Lavrov: "Qarabağla bağlı üçtərəfli razılaşmanın əsas nəticəsi sabitlikdir"

© Photo : Press service of the Russian Foreign Ministry / Mediabanka keçidВстречи С. Лаврова на полях ГА ООН
Встречи С. Лаврова на полях ГА ООН - Sputnik Azərbaycan, 1920, 28.09.2021
Abunə olmaq
Nazir Minsk Qrupunun əsas vəzifəsinin münaqişə zonasında atəşkəs haqqında üçtərəfli bəyanat sayəsində əldə edilən müsbət tendensiyaları təşviq etmək olduğunu bildirib.
BAKI, 28 sentyabr — Sputnik. "Ötən il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı razılaşmasının əsas nəticəsi münaqişə zonasında vəziyyətin tam sabitləşməsidir". Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Lavrov qeyd edib ki, ilkin mərhələdə olan kiçik insidentlər tezliklə həll olunurdu: "Bir daha vurğulayıram: Orada hazırda vəziyyət sabitdir, lakin təbii ki, problemlər də az deyil".
Министр иностранных дел РФ Сергей Лавров, фото из архива - Sputnik Azərbaycan, 1920, 31.08.2021
RUSİYA
Lavrov: "Moskva üçtərəfli işçi qrupunun işindən razıdır"
Lavrov, həmçinin qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Nyu-Yorkda Bakı və Yerevanla işgüzar səfərlərin bərpasını razılaşdırıblar: "Bu günlərdə Rusiya, ABŞ və Fransadan olan həmsədrlər Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşmüşdülər. Anladığım qədər ilə bölgəyə səfərləri və Azərbaycan və Ermənistan nümayəndələri ilə danışıqları yerində davam etdirməyə razılıq verdilər".
Nazir həmçinin ATƏT-in Minsk Qrupunun bugünkü əsas vəzifəsinin münaqişə zonasında atəşkəs haqqında üçtərəfli bəyanat sayəsində əldə edilən müsbət tendensiyaları təşviq etmək olduğunu bildirib.
Xəbər lenti
0