https://sputnik.az/20210929/putin-erdoghan-gorushunden-gozlentiler-433606814.html
Gözlər və qulaqlar Soçidə: Putinlə Ərdoğan nələri müzakirə edəcəklər
Gözlər və qulaqlar Soçidə: Putinlə Ərdoğan nələri müzakirə edəcəklər
Sputnik Azərbaycan
Rusiya və Türkiyənin dövlət başçıları uzun sürən fasilədən sonra bu gün yenidən Soçidə təkbətək görüş keçirəcəklər. 29.09.2021, Sputnik Azərbaycan
2021-09-29T09:00+0400
2021-09-29T09:00+0400
2021-09-29T09:00+0400
ərdoğan
putin
siyasət
görüş
soçi
https://cdnn1.img.sputnik.az/img/41996/85/419968507_0:0:2893:1628_1920x0_80_0_0_671ba1eb9d117e836090cf36e05a4a93.jpg
BAKI, 29 sentyabr — Sputnik. Türkiyə-Rusiya münasibətləri son illərdə dünyanın müxtəlif nöqtələrində regional problemlərin həllində mühüm rol oynadı. Tərəflər arasında Dağlıq Qarabağ, Suriya və Liviya mövzuları ətrafında diplomatik danışıqlar həyata keçirildi. Sputnik Azərbaycan xəbər verir ki, Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan uzun sürən fasilədən sonra bu gün yenidən Soçidə təkbətək görüş keçirəcəklər.Ümumi götürdükdə də Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan son illərdə ən çox görüşlər keçirən dünya liderlərindəndirlər.Onlar ən son 2020-ci il 5 mart tarixində Moskvada görüşüblər. Koronavirus pandemiyası səbəbindən yaranmış vəziyyətə görə sonrakı danışıqlar ya telefonla, ya da videokonfrans rejimində keçirilib. Həm ikitərəfli münasibətlər, həm də regional məsələlər – Qarabağ, Suriya və Liviyadakı durum - baxımından bugünkü görüşə diqqət olduqca böyükdür.Ən önəmli gündəm İdlibRəsmi Ankara və Moskva 2017-ci ildən etibarən ikitərəfli münasibətlərdə Suriyanın İdlib vilayətindəki duruma xüsusi diqqət ayırmağa başlayıb. Tərəflər İdlib vilayətində yaşanan humanitar fəlakətin qarşısının alınması, bölgədə terror təşkilatlarının məhv edilməsinə dair müzakirələr aparır. 17 sentyabr 2018-ci ildə Soçidə Türkiyə və Rusiya liderləri İdlibə dair önəmli razılaşma imzalayıblar və bununla da bölgədə sabitliyə nail olunub. Lakin son günlər bölgədə yenidən gərginlik qeydə alınmağa başlanılıb. Ümumiyyətlə, İdlib məsələsi Türkiyə-Rusiya münasibətlərində ən önəmli mövzu vəziyyətinə gəlib. Bu məsələ bu gün baş tutacaq görüşdə də müzakirə mövzusu olacaq.Kritik mövzulardan biri LiviyadırLiviya məsələsi də iki ölkə arasında aktiv şəkildə müzakirə olunan məsələlərdəndir. Putin və Ərdoğan 19 yanvar 2019-cu ildə Almaniya paytaxtı Berlində Liviya mövzusunu detallı şəkildə müzakirə etmişdilər. Hər iki tərəfin səyləri nəticə verdi. Liviyada üsyankar general Xəlifə Həftar BMT-nin vasitəçiliyi ilə qurulan keçid hökumətini tanımağa məcbur oldu.Qarabağa dair müzakirələrTürkiyə və Rusiya liderlərinin son bir ildə ən çox müzakirə etdiyi mövzulardan biri də Qarabağdır. Azərbaycanın erməni işğalından azad etdiyi ərazidə tərəflərin təşəbbüsü ilə Türkiyə-Rusiya Monitorinq Mərkəzi quruldu. Heç şübhəsiz, Qarabağda müharibənin ilk ildönümü günlərində baş tutacaq növbəti Ərdoğan-Putin görüşündə də bu regiondakı duruma dair fikir mübadiləsi aparılacaq.Ankara və Moskvanın "S-400"ə dair əməkdaşlığıİkitərəfli münasibətlərdə ən önəmli mövzulardan biri də "S-400" hava hücumundan müdafiə sistemlərinin alınması oldu. ABŞ və NATO-nun bütün təzyiqlərinə baxmayaraq Ankara öz ehtiyaclarını qarşılamaq məqsədilə Moskvadan bu sistemləri aldı. Hazırda isə tərəflərin "S-400"-lərin ikinci partiyasının tədarükünə dair məlumatlar yayılır.İqtisadi məsələlərTərəflərin münasibətlərdə xüsusi diqqət yetirəcəyi mövzulardan biri də iqtisadi məsələlər olacaq. Türkiyə Prezidenti səfər öncəsi qeyd etmişdi ki, iki ölkə arasında ticarətin həcmi müsbətdir və iqtisadi sahədə qeydə alınan göstəricilər daima inkişaf edir, artır.
