Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan səfiri erməni keşişin yalanlarına cavab verdi

© Sputnik / Aleksandr Vilf / Fotobanka keçməkRoma şəhərinə mənzərə
Roma şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Erməni keşişin münaqişənin nəticələrinin sakinlərin çiyinlərində olması fikirlərinə münasibətdə diplomat bildirib ki, 30 ildir ki, münaqişədən əziyyət çəkənlər əslində etnik təmizləmə qurbanı olan 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərdir.
BAKI, 1 oktyabr - Sputnik. İtaliyada dini çevrələrə bağlı olan Riforma.it qəzetində dərc olunmuş Böyük Britaniya və İrlandiyanın erməni kilsəsinin primatı, yepiskop Hovakim Manukyanın Azərbaycana qarşı yalan iddialarına cavab olaraq həmin qəzetdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin məktubu dərc olunub.
Sputnik Azərbaycan-a Azərbaycanın İtaliyadakı səfirliyindən daxil olan məlumatda bildirilir ki, diplomat Azərbaycanda Dağlıq Qarabağ adlanan inzibati ərazi vahidinin olmadığını, ümumilikdə Azərbaycan ərazisinin 20%-ni təşkil edən Qarabağ və Şərqi Zəngəzurun 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi cəhətdən işğal etdiyini diqqətinə çatdırıb.
Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.07.2021
CƏMİYYƏT
Azərbaycanın Qarabağda yaşayan ermənilərə xüsusi status verməməsinin 10 səbəbi
Erməni keşişin münaqişənin nəticələrinin sakinlərin çiyinlərində olması fikirlərinə münasibətdə diplomat bildirib ki, 30 ildir ki, münaqişədən əziyyət çəkənlər əslində etnik təmizləmə qurbanı olan, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində evlərindən didərgin salınmış, hətta yaxınlarının məzarlarını belə ziyarət etməkdən məhrum edilmiş 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünlərdir. Diplomat qeyd edib ki, 30 ilə yaxın ağrı və əzablardan sonra Azərbaycan Ermənistanın məhəl qoymadığı BMT TŞ-nın 4 qətnaməsinin tələb etdiyi kimi öz ərazilərini azad etməyə və ərazi bütövlüyünü bərpa etməyə müvəffəq oldu.
M.Əhmədzadə əlavə edib ki, bu gün azad edilmiş ərazilərimizdə Ermənistanın 30 illik işğal vaxtı bu ərazilərin Azərbaycana məxsusluğunun izlərini sistemli şəkildə silərək misli görünməmiş dağıntılar törətməsinin şahidi oluruq. Bildirilib ki, işğal dövründə Ermənistan bu əraziləri dünyanın ən çox minalanmış bölgələrindən birinə çevirib və ərazilərin azad edilməsinə baxmayaraq, bu gün də minalar mülki azərbaycanlıların həyatına son qoymağa davam edir. Bu xüsusda, diplomat ölkəmizin öz resursları hesabına 1 milyondan çox azərbaycanlı məcburi köçkününün öz evlərinə qayıtması üçün vacib olan həmin ərazilərdə irimiqyaslı minatəmizləmə və yenidənqurma işləri ilə məşğul olduğunu diqqətə çatdırıb.
Üçtərəfli bəyanatdan irəli gələrək bütün erməni müharibə əsirlərinin Azərbaycan tərəfindən sərbəst buraxıldığını xatırladan diplomat bu gün Azərbaycanda saxlanılan ermənilərin üçtərəfli bəyanatın imzalanmasından sonra razılaşmaya zidd olaraq Azərbaycan ərazisinə qanunsuz daxil olduqlarını və mülki azərbaycanlılara qarşı terror aktları törətdiklərini bildirib.
Похороны погибших в Гяндже - Sputnik Azərbaycan, 1920, 27.09.2021
CƏMİYYƏT
Dünya bunu da görsün: Ermənistanın terror taktikasının qurbanları azərbaycanlı uşaqlardır
Həmçinin məktubunda ölkəmizin multikultural bir ölkə olduğunu bildirən diplomat Azərbaycanda bütün dinlərə və etnik qruplara hörmətlə yanaşıldığını, bu yaxınlarda İtaliyanın G20-yə sədrliyi çərçivəsində Bolonyada keçirilmiş “G20 VIII Dinlərarsı Forum”da ölkəmizin müxətlif dini icmaların rəhbərlərindən ibarət geniş nümayəndə heyətinin iştirakının bunun bariz sübutu olduğunu vurğulayıb. Azərbaycanda bütün dinlərə məxsus maddi irsin qorunduğunu, daim bərpa və inkişaf etdirildiyini xatırladan diplomat, paytaxt Bakının mərkəzində yerləşən erməni kilsəsinin bu yaxınlarda bərpa edildiyini və orada erməni dilində 5 minə yaxın kitabın saxlanıldığını deyib.
Мероприятие, посвященное созданию в Азербайджане кинокомиссии Filming Azerbaijan - Sputnik Azərbaycan, 1920, 25.09.2021
CƏMİYYƏT
Nazir: biz istərdik ki, Qarabağdakı abidələrimizin dağıdılması faktları araşdırılsın
Səfir qeyd olunanların fonunda, əksinə, Ermənistanın istər işğala məruz qalmış Azərbaycan torpaqlarında, istərsə də Ermənistan ərazisində Azərbaycan xalqına məxsus bütün tarixi, mədəni və dini irsə qarşı soyqırım törətdiyini vurğulayıb. İşğal vaxtı Ermənistanın həmin ərazilərdə xristian abidələrinə belə mərhəmət göstərmədiyini deyən diplomat, Xocavənd rayonundakı Rus Pravoslav Kilsəsinin dağılmış görkəminin və Qafqaz Albaniyasına məxsus çoxsaylı kilsələrin erməniləşdirilməyə məruz qalmasının Ermənistanın xristian dünyasında özü ilə bağlı uydurduğu imiclə ziddiyyət təşkil etdiyini bildirib.
Məktubunun sonunda müharibənin artıq geridə qaldığını və münaqişənin bitdiyini bildirən diplomat Ermənistanın Azərbaycana qarşı revanşist düşüncələrdən, yalan propaqandadan əl çəkməli olduğunu və bölgədə davamlı sülh və təhlükəsizlik üçün vacib olan yeni reallıqla barışmalı olduğunu vurğulayıb.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала