Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünya bunu da görsün: Ermənistanın terror taktikasının qurbanları azərbaycanlı uşaqlardır

© REUTERS / UMIT BEKTASПохороны погибших в Гяндже
Похороны погибших в Гяндже - Sputnik Azərbaycan, 1920, 27.09.2021
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi beynəlxalq təşkilatları Ermənistan dövləti tərəfindən törədilən qanunsuz əməllərə biganə qalmamağa çağırıb.
BAKI, 27 sentyabr — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 27 sentyabr - Anım Günü ilə bağlı müraciət ünvanlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə əsrlərdir ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən amansızlıqlardan bəhs edilib, bildirilib ki, Ermənistanın Azərbaycana təcavüzü, ərazi iddiaları, əhalisinə qarşı soyqırımı və hərbi cinayətlərinin tarixi yüz illərə söykənir:
"Son 30 ilə yaxın müddət ərzində davam edən hərbi təcavüz nəticəsində 23.000-dən çox azərbaycanlı həyatını itirib, 50.000 nəfər yaralanıb və ya əlil olub, 4.000-ə yaxın Azərbaycan vətəndaşı isə hələ də itkin düşmüş hesab edilir. Bütün işğal olunan ərazilərdə 700.000-dən çox azərbaycanlı etnik təmizləməyə məruz qalıb. İndiki Ermənistan adlanan ərazidə bir zamanlar əksəriyyət təşkil edən azərbaycanlı əhalinin axırıncı 250.000 nəfəri 1980-ci illərin sonunda öz əzəli torpaqlarından qovulub".
Bundan başqa, müraciətdə I və II Qarabağ müharibəsində dinc əhaliyə qarşı törədilən qətliamlar haqda da ümumi məlumat verilib: "I Qarabağ müharibəsi zamanı 210 uşaq öldürülüb, 270 uşaq sağlamlığını itirib, 92 uşaq girov götürülüb. Həmçinin 3393 uşaq valideynlərindən birini, 120 uşaq isə hər ikisini itirib. Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladığı müddət ərzində Azərbaycan dünyada ən çox qaçqını və məcburi köçkünü olan ölkələrdən biri olub".
27 sentyabr 2020-ci il tarixində erməni silahlı birləşmələri tərəfindən növbəti dəfə Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələrinin intensiv atəşə tutulması nəticəsində, Azərbaycan Ordusunun komandanlığı tərəfindən Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə əks-hücum əməliyyatının başlanılması ilə bağlı qərar verilib: "44 gün ərzində davam edən Vətən müharibəsində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatları, işğalçı rejimin döyüş bölgələrindən uzaq məsafədə yerləşən şəhər və qəsəbələrimizdə yaşayan dinc əhaliyə qarşı tətbiq etdiyi hərbi cinayətlər nəticəsində 12 uşaq amansızcasına qətlə yetirilib, 35 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 181 uşaq valideynlərindən birini, 5 uşaq hər iki valideynini itirib, bir ailə isə tamamilə məhv edilib".
Müraciətdə qeyd olunur ki, bununla yanaşı, əhalini dəhşətə salmaq üçün ümumilikdə terror taktikasından geniş istifadə edən Ermənistan dövlətinin Azərbaycanın münaqişə zonasından kənar yerləşən ərazilərini ağır atəşə tutması nəticəsində 33 qadın həlak olub, 74-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb: "Ermənistanın Azərbaycanın mülki əhalisini məqsədli şəkildə hədəf seçməsi, terror əməllərinin qurbanı olan əhali arasında qadın və uşaqların yer alması ermənilər tərəfindən tarixən törədilən qətliamların növbəti təzahürüdür.
Xüsusilə qeyd etməliyik ki, 10 oktyabr 2020-ci il tarixində, saat 12:00-dan etibarən tərəflər arasında humanitar məqsədləri əks etdirən atəşkəs rejiminin elan olunmasına baxmayaraq 11 oktyabr gecə saat 02 radələrində təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə zonasından kənarda yerləşən, əhalinin sıx məskunlaşdığı Gəncə şəhərinin mərkəzi hissəsində ağır artilleriya qurğuları və raketlərdən atəşə tutulub. Lakin düşmən tərəf bununla kifayətlənməyib və 17 oktyabr 2020-ci il tarixində, gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni növbəti dəfə ballistik raket atəşinə tutub və hər iki halda xeyli sayda insan tələfatına səbəb olub".
Bildirilib ki, 28 oktyabr 2020-ci il, saat 13 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən humanitar atəşkəs rejimi yenidən kobud şəkildə pozulub və Bərdə rayonunun mərkəzi, dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi ərazilər “Smerç” yaylım atəşli reaktiv sistemindən hücuma məruz qalıb: "Əhali arasında yüzlərlə insan yaralanıb, xeyli sayda insan amansızcasına qətlə yetirilib. Bununla yanaşı, düşmən tərəf törətdiyi əməllərlə kifayətlənməyərək davamlı olaraq ballistik raket və ağır artilleriya ilə Mingəçevir, Tərtər, Ağdam, Şəmkir, Naftalan, Ağcabədi, Xızı, Füzuli, Cəbrayıl, Beyləqan və digər yaşayış məntəqələrində də öz müharibə cinayətlərini həyata keçirmək məqsədilə davamlı həmlələr edib".
