https://sputnik.az/20210831/-Lavrov-Moskva-trfli-ii-qrupunun-iindn-razdr-427820854.html
Lavrov: "Moskva üçtərəfli işçi qrupunun işindən razıdır"
Lavrov: "Moskva üçtərəfli işçi qrupunun işindən razıdır"
Sputnik Azərbaycan
Lavrov deyib ki, Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə... 31.08.2021, Sputnik Azərbaycan
2021-08-31T18:56+0400
2021-08-31T18:56+0400
2021-08-31T18:25+0400
xəbərlər
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1c/426809737_0:0:3073:1728_1920x0_80_0_0_e3d710704426dddbae206772771a3c52.jpg
BAKI, 31 avqust — Sputnik. Rusiya Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpası üzrə işçi qrupunun işindən razıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib."Biz Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə işçi qrupunun işinin necə getməsindən razıyıq", - deyə Lavrov erməni həmkarı ilə görüşün yekunlarına dair brifinqdə bildirib.Lavrov bu mexanizmin fəaliyyətinin "nəinki Cənubi Qafqazın iqtisadi bərpasına kömək edəcəyinə, həm də bütün bölgə üçün siyasi həll və rifah üçün daha etibarlı bir zəmin yaradacağına" ümid etdiyini bildirib.Üçtərəfli bəyanatQeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar.İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.Həmçinin oxuyun:* Lavrov Qərbə sərt cavab verdi – "Bizimlə bu dillə danışmaq axmaqlıqdır"* Lavrov Ermənistanı Qarabağla bağlı imzalanan sənədə əməl etməyə çağırdı* Lavrov erməni həmkarı ilə görüşdü
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1c/426809737_165:0:2896:2048_1920x0_80_0_0_a51cad168249045a9d81d4faa7479e84.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
Lavrov: "Moskva üçtərəfli işçi qrupunun işindən razıdır"
Lavrov deyib ki, Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə işçi qrupunun işinin necə getməsindən razıdırlar.
BAKI, 31 avqust — Sputnik. Rusiya Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpası üzrə işçi qrupunun işindən razıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Biz Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə işçi qrupunun işinin necə getməsindən razıyıq", - deyə Lavrov erməni həmkarı ilə görüşün yekunlarına dair brifinqdə bildirib.
Lavrov bu mexanizmin fəaliyyətinin "nəinki Cənubi Qafqazın iqtisadi bərpasına kömək edəcəyinə, həm də bütün bölgə üçün siyasi həll və rifah üçün daha etibarlı bir zəmin yaradacağına" ümid etdiyini bildirib.
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar.
İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
*
Lavrov Qərbə sərt cavab verdi – "Bizimlə bu dillə danışmaq axmaqlıqdır"