Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Paytaxt xəstəxanasında saxta vaksin sənədi ilə bağlı cinayət işi açılıb

© Sputnik / Murad OrujovСвидетельство о вакцинации от коронавируса, фото из архива
Свидетельство о вакцинации от коронавируса, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.09.2021
Abunə olmaq
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
BAKI, 28 sentyabr — Sputnik. Bakıda saxta vaksin sənədi ilə bağlı cinayət işi açılıb. Bu barədə Sputnik Azərbaycan-a Xəzər Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, paytaxtın Xəzər rayonu Binə Qəsəbəsində yerləşən 29 saylı Birləşmiş Şəhər Xəstəxanasında keçirilən vaksinasiya prosesi zamanı yol verilən qanunsuzluqlar barədə daxil olan material əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Свидетельство о вакцинации от коронавируса, фото из архива - Sputnik Azərbaycan, 1920, 22.09.2021
CƏMİYYƏT
Saxta COVID-19 pasportu alan şəxsin cinayət məsuliyyəti: 139-cu maddə
Araşdırma ilə Elnur Əliyev, qeyd edilən xəstəxanada tibb bacısı işləyən Əsmər Hüseynova, Firəngiz Nəhmətova, Sevər Dadaşzadə, Ülkər Abasova və Sara Allahverdiyeva tərəfindən pul müqabilində vətəndaşlara vaksin vurulmadan "COVID-19 vaksinasiyası üzrə məlumat forması"nın verilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə intensiv istintaq hərəkətləri davam etdirilir.
Xəbər lenti
0