https://sputnik.az/20210928/azrbaycanda-vzifli-xs-elektron-qolbaq-taxlb-433596382.html
Azərbaycanda vəzifəli şəxsə elektron qolbaq taxılıb
Azərbaycanda vəzifəli şəxsə elektron qolbaq taxılıb
Sputnik Azərbaycan
Müttəhim barəsində Cinayət Məcəlləsinin Vəzifə səlahiyyətlərindən sui-istifadə və Vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb. 28.09.2021, Sputnik Azərbaycan
2021-09-28T15:50+0400
2021-09-28T15:50+0400
2021-09-28T22:18+0400
elektron
arayış
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e4/08/0e/424676498_0:0:3072:1728_1920x0_80_0_0_fab1cb6fc069a2fd2d38cf91d7161f39.jpg
BAKI, 28 sentyabr — Sputnik. Daşkəsən Rayon İcra Hakimiyyəti (RİH) başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Hətəm Əzizovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Sputnik Azərbaycan xəbər verir ki, Daşkəsən Rayon Məhkəməsində keçirilən sonuncu prosesdə hökm oxunub.Hökmə əsasən, o, 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.İttihama görə, Daşkəsən RİH başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləmiş H.Əzizov 2020-ci ildə vəzifə saxtakarlığına yol verərək xüsusi karantin rejimi qaydalarını pozub sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verib.Onun barəsində Cinayət Məcəlləsində 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
https://sputnik.az/20210928/paytaxt-xstxanasnda-saxta-vaksin-sndi-il-bal-cinayt-ii-alb-433594851.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/0e/424676498_260:0:2991:2048_1920x0_80_0_0_9eba251424bf82965b1cc26bf8990058.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
elektron, arayış
Azərbaycanda vəzifəli şəxsə elektron qolbaq taxılıb
15:50 28.09.2021 (Yenilənib: 22:18 28.09.2021) Müttəhim barəsində Cinayət Məcəlləsinin Vəzifə səlahiyyətlərindən sui-istifadə və Vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb.
BAKI, 28 sentyabr — Sputnik. Daşkəsən Rayon İcra Hakimiyyəti (RİH) başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Hətəm Əzizovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Sputnik Azərbaycan xəbər verir ki, Daşkəsən Rayon Məhkəməsində keçirilən sonuncu prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, Daşkəsən RİH başçısının Zağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləmiş H.Əzizov 2020-ci ildə vəzifə saxtakarlığına yol verərək xüsusi karantin rejimi qaydalarını pozub sərbəst hərəkət etmək istəyən şəxslərə qanunsuz olaraq arayışlar verib.
Onun barəsində Cinayət Məcəlləsində 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.