https://sputnik.az/20210928/azerbaycanin-xususi-rolu-ne-uchun-baki-shimal-cenub-layihesi-ucun-vacibdir-433620651.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41996/85/419968507_7:0:2736:2047_1920x0_80_0_0_4a76680ae3147eb33ce6588aff31624e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ərdoğan, putin, görüş, soçi
ərdoğan, putin, görüş, soçi
Gözlər və qulaqlar Soçidə: Putinlə Ərdoğan nələri müzakirə edəcəklər
Rusiya və Türkiyənin dövlət başçıları uzun sürən fasilədən sonra bu gün yenidən Soçidə təkbətək görüş keçirəcəklər.
BAKI, 29 sentyabr — Sputnik. Türkiyə-Rusiya münasibətləri son illərdə dünyanın müxtəlif nöqtələrində regional problemlərin həllində mühüm rol oynadı. Tərəflər arasında Dağlıq Qarabağ, Suriya və Liviya mövzuları ətrafında diplomatik danışıqlar həyata keçirildi.
Sputnik Azərbaycan xəbər verir ki, Rusiya və Türkiyə liderləri
Vladimir Putin və
Rəcəb Tayyib Ərdoğan uzun sürən fasilədən sonra bu gün yenidən Soçidə təkbətək görüş keçirəcəklər.
Ümumi götürdükdə də Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan son illərdə ən çox görüşlər keçirən dünya liderlərindəndirlər.
Onlar ən son 2020-ci il 5 mart tarixində Moskvada görüşüblər. Koronavirus pandemiyası səbəbindən yaranmış vəziyyətə görə sonrakı danışıqlar ya telefonla, ya da videokonfrans rejimində keçirilib. Həm ikitərəfli münasibətlər, həm də regional məsələlər – Qarabağ, Suriya və Liviyadakı durum - baxımından bugünkü görüşə diqqət olduqca böyükdür.
Rəsmi Ankara və Moskva 2017-ci ildən etibarən ikitərəfli münasibətlərdə Suriyanın İdlib vilayətindəki duruma xüsusi diqqət ayırmağa başlayıb. Tərəflər İdlib vilayətində yaşanan humanitar fəlakətin qarşısının alınması, bölgədə terror təşkilatlarının məhv edilməsinə dair müzakirələr aparır. 17 sentyabr 2018-ci ildə Soçidə Türkiyə və Rusiya liderləri İdlibə dair önəmli razılaşma imzalayıblar və bununla da bölgədə sabitliyə nail olunub. Lakin son günlər bölgədə yenidən gərginlik qeydə alınmağa başlanılıb. Ümumiyyətlə, İdlib məsələsi Türkiyə-Rusiya münasibətlərində ən önəmli mövzu vəziyyətinə gəlib. Bu məsələ bu gün baş tutacaq görüşdə də müzakirə mövzusu olacaq.
Kritik mövzulardan biri Liviyadır
Liviya məsələsi də iki ölkə arasında aktiv şəkildə müzakirə olunan məsələlərdəndir. Putin və Ərdoğan 19 yanvar 2019-cu ildə Almaniya paytaxtı Berlində Liviya mövzusunu detallı şəkildə müzakirə etmişdilər. Hər iki tərəfin səyləri nəticə verdi. Liviyada üsyankar general Xəlifə Həftar BMT-nin vasitəçiliyi ilə qurulan keçid hökumətini tanımağa məcbur oldu.
Qarabağa dair müzakirələr
Türkiyə və Rusiya liderlərinin son bir ildə ən çox müzakirə etdiyi mövzulardan biri də Qarabağdır. Azərbaycanın erməni işğalından azad etdiyi ərazidə tərəflərin təşəbbüsü ilə Türkiyə-Rusiya Monitorinq Mərkəzi quruldu. Heç şübhəsiz, Qarabağda müharibənin ilk ildönümü günlərində baş tutacaq növbəti Ərdoğan-Putin görüşündə də bu regiondakı duruma dair fikir mübadiləsi aparılacaq.
Ankara və Moskvanın "S-400"ə dair əməkdaşlığı
İkitərəfli münasibətlərdə ən önəmli mövzulardan biri də "S-400" hava hücumundan müdafiə sistemlərinin alınması oldu. ABŞ və NATO-nun bütün təzyiqlərinə baxmayaraq Ankara öz ehtiyaclarını qarşılamaq məqsədilə Moskvadan bu sistemləri aldı. Hazırda isə tərəflərin "S-400"-lərin ikinci partiyasının tədarükünə dair məlumatlar yayılır.
Tərəflərin münasibətlərdə xüsusi diqqət yetirəcəyi mövzulardan biri də iqtisadi məsələlər olacaq. Türkiyə Prezidenti səfər öncəsi qeyd etmişdi ki, iki ölkə arasında ticarətin həcmi müsbətdir və iqtisadi sahədə qeydə alınan göstəricilər daima inkişaf edir, artır.