Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İran Azərbaycanla quru sərhədlərini açır - bu, iqtisadi baxımdan nə verəcək?

© State Border Service of Azerbaijan RepublicКрасный мост
Красный мост - Sputnik Azərbaycan, 1920, 29.09.2021
Abunə olmaq
Ekspert İranın Azərbaycanla quru sərhədlərini açmasının iqtisadi tərəflərini şərh edib. Sərhədlərin açılması yerli istehsala təsir edəcəkmi?
BAKI, 29 sentyabr — Sputnik. İran oktyabr ayının 23-dən Azərbaycan, Türkiyə, Naxçıvan Muxtar Respublikası, İraq, Əfqanıstan, Ermənistan və Pakistanla quru sərhədlərini açacaq. Quru sərhədlərindən sərnişin avtobusları və şəxsi avtomobillərlə də gediş-gəlişə icazə veriləcək. İranın mədəni irs, əl işləri və turizm naziri İzzətullah Zərğaminin sözlərinə görə, İran Prezidenti Seyid İbrahim Rəisi Nazirlər Kabinetinin iclasında ölkəyə səfər etmək üçün vizaların verilməsi və quru sərhədlərindən turistlərin gediş–gəlişi üçün lazımi infrastrukturun hazırlanmasına göstəriş verib.
İranın Azərbaycanla quru sərhədlərini açması ilə bağlı iqtisadçı Emin Qəribli Sputnik Azərbaycan-a deyib ki, ölkələrarası mübadilə nə qədər artarsa, bir o qədər ölkə üçün yaxşıdır, məşğulluq artar. İşğaldan azad edilən ərazilərimizdə inşaat işlərinin aparıldığı bir zamanda bu, müsbət haldır. Digər tərəfdən, qeyri-neft istehsalımız artır. Sərhədlərin açılması yaxşıdır, ölkələrarası mübadilə artacaq.
"Bundan öncə səhiyyə ilə bağlı İrana gedirdilər. Lakin düşünürəm ki, bundan sonra İrana müalicəyə gedənlərin sayı azalar. Bu, müəyyən həcmdə xarici valyutanın axınına şərait yaradırdı. Fikrimcə, bu hallar daha olmayacaq. Çünki pandemiya dövründə İran səhiyyəsi fiaskoya uğradı. Pandemiyanın ilk günlərində İranda koronavirusdan ölənlərin sayı kritik həddə çatdı. İran səhiyyəsi bu vəziyyətə hazır deyildi", - deyə o qeyd edib.
Onun sözlərinə görə, amma İranın Azərbaycanla quru sərhədlərini açması bölgə iqtisadiyyatı, o cümlədən Azərbaycan iqtisadiyyatı üçün yaxşı haldır. Gələcəkdə Zəngəzur dəhlizinin açılması da böyük perspektivlər vəd edir.
“Sərhədlərin açılması yerli istehsala təsir edəcəkmi?” sualına iqtisadçı belə cavab verib: "Pandemiya dövründə bizim daxili istehsalımız artıb. Məsələn, tikinti sənayesinə aid xammal artıq yaranıb. Sərhədlərin açılması rəqabəti artıracaq. Əgər sərhədlərin açılması hansısa sahəyə mənfi təsir edəcəksə, dövlət bunun üçün tədbirlər görməlidir. İranda dövlət bir çox sahələrə müdaxilə edir. Məsələn, İranda yanacaq sahəsinə dövlətin müdaxiləsi var və orada istehsal olunan bu məhsulların maya dəyəri aşağıdır. Əgər bunun bizim daxili bazara təsiri varsa, belə vəziyyəti aradan qaldırmaq üçün tədbirlər görülməlidir".
Yük konteynerləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.09.2021
İQTİSADİYYAT
Azərbaycanın xüsusi rolu: Nə üçün Bakı “Şimal-Cənub” layihəsi üçün vacibdir?
Qeyd edək ki, İranın mədəni irs, əl işləri və turizm naziri İzzətullah Zərğami bildirib ki, artıq aidiyyəti qurumlara, o cümlədən sərhəd-buraxılış məntəqələrinə bununla bağlı göstəriş verilib. Sərhədlərdən giriş-çıxış üçün hava nəqliyyatında olduğu kimi turistlər peyvənd pasportu və PCR analizi təqdim etməli, eləcə də İranın Səhiyyə Nazirliyinin sağlamlıq protokollarına əməl etməlidirlər.
Xatırladaq ki, İranın keçmiş hökuməti pandemiya ilə bağlı ölkəyə daxil olmaq üçün viza məhdudiyyətləri tətbiq etmişdi. Hazırda İranda COVID-19 infeksiyasının yayılması kifayət qədər azalıb. Sentyabrın əvvəlindən başlayaraq İranda virusa yoluxma və ölüm hallarında azalma müşahidə edilir. Bu da bir sıra turizm obyektlərinin fəaliyyətə başlamasına imkan yaradır.
Xəbər lenti
0