https://sputnik.az/20210928/azerbaycanin-xususi-rolu-ne-uchun-baki-shimal-cenub-layihesi-ucun-vacibdir-433620651.html
Azərbaycanın xüsusi rolu: Nə üçün Bakı “Şimal-Cənub” layihəsi üçün vacibdir?
Azərbaycanın xüsusi rolu: Nə üçün Bakı “Şimal-Cənub” layihəsi üçün vacibdir?
Sputnik Azərbaycan
Ekspertlər hesab edirlər ki, Azərbaycan nəinki regionda nəqliyyat kompleksini təkmilləşdirmək istəyir, eləcə də Rusiya və İranla beynəlxalq komplekslərin... 28.09.2021, Sputnik Azərbaycan
2021-09-28T21:57+0400
2021-09-28T21:57+0400
2021-10-06T15:14+0400
iqtisadiyyat
rusiya
forum
iran
şimal-cənub tranzit dəhlizi
dəmiryolu
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427887792_0:0:3073:1728_1920x0_80_0_0_893388871c72fcad930c81e76f1c9e2e.jpg
BAKI, 28 sentyabr – Sputnik. Xəzərin tranzit potensialını möhkəmləndirmək üçün Azərbaycan Rusiya və İranla əməkdaşlığı inkişaf etdirməlidir. Sentyabrın 28-də Moskvada baş tutmuş “Azərbaycan, Rusiya və İranın Xəzərdə əməkdaşlığı” mövzusunda keçirilən beynəlxalq dəyirmi masanın üç ölkədən olan iştirakçıları belə bir nəticəyə gəliblər.Azərbaycanı İran şəhərləri ilə birləşdirən dəmiryolunun tikintisi necə gedir, Rusiya və İranla üçtərəfli formatda əməkdaşlıq Bakıya sərf edirmi – bu sualların cavabı Sputnik-in materialında.“Şimal-Cənub” nə üçün vacibdir?“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi 2000-ci ildə Sankt-Peterburqdan Hindistanın Mumbai limanınadək olan yolu iki dəfə qısaltmaq, eləcə də Hindistan, İran və Körfəzin digər ölkələrindən tranzit yük axınını Xəzər dənizi vasitəsilə Rusiya ərazisinə cəlb etmək məqsədilə yaradılıb. Layihənin təşəbbüskarları Rusiya, İran və Hindistan idi, onlar dəhlizin yaradılması barədə hökumətlərarası saziş imzaladılar.Azərbaycan razılaşmaya 2005-ci ildə qoşuldu. Layihənin gerçəkləşdirilməsi bu gün də davam etdirilir və tərəflərdən hansısa birinin onu tərk etmək niyyəti yoxdur. Bu barədə forumda İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib. Onun sözlərinə görə, Tehran “Şimal-Cənub” dəhlizinə “sadiqdir” – hal-hazırda İran layihə çərçivəsində onu Azərbaycanla birləşdirəcək “Rəşt-Astara” dəmiryolunun tikintisini yekunlaşdırmaqdadır.“Biz marşrut üzrə sınaq daşınmanı həyata keçirmişik”, - Cəlali deyib.İran səfiri vurğulayıb ki, ölkəsinin rəhbərliyi Azərbaycan və Rusiya ilə dəmiryolu əlaqəsini daha da inkişaf etdirməyə hazırdır. Politoloq, “Cənubi Qafqaz” siyasi klubunun rəhbəri İlqar Vəlizadə əlavə edib ki, bu istiqamətdə atılacaq addımlardan biri Azərbaycan və İranın dövlət sərhədinin keçdiyi Astaraçay üzərindən avtomobil körpüsünün tikilməsi barədə razılaşmadır.Vəlizadə qeyd edib ki, 2020-ci ildə Azərbaycan avtomobil yollarının vəziyyətinə görə Beynəlxalq İqtisadi Forumun reytinqində 141 iştirakçı arasında 24-cü yeri tutmaqla MDB-də ən yaxşı ölkə olub.“Həmin hesabatın 2019-cu il üzrə nəticələrinə görə, Azərbaycan dəmiryolu daşınmalarının effektivliyinə görə 11-ci, avtonəqliyyat xidmətlərinin göstərilməsinə görə 12-ci, dəniz daşımaları üzrə 25-ci, yol infrastrukturunun keyfiyyətinə görə 25-ci yeri tuturdu”, - Vəlizadə bildirib. O qeyd edib ki, “Şimal-Cənub” dəhlizinin inkişaf etdirilməsi bu göstəricilərin getdikcə daha da yaxşılaşdırılmasına rəvac verəcək.Azərbaycan hamıya sərf edirAzərbaycanın nəqliyyat potensialı həmçinin İkinci Qarabağ müharibəsinin başa çatması sayəsində də artır.“Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə bağlayan “Zəngəzur dəhlizi” Rusiyaya da nəinki Azərbaycanla, eləcə də Ermənistan, Türkiyə və İranla fasiləsiz dəmiryolu əlaqəsi qurmağa imkan yaradacaq, - İ.Vəlizadə bildirir. – Nəzərə alsaq ki, Ermənistanın dəmiryollarını uzun müddətdir ki, Rusiyalı mütəxəssislər idarə edirlər, o zaman Rusiyanın maraqlarını təmin edəcəyi aşkar təxmin edilir”.Azərbaycan, Ermənistan vəı Rusiya rəhbərlərinin imzaladıqları üçtərəfli razılaşmanın nəticəsi olaraq yaradılacaq Zəngəzur dəhlizinin faydalı olacağını Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev də təsdiqləyir.“Ondan hamı qazanacaq: Azərbaycanla Naxçıvan eksklavı arasında sovet vaxtı mövcud olan dəmiryolu bərpa ediləcək. Faktiki olaraq Ermənistan və Rusiya dəmiryolu əldə edəcəklər – hazırda bu iki ölkə arasında dəmiryolu mövcud deyil, heç avtomobil yolu da yoxdur. Biz münaqişə gündəmini keçmişdə qoyacağımıza ümid edirik”, - Şəfiyev vurğulayıb.O qeyd edir ki, eyni zamanda İran mediasının yaydığı Zəngəzur haqda stereotiplərlə mübarizə aparmaq lazımdır.“Yazırlar ki, dəhliz Böyük Turan nəzəriyyəsi çərçivəsində Orta Asiyaya çatmaq üçün Türkiyə üçün bir vasitə olacaq, - siyasətçi deyir. – Ancaq bir xəritəyə baxsınlar: Türkiyənin “Bakı-Tbilisi-Qars” yolu ilə oraya çıxışı var artıq. Münasibətlərin üçtərəfli formatından İran ancaq qazanc əldə edəcək: 2017-ci ildən 2020-ci ilədək üç ölkə arasında yük dövriyyəsi 27% artıb”.Bakı azad edilmiş ərazilərdə nəqliyyat habı yarada bilər, REA MBİBƏ-nin baş elmi işçisi Stanislav Pritçin deyir.“Həmin ərazilərdən uzun zaman istifadə olunmayıb, indi orada müasir infrastruktur tətbiq olunur, oraya insanlar qayıdacaqlar. İran və Rusiya şirkətləri üçün bu, yeni iqtisadi layihələri gerçəkləşdirmək imkanıdır”, - ekspert hesab edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/09/427887792_0:0:2731:2048_1920x0_80_0_0_6fc89bb57d2671d916d781f9659ca9ae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
forum, iran, şimal-cənub tranzit dəhlizi, dəmiryolu, azərbaycan
forum, iran, şimal-cənub tranzit dəhlizi, dəmiryolu, azərbaycan
Azərbaycanın xüsusi rolu: Nə üçün Bakı “Şimal-Cənub” layihəsi üçün vacibdir?
21:57 28.09.2021 (Yenilənib: 15:14 06.10.2021) Ekspertlər hesab edirlər ki, Azərbaycan nəinki regionda nəqliyyat kompleksini təkmilləşdirmək istəyir, eləcə də Rusiya və İranla beynəlxalq komplekslərin inkişaf etdirilməsində lider mövqe tutmaq niyyətindədir.
BAKI, 28 sentyabr – Sputnik. Xəzərin tranzit potensialını möhkəmləndirmək üçün Azərbaycan Rusiya və İranla əməkdaşlığı inkişaf etdirməlidir. Sentyabrın 28-də Moskvada baş tutmuş “Azərbaycan, Rusiya və İranın Xəzərdə əməkdaşlığı” mövzusunda keçirilən beynəlxalq dəyirmi masanın üç ölkədən olan iştirakçıları belə bir nəticəyə gəliblər.
Azərbaycanı İran şəhərləri ilə birləşdirən dəmiryolunun tikintisi necə gedir, Rusiya və İranla üçtərəfli formatda əməkdaşlıq Bakıya sərf edirmi – bu sualların cavabı
Sputnik-in materialında.
“Şimal-Cənub” nə üçün vacibdir?
“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi 2000-ci ildə Sankt-Peterburqdan Hindistanın Mumbai limanınadək olan yolu iki dəfə qısaltmaq, eləcə də Hindistan, İran və Körfəzin digər ölkələrindən tranzit yük axınını Xəzər dənizi vasitəsilə Rusiya ərazisinə cəlb etmək məqsədilə yaradılıb. Layihənin təşəbbüskarları Rusiya, İran və Hindistan idi, onlar dəhlizin yaradılması barədə hökumətlərarası saziş imzaladılar.
Azərbaycan razılaşmaya 2005-ci ildə qoşuldu. Layihənin gerçəkləşdirilməsi bu gün də davam etdirilir və tərəflərdən hansısa birinin onu tərk etmək niyyəti yoxdur. Bu barədə forumda İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib. Onun sözlərinə görə, Tehran “Şimal-Cənub” dəhlizinə “sadiqdir” – hal-hazırda İran layihə çərçivəsində onu Azərbaycanla birləşdirəcək “Rəşt-Astara” dəmiryolunun tikintisini yekunlaşdırmaqdadır.
“Biz marşrut üzrə sınaq daşınmanı həyata keçirmişik”, - Cəlali deyib.
İran səfiri vurğulayıb ki, ölkəsinin rəhbərliyi Azərbaycan və Rusiya ilə dəmiryolu əlaqəsini daha da inkişaf etdirməyə hazırdır.
Politoloq, “Cənubi Qafqaz” siyasi klubunun rəhbəri İlqar Vəlizadə əlavə edib ki, bu istiqamətdə atılacaq addımlardan biri Azərbaycan və İranın dövlət sərhədinin keçdiyi Astaraçay üzərindən avtomobil körpüsünün tikilməsi barədə razılaşmadır.
“Razılaşma 2021-ci ilin əvvəlində imzalanıb, - o bildirib. – Gördüyümüz kimi, Azərbaycan regionda nəqliyyat kompleksinin inkişafında aktiv iştirak edir, müxtəlif təyinatlı yüklərin Azərbaycan ərazisindən daşınması getdikcə daha rahat və sərfəli olur. Bunun üçün əlçatan vasitələr – nəqliyyatın dəmiryolu, avtomobil yolu, aviasiya, su-dəniz, boru kəmərləri kimi növləridir və ən vacib məqam – onların, demək olar ki, hamısı modernləşdirilib”.
İlqar Vəlizadə
Politoloq, “Cənubi Qafqaz” siyasi klubunun rəhbəri
Vəlizadə qeyd edib ki, 2020-ci ildə Azərbaycan avtomobil yollarının vəziyyətinə görə Beynəlxalq İqtisadi Forumun reytinqində 141 iştirakçı arasında 24-cü yeri tutmaqla MDB-də ən yaxşı ölkə olub.
“Həmin hesabatın 2019-cu il üzrə nəticələrinə görə, Azərbaycan dəmiryolu daşınmalarının effektivliyinə görə 11-ci, avtonəqliyyat xidmətlərinin göstərilməsinə görə 12-ci, dəniz daşımaları üzrə 25-ci, yol infrastrukturunun keyfiyyətinə görə 25-ci yeri tuturdu”, - Vəlizadə bildirib. O qeyd edib ki, “Şimal-Cənub” dəhlizinin inkişaf etdirilməsi bu göstəricilərin getdikcə daha da yaxşılaşdırılmasına rəvac verəcək.
Azərbaycan hamıya sərf edir
Azərbaycanın nəqliyyat potensialı həmçinin İkinci Qarabağ müharibəsinin başa çatması sayəsində də artır.
“Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə bağlayan “Zəngəzur dəhlizi” Rusiyaya da nəinki Azərbaycanla, eləcə də Ermənistan, Türkiyə və İranla fasiləsiz dəmiryolu əlaqəsi qurmağa imkan yaradacaq, - İ.Vəlizadə bildirir. – Nəzərə alsaq ki, Ermənistanın dəmiryollarını uzun müddətdir ki, Rusiyalı mütəxəssislər idarə edirlər, o zaman Rusiyanın maraqlarını təmin edəcəyi aşkar təxmin edilir”.
Azərbaycan, Ermənistan vəı Rusiya rəhbərlərinin imzaladıqları üçtərəfli razılaşmanın nəticəsi olaraq yaradılacaq Zəngəzur dəhlizinin faydalı olacağını Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev də təsdiqləyir.
“Ondan hamı qazanacaq: Azərbaycanla Naxçıvan eksklavı arasında sovet vaxtı mövcud olan dəmiryolu bərpa ediləcək. Faktiki olaraq Ermənistan və Rusiya dəmiryolu əldə edəcəklər – hazırda bu iki ölkə arasında dəmiryolu mövcud deyil, heç avtomobil yolu da yoxdur. Biz münaqişə gündəmini keçmişdə qoyacağımıza ümid edirik”, - Şəfiyev vurğulayıb.
O qeyd edir ki, eyni zamanda İran mediasının yaydığı Zəngəzur haqda stereotiplərlə mübarizə aparmaq lazımdır.
“Yazırlar ki, dəhliz Böyük Turan nəzəriyyəsi çərçivəsində Orta Asiyaya çatmaq üçün Türkiyə üçün bir vasitə olacaq, - siyasətçi deyir. – Ancaq bir xəritəyə baxsınlar: Türkiyənin “Bakı-Tbilisi-Qars” yolu ilə oraya çıxışı var artıq. Münasibətlərin üçtərəfli formatından İran ancaq qazanc əldə edəcək: 2017-ci ildən 2020-ci ilədək üç ölkə arasında yük dövriyyəsi 27% artıb”.
Bakı azad edilmiş ərazilərdə nəqliyyat habı yarada bilər, REA MBİBƏ-nin baş elmi işçisi Stanislav Pritçin deyir.
“Həmin ərazilərdən uzun zaman istifadə olunmayıb, indi orada müasir infrastruktur tətbiq olunur, oraya insanlar qayıdacaqlar. İran və Rusiya şirkətləri üçün bu, yeni iqtisadi layihələri gerçəkləşdirmək imkanıdır”, - ekspert hesab edir.