Azərbaycan-İsrail əməkdaşlığı Azərbaycanın milli maraqlarına uyğundur. Azərbaycan İrana qarşı olan addımlar atmayıb. Heç bir qüvvə Azərbaycandan İrana qarşı istifadə etməyib və dövlətimiz İrana qarşı olan fəaliyyətlərdə yer almayıb”, – deyə hərbi ekspert fikrini tamamlayıb.
Xəbər lenti
0