Müraciətdə qeyd olunub ki, mərmi və raket partlayışları, artilleriya atəşləri, xüsusən də bu hadisələrin məxsusi olaraq gecə saatlarında baş verməsi daha çox insan tələfatına səbəb olmaqla yanaşı dinc əhalidə, ələlxüsus da uşaqlarda psixoloji gərginliklərin, bir ömür boyu davam edəcək narahatlıqların yaşanması ilə nəticələnib:
"Azərbaycan torpaqlarına qarşı hərbi təcavüz zamanı Ermənistan tərəfindən azərbaycanlı məcburi köçkünlərin öz evlərinə, torpaqlarına geri dönməsinin qarşısını almaq üçün “məqsədyönlü” tədbirlər həyata keçirilib. Bu müddət ərzində Ermənistanın işğalına məruz qalan ərazilərdə 900-dən çox yaşayış məntəqəsi, 150 000 ev, 1100 təhsil ocağı və 520 səhiyyə müəssisəsi qarət, talan edilib və ərazilərə külli miqdarda minalar basdırılıb".
Bundan əlavə, qeyd olunub ki, insan tələfatını artırmaq məqsədilə minalar təkcə döyüş meydanlarına deyil, eyni zamanda əkin sahələri, məzarlıqlar, həyətyanı sahələr, ictimai və iqtisadi obyektlərə yerləşdirilib: "Nəticədə, bu gün Azərbaycan dünyada ərazilərinin mina, tərkibində partlayıcı olan digər qurğularla ən çox çirkləndirilmiş ölkələrdən biri hesab olunur. Təbii ki, bu da özlüyündə işğaldan azad edilən ərazilərdə Azərbaycan Hökuməti tərəfindən aparılan bərpa və yenidənqurma işlərinə ciddi maneələr yaratmaqla yanaşı, yüz minlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz şəkildə qayıtması kimi ayrılmaz hüququnun reallaşdırılmasına mütləq şəkildə öz mənfi təsirini göstərir".
"Eyni zamanda, müharibə zamanı Ermənistan dövlətinin işğalçı siyasi əməlləri bununla bitmirdi. Belə ki, döyüş bölgəsində ordusunun məğlubiyyətə məruz qaldığını görən Ermənistan rəhbərliyi ratifikasiya etdiyi “Uşaq hüquqları haqqında Konvensiya”ya, Uşaqların silahlı münaqişələrdə iştirakı ilə əlaqədar Fakültativ Protokoluna məhəl qoymadan 15 yaşına çatmayan uşaqları hərbi əməliyyatlara cəlb edib, əsgər qismində istifadə olunmalarına razılıq verib", - deyə müraciətdə bildirilib.
Komitə bütün bunları nəzərə alaraq beynəlxalq təşkilatlara müraciət edib: "Yuxarıda göstərilən məqamları, həmçinin beynəlxalq hüquqa uyğun olaraq müdafiə olunan obyektlərə, o cümlədən məktəb və xəstəxanalar kimi adətən çoxlu sayda uşaqlar olan yerlərə bilavasitə hücum hallarını, eləcə də 15 yaş həddinə çatmamış uşaqların hərbi xidmətə çağırılması və ya səfərbər edilməsi, onların münaqişələr çərçivəsindəki hərbi əməliyyatlarda aktiv şəkildə istifadə olunması ilə əlaqədar hərəkətlərin hərbi cinayət qismində təsnif olunduğunu qeyd edərək, bütün beynəlxalq təşkilatları Ermənistan dövləti tərəfindən törədilən qanunsuz əməllərə biganə qalmamağa, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan hərəkətlərinə lazımi hüquqi qiymət verməyə, uşaqların sülh və əmin-amanlıq şəraitində inkişafı və yaşamasının təmin edilməsinə dəstək verməyə çağırırıq".
Xatırladaq ki, bu gün Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzünün qarşısını almaq və işğal altında olan torpaqların azad edilməsi məqsədilə Vətən müharibəsinin başlanmasının 1 ili tamam olur.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda 44 gün davam edən mübarizə Zəfərlə başa çatdıqdan sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən haqq və şərəf işimiz uğrunda qəhrəmancasına həlak olan əsgər və zabitlərimiz, erməni təxribatları zamanı hədəf alınan mülki vətəndaşlarımızın xatirəsinə böyük ehtiram əlaməti olaraq 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd edilir.
Eləcə də oxuyun:
Bu gün Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 1 il ötür
Ombudsman bir daha dünyaya iki yaşlı Zəhranın qətlini xatırladıb
Şəhidlərimizin xatirəsi dini məbədlərdə yad edilir
Ermənistanı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq - Azərbaycan XİN
İlham Əliyev: "Heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik"
"Onlar ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər" - Mehriban Əliyeva
Ali Baş Komandan: "Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq"
Prezident Vətən Müharibəsi barədə: "Bu, əbədi dərsdir, bunu heç kim yaddan çıxarmasın!"
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала