https://sputnik.az/20210927/ermenistan-mina-xeritesi-428029341.html
Ermənistanın verdiyi mina xəritələrinin keyfiyyəti çox aşağıdır - Ceyhun Bayramov
Ermənistanın verdiyi mina xəritələrinin keyfiyyəti çox aşağıdır - Ceyhun Bayramov
Sputnik Azərbaycan
Azərbaycanın Xarici işlər naziri Ermənistanın verdiyi mina xəritələrinin təxminən 25 faizinin faydalı olduğunu bildirib. 27.09.2021, Sputnik Azərbaycan
2021-09-27T14:33+0400
2021-09-27T14:33+0400
2021-10-16T12:08+0400
xəbərlər
cəmiyyət
siyasət
qarabağ
mina
xəritə
azərbaycan xin
ceyhun bayramov
mövlud çavuşoğlu
mətbuat konfransı
https://cdnn1.img.sputnik.az/img/07e5/04/02/426606601_0:0:2960:1665_1920x0_80_0_0_510b1b1deb0baf97184baac8b25c0dc5.jpg
BAKI, 27 sentyabr — Sputnik. Ermənistanın verdiyi mina xəritələrinin keyfiyyəti çox aşağıdır. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türk Şurası XİN başçılarının iclası çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.O bildirib ki, hazırda əsas məqsəd işğaldan azad edilən ərazilərin ən qısa zamanda bərpa edilməsi və 700 mindən artıq insanın ata-baba torpaqlarına qayıdışını təmin etməkdir.Nazir ərazilərin minalarla çirkləndirilməsi məsələsinə diqqət çəkib, bildirib ki, məsələni qəlizləşdirən dağıntılardan əlavə, ərazilərin ağır formada minalarla çirkləndirilməsidir: "Bu barədə çox danışılıb. Bizə üç bölgənin mina xəritələri verilib. Həmin xəritələrdə 200 minə yaxın piyada və tank əleyhinə minaların olduğu bildirilib".Nazir bildirib ki, həmin xəritələrin təxminən 25 faizi faydalı hesab oluna bilər: "Bu amillər aparılan abadlıq-quruculuq işlərinə təsir edir. Amma bununla belə nəhəng işlər aparılır”.Eləcə də oxuyun:Ombudsman Ermənistanın müharibə cinayətlərini ifşa edən bəyanat yayıbErmənistanı beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq - Azərbaycan XİNYüzlərlə həmvətənimiz BMT-nin önündə toplaşdı, "Qarabağ şikəstəsi" Nyu-Yorku bürüdüDaşkəsəndə itkin düşən şəxslər minaya düşüb, meyitləri tapılıb
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/02/426606601_154:0:2883:2047_1920x0_80_0_0_25e2091fee07526c9b1b8c361f30fe96.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, mina, xəritə, azərbaycan xin, ceyhun bayramov, mövlud çavuşoğlu, mətbuat konfransı, azərbaycan
xəbərlər, mina, xəritə, azərbaycan xin, ceyhun bayramov, mövlud çavuşoğlu, mətbuat konfransı, azərbaycan
Ermənistanın verdiyi mina xəritələrinin keyfiyyəti çox aşağıdır - Ceyhun Bayramov
14:33 27.09.2021 (Yenilənib: 12:08 16.10.2021) Azərbaycanın Xarici işlər naziri Ermənistanın verdiyi mina xəritələrinin təxminən 25 faizinin faydalı olduğunu bildirib.
BAKI, 27 sentyabr — Sputnik. Ermənistanın verdiyi mina xəritələrinin keyfiyyəti çox aşağıdır.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu xarici işlər naziri
Ceyhun Bayramov İstanbulda Türk Şurası XİN başçılarının iclası çərçivəsində türkiyəli həmkarı
Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
O bildirib ki, hazırda əsas məqsəd işğaldan azad edilən ərazilərin ən qısa zamanda bərpa edilməsi və 700 mindən artıq insanın ata-baba torpaqlarına qayıdışını təmin etməkdir.
Nazir ərazilərin minalarla çirkləndirilməsi məsələsinə diqqət çəkib, bildirib ki, məsələni qəlizləşdirən dağıntılardan əlavə, ərazilərin ağır formada minalarla çirkləndirilməsidir: "Bu barədə çox danışılıb. Bizə üç bölgənin mina xəritələri verilib. Həmin xəritələrdə 200 minə yaxın piyada və tank əleyhinə minaların olduğu bildirilib".
Nazir bildirib ki, həmin xəritələrin təxminən 25 faizi faydalı hesab oluna bilər: "Bu amillər aparılan abadlıq-quruculuq işlərinə təsir edir. Amma bununla belə nəhəng işlər aparılır”.