https://sputnik.az/20211001/mahir-emreli-ushaqliqdan-bele-oyunun-arzusunda-idim-433803287.html
Mahir Emreli: Uşaqlıqdan belə oyunun arzusunda idim
Mahir Emreli: Uşaqlıqdan belə oyunun arzusunda idim
Sputnik Azərbaycan
Azərbaycan yığma komandasının hücumçusu bildirib ki, Avropa Liqasının qrup raundu çərçivəsində İngiltərə klubuna qarşı keçirilən oyun uzun müddət yaddaşında... 01.10.2021, Sputnik Azərbaycan
2021-10-01T17:46+0400
2021-10-01T17:46+0400
2021-10-02T18:29+0400
futbol
idman
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/01/433721362_0:0:2899:1631_1920x0_80_0_0_a015ef5b7a65cfec50ff1f07048a59c8.jpg
BAKI, 1 oktyabr — Sputnik. Azərbaycan yığmasının və Varşavanın "Legiya" klubunun hücumçusu Mahir Emreli uşaqlıqdan Avropa Liqası çərçivəsində İngiltərənin "Lester" komandası ilə qarşılaşmaya bənzər matçda oynamaq arzusunda olub. Bu barədə Sputnik Azərbaycan Polşa klubunun rəsmi internet saytına istinadən məlumat yayıb.Qeyd edək ki, sentyabrın 30-da Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən ikinci mərhələ oyununda Varşavanın "Legiya" klubu İngiltərə Premyer-liqasının "Lester" komandasını 0:1 hesabı ilə məğlub edib. Özü də oyundakı yeganə qolu azərbaycanlı futbolçu Mahir Emreli vurub. Beləliklə, 6 bal toplayan "Legiya" hazırda öz qrupunda liderdir.Oyundan sonra Emreli bildirib ki, komanda yoldaşlarından heç biri rəqibdən qorxmayıb."Biz heç birimiz "Lester"dən qorxmurduq, hərçənd öz rəqibimizə hörmətlə yanaşırdıq. Bu çox yaxşı komandadır, ancaq müasir futbolda hər şey ola bilər. Biz bu qələbə üçün dörd il mübarizə apardıq və nəhayət, buradayıq. Hamı həvəslə oynayanda alınır", - deyə Emreli qeyd edib.Vurduğu qola gəlincə, azərbaycanlı futbolçu bildirib ki, o sadəcə, öz işini görüb."Mən uşaqlıqdan bu cür oyunun arzusunda olmuşam. Oyundan əvvəl də dediyim kimi, belə matç hamıya zövq verir. Bu cəmi 90 dəqiqə çəksə də, uzun müddət yaddaşlarda qalır. Mən, sadəcə düşən fürsəti dəyərləndirdim və topu qapıdan keçirdim. Bu hər bir hücumçunun borcudur. Əlbəttə ki, bu qolu vurduğuma görə çox sevincliyəm, amma ən əsası odur ki, komandamız 3 bal qazandı. Bundan sonra hamı futbolda hər şeyin baş verə biləcəyinə inanacaq", – deyə Emreli bildirib.Qeyd edək ki, Mahir Emrelinin komandası Avropa Liqası çərçivəsində növbəti oyununu oktyabrın 21-də İtaliyanın "Napoli" klubuna qarşı, səfərdə keçirəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/01/433721362_168:0:2899:2048_1920x0_80_0_0_d760012da8da128b94e27fdb520bea68.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
futbol
Mahir Emreli: Uşaqlıqdan belə oyunun arzusunda idim
17:46 01.10.2021 (Yenilənib: 18:29 02.10.2021) Azərbaycan yığma komandasının hücumçusu bildirib ki, Avropa Liqasının qrup raundu çərçivəsində İngiltərə klubuna qarşı keçirilən oyun uzun müddət yaddaşında qalacaq.
BAKI, 1 oktyabr — Sputnik. Azərbaycan yığmasının və Varşavanın "Legiya" klubunun hücumçusu
Mahir Emreli uşaqlıqdan Avropa Liqası çərçivəsində İngiltərənin "Lester" komandası ilə qarşılaşmaya bənzər matçda oynamaq arzusunda olub. Bu barədə
Sputnik Azərbaycan Polşa klubunun rəsmi internet saytına istinadən məlumat yayıb.
Qeyd edək ki, sentyabrın 30-da Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən ikinci mərhələ oyununda Varşavanın "Legiya" klubu İngiltərə Premyer-liqasının "Lester" komandasını 0:1 hesabı ilə məğlub edib. Özü də oyundakı yeganə qolu azərbaycanlı futbolçu Mahir Emreli vurub. Beləliklə, 6 bal toplayan "Legiya" hazırda öz qrupunda liderdir.
Oyundan sonra Emreli bildirib ki, komanda yoldaşlarından heç biri rəqibdən qorxmayıb.
"Biz heç birimiz "Lester"dən qorxmurduq, hərçənd öz rəqibimizə hörmətlə yanaşırdıq. Bu çox yaxşı komandadır, ancaq müasir futbolda hər şey ola bilər. Biz bu qələbə üçün dörd il mübarizə apardıq və nəhayət, buradayıq. Hamı həvəslə oynayanda alınır", - deyə Emreli qeyd edib.
Vurduğu qola gəlincə, azərbaycanlı futbolçu bildirib ki, o sadəcə, öz işini görüb.
"Mən uşaqlıqdan bu cür oyunun arzusunda olmuşam. Oyundan əvvəl də dediyim kimi, belə matç hamıya zövq verir. Bu cəmi 90 dəqiqə çəksə də, uzun müddət yaddaşlarda qalır. Mən, sadəcə düşən fürsəti dəyərləndirdim və topu qapıdan keçirdim. Bu hər bir hücumçunun borcudur. Əlbəttə ki, bu qolu vurduğuma görə çox sevincliyəm, amma ən əsası odur ki, komandamız 3 bal qazandı. Bundan sonra hamı futbolda hər şeyin baş verə biləcəyinə inanacaq", – deyə Emreli bildirib.
Qeyd edək ki, Mahir Emrelinin komandası Avropa Liqası çərçivəsində növbəti oyununu oktyabrın 21-də İtaliyanın "Napoli" klubuna qarşı, səfərdə keçirəcək.